22 Oktyabr 2023 09:40
490
SİYASƏT
A- A+
Neokolonist Fransanın tarixi qanlı cinayətlərdən ibarətdir

Neokolonist Fransanın tarixi qanlı cinayətlərdən ibarətdir

 

"Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilmişdir. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarca ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur".
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətində Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Fransa dünyanın müxtəlif regionlarında onlarca dövlətin ərazisini işğal edərək, sərvətlərini talayıb, uzun illər xalqlarını əsarətdə saxlayaraq onlara qarşı vəhşiliklər, insanlıqdan uzaq bəşəri cinayətlər törədib. 
Bu faktdır ki, dünyada Fransa kimi əli milyonlarla insanın qanına batan, silsilə qətliamlar törədən ikinci bir dövlət yoxdur. 
Fransa adına başqa bir utancverici məqam isə illərboyu insanlığa qarşı törətdiyi cinayətlərini, yürütdüyü müstəmləkəçi siyasətini pərdələyərək özünü dünyaya demokratik ölkə kimi sırımaq cəhdidir. 
Əli bir milyon yarım əlcəzairlinin qanına batan Fransa özünü insani dəyərlərin "keşikçisi", xalqların müqəddəratlarına əhəmiyyət verən ölkə kimi göstərməyə çalışır. İki əsr boyu erməni qəddarlığı ilə üz-üzə qalan Azərbaycana qarşı qərəz və riyakarlıq nümayiş etdirən Fransanın ölkəmizi "etnik təmizləmə"də günahlandırmasına isə həyasızlıqdan başqa ad vermək mümkün deyil. 

 

Törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə...

 

Ermənistanın timsalında işğal siyasəti həyata keçirən, qətliamlar, soyqırımları törədən bir ölkəyə hamilik edən, hazırda da islamofob, türkofob, irqçi siyasət yürüdən Fransa Azərbaycana qarşı durmadan əsassız ittihamlar səsləndirir, ələ aldığı riyakar qurumlar vasitəsilə ölkəmiz əleyhinə "qətnamə" adı altında hansısa kağız parçaları qəbul etdirir, Cənubi Qafqazda milli azlıqların "müdafiəçisi" olduğu görüntüsünu yaratmağa çalışır.  
"Biz Fransada neokolonializm meyilləri ilə paralel olaraq irqçilik və islamofobiyanın da geniş vüsət aldığını müşahidə edirik. Bu gün burada təmsil olunan insanların bəziləri müxtəlif formada təzyiq və ayrı-seçkiliyə, irqçi hücumlara məruz qalır", - deyə müraciətində dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, daxildə bu cür narahatedici və təhlükəli meyillərlə mübarizə aparmalı olan Fransa hakimiyyəti başqa dövlətlərə dərs keçməyə, digər ölkələrin daxili işlərinə qarışmağa cəhd edir.
Prezident qeyd edib ki, qanlı cinayətlərlə zəngin kolonializm tarixindən utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə uydurma etnik təmizləmələrdən danışır: "Bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur".

 

Bu xalqlar hələ də Fransanın əsarəti altındadır 

 

Fransanın Afrikada, Yaxın və Uzaq Şərqdə həyata keçirdiyi neokolonializm siyasəti milyonlarla günahsız insanın fundamental hüquqlarını kobud şəkildə pozub. 
Bakıda "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfrans zamanı da Fransanın müxtəlif xalqlara qarşı törətdiyi müstəmləkə siyasətindən geniş bəhs olunub. 
Qvadelupa əhalisinin dörd əsrdir Fransanın əsarəti altında yaşadığını vurğulayan Qvadelupanın Azadlıq Uğrunda Xalq Birliyinin üzvü Jan-Jakob Bisep bildirib ki, ölkəsində müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. 
Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol ölkəsinin təbii sərvətlərinin talan olunduğunu və 90 faizinin Fransaya və digər ölkələrə aparıldığını, Fransız Qvianasının Sosial Azadlığı və Dekolonizasiya Naminə Hərəkatın siyasi bürosunun üzvü Moris Pindard ölkəsinin Fransanın müstəmləkəçilik siyasəti nəticəsində maliyyə və iqtisadi cəhətdən asılı vəziyyətə salındığını, qızıl mədənlərinin talan edildiyini, qızılın çıxarılaraq Fransaya daşındığını deyib. 
Fransız Polineziyası Assambleyasının üzvü Heinui Robert le Caill uzun illərdir Fransanın müstəmləkəsi altında olan ölkəsindəki vəziyyətdən bəhs edib, diqqətə çatdırıb ki, Polineziya və Azərbaycan xalqlarının taleyi bir-birinə bənzəyir. Hər iki xalq uzun illər ədalətsizliyə qarşı mübarizə aparıb: "Lakin bizim əsas fərqimiz Polineziya xalqının hələ də bu problemdən əziyyət çəkməsidir".
Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqların siyahısı təbii ki, bunlarla yekunlaşmır, amma elə o xalqların nümayəndələrinin bəzilərinin səsləndirdiyi faktlardan da aydın olur ki, Fransa bu gün də neokolonializm siyasətindən əl çəkməyib. 

 

Fransa neokolonizminə qarşı bütün platformalarda mübarizə aparacağıq

 

Azərbaycanın torpaqlarını işğaldan azad etməsini, suverenliyini bərpa etməsini heç cür həzm edə bilməyən Fransa hazırda Ermənistana dəstək verərək, onu silahlandıraraq Azərbaycanla müharibəyə qızışdırır. Bununla da məkrli Avropa ölkəsi iki dövlət arasında sülh, barış əldə olunmasına qarşı çıxdığını ortaya qoyur. Faktiki olaraq Ermənistanı forpostuna çevirən Fransa bununla qanlı əllərini Cənubi Qafqaza da uzatmaq istəyir. Lakin qüdrətli Azərbaycan dövləti regionun Fransanın müstəmləkəsinə çevrilməsinə heç zaman imkan verməyəcək, ümumiyyətlə, fransız neokolonizminə qarşı istənilən platformada layiqli mübarizə aparacaq. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!