28 Oktyabr 2026 10:41
277
İQTİSADİYYAT
A- A+
Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

 

Bir vaxtlar Naxçıvan gecələr qaranlığa qərq olurdu. 1990-cı illərin əvvəllərində blokada şəraitində elektrik və qaz xətlərinin kəsilməsi muxtar respublikanın iqtisadi və sosial həyatını ağır vəziyyətə salmışdı. Bu gün isə mənzərə tamam başqadır. Görülən ardıcıl işlər nəticəsində Naxçıvan enerji təhlükəsizliyini tam təmin edib və artıq ixrac imkanları da formalaşdırır. Bu dəyişiklik təkcə muxtar respublika üçün deyil, bütövlükdə Azərbaycanın enerji siyasəti və regional əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.

Son 20 ildə burada yeni generasiya gücləri yaradılıb, enerji infrastrukturu xeyli genişləndirilib. 2006-cı ildə 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyası və Heydər Əliyev adına su anbarı üzərində 4,5 meqavatlıq su elektrik stansiyası istifadəyə verilib. 2010-cu ildə 22 meqavatlıq “Biləv” SES, 2014-cü ildə isə 20,5 meqavatlıq “Arpaçay-1” və 1,4 meqavatlıq “Arpaçay-2” stansiyaları işə düşüb. Sonrakı illərdə günəş enerjisinə xüsusi diqqət yetirilib. 2015-ci ildə 20 meqavatlıq “Naxçıvan” Günəş Elektrik Stansiyası qurulub, sonradan gücü 22 meqavata çatdırılıb, Kəngərli rayonunda da əlavə günəş stansiyaları istismara verilib. Hazırda regionun ümumi qoyuluş gücü təxminən 200-245 meqavat təşkil edir. Çaylarda su axınının yüksək olduğu dövrlərdə bərpaolunan mənbələrin payı 70-90 faizə çatır. Bu, daxili tələbatı ödəməklə yanaşı, artıq enerjinin ixracına da imkan verir.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı” və “Azərenerji” ASC-nin reabilitasiya-yenidənqurma tədbirləri çərçivəsində Naxçıvanın enerji infrastrukturu köklü şəkildə yenilənir. Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzi yaradılıb, muxtar respublikanın ilk qapalıtipli yarımstansiyası olan 110/35/10 kilovoltluq “Naxçıvan”, 154/110/10 kilovoltluq “Babək”, 110/35/10 kilovoltluq “Çeşməbasar” və digər yarımstansiyalar tikilib və ya yenidən qurulub. 110 kilovoltluq xətlər yenilənib, yaşayış məntəqələrindən keçən hissələr isə kabelə salınıb. Məqsəd enerji itkilərini azaltmaq, sistemin dayanıqlılığını artırmaq və idarəetməni rəqəmsallaşdırmaqdır.

2026-cı ildə Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı ümumi gücü 50 meqavat olan “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarının tikintisi ilə tanış olub. Bu stansiyalar istismara veriləndən sonra ildə təxminən 118 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcək və 40 minə yaxın evi işıqla təmin edəcək. Naxçıvanın ümumi günəş enerjisi potensialı 500-1000 meqavat səviyyəsində qiymətləndirilir. Eyni səfər çərçivəsində Naxçıvan Sənaye Parkında 300 meqavatlıq yeni istilik elektrik stansiyasının təməli qoyulub. Bu stansiya mövcud generasiya gücünü 1,5 dəfə artıracaq, həm daxili tələbatı, həm də ixrac potensialını xeyli genişləndirəcək. 36 meqavatlıq Ordubad və 15,6 meqavatlıq Tivi su elektrik stansiyalarının tikintisi isə davam edir.

Perspektivdə Cəbrayıl istiqamətində 330 kV-luq xətlə ölkənin vahid enerji sisteminə qoşulma, Türkiyəyə 400 kV-luq ikidövrəli ixrac xətti və Zəngəzur dəhlizi vasitəsilə Avropa bazarlarına birbaşa çıxış nəzərdə tutulur. Bu layihələr reallaşanda Naxçıvan Azərbaycan-Türkiyə-Avropa enerji qovşağının mühüm halqasına çevriləcək və böyük həcmdə elektrik enerjisinin Avropaya ixracına imkan yaradacaq. Beləliklə, Naxçıvanın enerji sistemi təkcə regionun təhlükəsizliyini ehtiva etmir, həm də ölkənin ümummilli enerji strategiyasında “yaşıl enerji” potensialının reallaşmasına, ixrac diversifikasiyasına və regional inteqrasiyaya xidmət edir.

Muxtar respublikanın enerji təhlükəsizliyində Naxçıvan modul ES mühüm rol oynayır. 87 meqavat gücündə olan stansiya 2006-cı ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada Finlandiyanın Wärtsilä şirkətinin texnologiyası əsasında hər birinin gücü 8,7 meqavat olan 10 piston tipli mühərrik-generator aqreqatı quraşdırılıb. Qısa müddətdə işə salınıb dayandırıla bilən aqreqatlarla təchiz olunan stansiyanın faydalı iş əmsalı təxminən 46 faiz təşkil edir. Blokada şəraitində regionun elektrik enerjisi tələbatının ödənilməsində bu stansiya həlledici rol oynayıb.

Məlumdur ki, dayanıqlı elektrik təchizatı olmadan iqtisadi inkişafdan danışmaq mümkün deyil. Ona görə də enerjinin istehsalı qədər onun əhaliyə fasiləsiz və keyfiyyətlə çatdırılması da vacibdir. 2026-cı ilin ilk 9 ayında stansiyanın kollektivi 173 milyon 125 min kilovatsaat elektrik enerjisi istehsal edib, bunun 169 milyon 927 min kilovatsaatını muxtar respublikanın enerji sisteminə ötürüb. Bu enerji üçün 43 milyon 114 min 933 kubmetr təbii qaz sərf olunub, bir kilovatsaat elektrik enerjisinə isə 288,9 qram şərti yanacaq xərclənib. Bu göstəricilər stansiyanın səmərəli işlədiyini göstərir.

Həmin dövrdə texnika və avadanlıqlarda əsaslı və cari təmir işləri aparılıb. Balansdakı 10 aqreqata və onların köməkçi avadanlıqlarına istismar təlimatına uyğun olaraq mütəmadi 1000 saatlıq texniki qulluq göstərilib. Hazırda 8 nömrəli aqreqat 16 min saatlıq əsaslı qulluq üçün demontaj edilib, digər 9 aqreqat isə tam saz vəziyyətdədir. Energetiklərin əməyi, intizamı və peşəkarlığı sayəsində stansiya illərdir etibarlı işləyir və regionun enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qalır.

Naxçıvanın energetika sistemi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. O, ölkənin cənub-qərb qapısında enerji müstəqilliyini möhkəmləndirir, “yaşıl enerji” potensialını işə salır, qonşularla əlaqələri dərinləşdirir və gələcəkdə Avropa bazarlarına çıxış imkanı yaradır. Yeni generasiya gücləri, bərpaolunan enerji layihələri, rəqəmsal idarəetmə və yenilənən infrastruktur regionun uzunmüddətli inkişaf strategiyasının tərkib hissələridir. Modul elektrik stansiyası bu strategiyanın etibarlı dayaq nöqtələrindən biri, energetiklərin əzmkar əməyi isə bütün nailiyyətlərin təməlidir.

 

Rafiq TƏHMƏZ,

"Şərq qapısı" qəzetinin müxbiri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Neftçalada dövlət proqramının icrası ilə bağlı fermerlərlə görüş keçirilib  

11:43
28 Oktyabr

Qazax gənci idi, Qarabağ şəhidi oldu  

11:41
28 Oktyabr

Azərbaycan Prezidenti: Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir

11:39
28 Oktyabr

Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş fəaliyyəti İslam həmrəyliyi siyasətinin mühüm istiqamətlərindən biridir

11:37
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

11:33
28 Oktyabr

BMT rəsmisi: Azərbaycan qızların təhsilinə və qadınların imkanlarının genişləndirilməsinə mühüm töhfə verir  

11:32
28 Oktyabr

Komitə sədri: Qızların təhsil imkanlarının genişləndirilməsi davamlı inkişafın əsas şərtlərindən biridir  

11:25
28 Oktyabr

Prezident: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir  

11:24
28 Oktyabr

Migel Anxel Moratinos: Hazırda dünya qütbləşmə, parçalanma və qeyri-müəyyənliklə üz-üzədir  

11:23
28 Oktyabr

Mədəniyyətlərarası Dialoq Forumunda qadınların və qızların imkanlarının genişləndirilməsi müzakirə olunur  

11:22
28 Oktyabr

Nazir müavini: Ali məktəbə qəbul olmaq üçün əzbərləmək kifayət deyil

11:21
28 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasının iştirakçılarına  

11:15
28 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir  

11:01
28 Oktyabr

Ötən gün narkotiklərlə əlaqəli 22 fakt müəyyən olunub

10:47
28 Oktyabr

Naxçıvanın enerji təhlükəsizliyində Modul Elektrik Stansiyası mühüm rol oynayır  

10:41
28 Oktyabr

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

10:31
28 Oktyabr

Cozef Tomsonun atom modeli ilk dəfə vizuallaşdırılıb  

10:19
28 Oktyabr

Qızıl və gümüş ucuzlaşır

10:09
28 Oktyabr

Onkoloji və infeksion xəstəliklərə qarşı ikili təsirli molekullar yaradılıb  

09:49
28 Oktyabr

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

09:48
28 Oktyabr

İsraildə parlament seçkiləri: dəqiq qalib hələ məlum deyil  

09:46
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!