22 Avqust 2022 19:41
864
SİYASƏT
A- A+
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 30-cu ildönümü 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi ilə qeyd olunub

Avqustun 22-də - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Bildirilib ki, 5-ci sərhəd zastavası 1932-ci ildən fəaliyyət göstərir və xidmət sahəsi 9 kilometrdir. Yeni xidmət və yaşayış kompleksinin inşasına 2021-ci ilin sentyabr ayında başlanılıb. İkimərtəbəli qərargah binasında əsgərlər üçün 40, subay zabitlər üçün 8 yerlik yataqxana, sinif, silah, rabitə və 3 iş otağı, 28 yerlik yeməkxana, ərzaq və tərəvəz anbarları, qurutma otağı və sığınacaq yerləşir. Ərazidəki yardımçı binada camaşırxana, mərkəzi qazanxana, 2 avtomobil saxlancı, əşya, yanacaq-sürtkü materialları və silah anbarları vardır.

Zastavada 12 sabit və 3 idarəolunan kameralı video-müşahidə sistemi, İP telefon, müşahidə qülləsində 2 ədəd 1000 metr radiuslu projektor, xidməti ərazidə 9000 metr məsafədə mühəndis-texniki çəpər və işarəverici qurğu quraşdırılıb, sərhəd yolları yenidən çəkilib və çınqıl örtüyü ilə bərkidilib. 4 müşahidə qülləsi, 1 isinmə məntəqəsi və 2 körpü əsaslı təmir olunub.

Ali Məclisin Sədri sərhədçi ailələrini yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara rahat həyat arzulayıb.

Sərhədçi ailələri adından minnətdarlıq edən Əminə Əhmədova deyib: “Sərhədçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Görülən işlər, yaradılan şərait rahat yaşayışımızı təmin edir”.

Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib, onlardan Xavər Həsənli ulu öndər Heydər Əliyevə həsr olunmuş şeir söyləyib.

Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulmuş 2 mərtəbəli yaşayış binası hər biri 2 otaqlı olmaqla, 8 mənzildən ibarətdir. Mənzillər mebel dəstləri, televizor, soyuducu, paltaryuyan və mərkəzləşmiş istilik sistemi ilə təmin olunub. Mənzillə təmin olunan ailələrə meyvə, tərəvəz və ərzaq payları verilib.

Sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının 30-cu ildönümü və 5-ci sərhəd zastavası üçün yeni xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə diviziyanın şəxsi heyətini və sərhədçi ailələrini təbrik edib, gələcək xidmətdə uğurlar arzulayıb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev diviziyanın yaradılmasının 30-cu ildönümündə 5-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsində iştirak etdiyinə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib, göstərilən qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da muxtar respublikada sərhədlərimizin etibarlı mühafizəsini təmin edəcəklərinə söz verib.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Əsgər Təbriz Fərəcli minnətdarlıq edərək deyib: “Yaradılan şəraitin qarşılığında biz də Vətən sərhədlərini göz bəbəyimiz kimi qoruyacaq, qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gələcək, xidmətimizlə göstərilən etimadı doğruldacağıq”.

Ali Məclisin Sədri sərhədçilərlə xatirə şəkli çəkdirib, onlarla səmimi söhbət edib.

Zastavada sıra meydanı, voleybol və futbol meydançası, idman və ləpirçilik şəhərciyi, atəş, mühəndis hazırlığı, xidməti heyvanların təlim yeri, tək əsgərin nəzarət zolağı olan təlim şəhərciyi yaradılıb. Həmçinin burada yeraltı sığınacaq və müdafiə səngərləri, istirahət və uşaq əyləncə yerləri, nəzarət-buraxılış məntəqəsi, avtomobillərin yuyulması yeri, helikopter meydançası, 63 kilovatlıq transformator və 30 kilovatlıq elektrik generatoru qurulub. 6 hektar ərazidə abadlıq işləri aparılıb, 2 subartezian quyusu qazılaraq 3 nasos quraşdırılıb, 2,5 hektar sahədə yaşıllıq salınıb.

Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili, ərazidə meyvə ağaclarının artırılması barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

 

Alışar kənd tam orta məktəbində müasir tədris şəraiti yaradılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “...bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var”. Bu gün Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında bu sahənin hərtərəfli yüksəlişi, tərəqqisi, maddi-texniki cəhətdən möhkəmlənməsi, dünya standartlarına uyğun təhsil ocaqlarının qurulması təmin edilir.

Avqustun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd məktəbində aparılan tikinti işlərinə baxıb.

Bildirilib ki, 2 mərtəbədən ibarət olacaq 342 şagird yerlik məktəb binasında yenidənqurma işləri yekunlaşmaq üzrədir. Müasir standartlara cavab verəcək təhsil ocağında nümunəvi şərait yaradılır. Burada 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı və digər texniki otaqlar nəzərdə tutulub. Yenidənqurma işləri zamanı binaya iki korpus əlavə edilib. Binanın həyətində bufet, qazanxana tikilir, idman qurğuları quraşdırılacaq, yaşıllaşdırma işləri həyata keçiriləcəkdir.

Ali Məclisin Sədri tikinti işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edir YENİLƏNƏCƏK

14:25
18 May

Prezident İlham Əliyev WUF13-ün açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən misallar gətirib  

14:08
18 May

Keniya Prezidentinə SOCAR-ın Azərbaycandan kənarda həyata keçirdiyi enerji layihələri barədə məlumat verilib  

13:01
18 May

ABŞ-də keçirilən avia şousunda iki hərbi təyyarə toqquşub   

13:00
18 May

Pakistanda bazarda partlayış: 3 ölü, 4 yaralı

12:51
18 May

“Baraka” AES-də dron hücumundan sonra radiasiya sızması aşkar edilməyib  

12:39
18 May

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

11:21
18 May

Azərbaycan şəhərsalma modelini dünyaya təqdim edir 

10:49
18 May

WUF13 “Urban Expo” sərgisinin açılışı olub 

10:47
18 May

Kreml: Nüvə silahı Rusiyanın təhlükəsizliyinin “təməl daşıdır”

10:46
18 May

Ombudsman “İnsan Hüquqları Aylığı”nı elan edib

10:43
18 May

Dünya bazarında qızıl 23 dollar ucuzlaşıb 

10:41
18 May

Dünya birjalarında neft bahalaşıb

10:38
18 May

Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq 

10:37
18 May

Kazan İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamlarının XII Beynəlxalq Forumuna ev sahibliyi edib

10:33
18 May

WUF13 çərçivəsində assambleyaların birgə bağlanış sessiyası keçirilib – YENİLƏNİB

10:06
18 May

18 May - Beynəlxalq Muzeylər Günüdür

10:02
18 May

İcraçı direktor: WUF13 BMT-nin Məskunlaşma Proqramının indiyədək təşkil etdiyi ən böyük sessiyasıdır

09:59
18 May

Anar Quliyev: WUF13 şəhərlərin gələcəyinə dair qlobal baxışın formalaşmasına töhfə verir 

09:53
18 May

UN-Habitat: Mənzil böhranı artıq qlobal və sistemli çağırışa çevrilib

09:46
18 May

Türkiyə mediası: Bakıda şəhərlərin gələcəyi formalaşır

09:23
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!