14 Avqust 2026 10:40
485
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib

Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib


“Bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”. Prezident İlham Əliyevin bu fikirləri Azərbaycan xalqının milli yaddaşında xüsusi yeri olan tarixi şəxsiyyətlərin dövlətçilik salnaməmizdəki roluna verilən yüksək qiymətin ifadəsidir. Bu baxımdan Naxçıvanın Azərbaycan xalqına bəxş etdiyi ən böyük şəxsiyyət, şübhəsiz ki, müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevdir.

Naxçıvan tarixən Azərbaycanın ictimai - siyasi və mədəni həyatında mühüm rol oynayan qədim diyar kimi tanınıb. Bu torpaq özünün zəngin dövlətçilik ənənələri, milli - mənəvi dəyərləri, mərd və vətənpərvər insanları ilə seçilib. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Naxçıvan, eyni zamanda, Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir.

Məsələn, əgər biz nəqliyyat dəhlizlərindən danışırıqsa, bu gün təbii ki, Naxçıvanın timsalında yeni nəqliyyat damarlarını görürük. Biz bunu yaradırıq. Bunu yaratmaq üçün bir çox işlər görülüb və görüləcək. Ona görə bu məsələlərə daim diqqət göstərilir və göstəriləcək”.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı xidmətlərinin miqyası yalnız müəyyən tarixi mərhələ ilə məhdudlaşmır. Onun siyasi fəaliyyətinin müxtəlif dövrləri Azərbaycan xalqının taleyində dönüş nöqtələri ilə səciyyələnir. XX əsrin 70-ci illərindən başlayaraq respublikanın iqtisadi, sosial və mədəni inkişafına verilən böyük təkan, milli kadr potensialının formalaşdırılması, təhsil və elmin inkişafı, sənaye və infrastrukturun yaradılması sonrakı illərdə müstəqil Azərbaycanın inkişafı üçün möhkəm zəmin yaratdı. Bu dövrdə həyata keçirilən ardıcıl siyasət milli özünüdərk prosesinin güclənməsinə də ciddi təsir göstərdi.

1990-cı illərin əvvəllərində isə Azərbaycan son dərəcə mürəkkəb və ağır siyasi şəraitlə üz-üzə qaldı. Müstəqilliyin ilk illərində ölkədə siyasi qeyri-sabitlik, iqtisadi böhran, hakimiyyət böhranı və hərbi uğursuzluqlar dərinləşmişdi. Dövlətin parçalanması və vətəndaş qarşıdurması təhlükəsi real xarakter almışdı. Belə bir mürəkkəb tarixi məqamda xalq öz taleyinin məsuliyyətini üzərinə götürəcək güclü liderə ehtiyac duyurdu.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müasir tarixində ən mühüm hadisələrdən biri oldu. Xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər ilk növbədə ölkədə ictimai - siyasi sabitliyin bərqərar edilməsinə, dövlətçiliyin qorunmasına və vətəndaş qarşıdurmasının qarşısının alınmasına nail oldu. Bu qayıdış, əslində, yalnız siyasi hakimiyyət dəyişikliyi deyil, Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində xilaskar missiyanın başlanğıcı idi.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın onun şəxsiyyətinə olan etimadının təntənəsi idi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə sabitlik təmin edildi, dövlət institutlarının fəaliyyəti möhkəmləndirildi, iqtisadiyyatın dirçəldilməsi üçün fundamental addımlar atıldı. Azərbaycan dövlətçiliyinin əsas dayaqları möhkəmləndirildi və ölkənin gələcək inkişaf strategiyasının təməli qoyuldu.

1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə fəal inteqrasiyasının mühüm göstəricisi oldu. Bu tarixi saziş ölkənin enerji strategiyasının əsasını formalaşdırmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə və iqtisadi imkanlarının genişlənməsinə mühüm töhfə verdi. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində enerji resurslarından dövlətin milli maraqları naminə səmərəli istifadə edilməsinin əsası qoyuldu.

1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi isə dövlət quruculuğu prosesində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin rəhbərliyi və təşəbbüsü ilə hazırlanmış Əsas Qanun Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının fundamental hüquqi bazasını yaratdı. İnsan hüquq və azadlıqlarının qorunması, Hakimiyyətin bölünmə prinsipi, vətəndaşların hüquq bərabərliyi və dövlət idarəçiliyinin demokratik əsasları Konstitusiyada öz əksini tapdı.

Heydər Əliyevin dövlətçilik fəlsəfəsində milli-mənəvi dəyərlər xüsusi yer tuturdu. O, Azərbaycanın müstəqilliyinin yalnız siyasi və iqtisadi müstəvidə deyil, milli şüur, dil, mədəniyyət, tarix və mənəviyyat müstəvisində də möhkəmləndirilməsini vacib hesab edirdi. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, milli tarixə və mədəni irsə diqqətin artırılması, elm və təhsilin inkişafı, milli-mənəvi dəyərlərin qorunması Ulu Öndərin siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi.

Azərbaycanda ölüm hökmünün ləğv edilməsi də dövlətin insan hüquqlarına və humanizm prinsiplərinə sadiqliyinin mühüm nümunəsi idi. 1998-ci ilin oktyabrında Heydər Əliyevin yenidən Prezident seçilməsi xalqın onun siyasi kursuna olan yüksək inamını təsdiqlədi.

Ümummilli Liderin 1993-2003-cü illərdəki fəaliyyəti Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi tarixinin xüsusi mərhələsini təşkil edir. Bu illər ərzində Azərbaycan yalnız böhran və parçalanma təhlükəsindən xilas olmadı, həm də gələcək inkişaf üçün möhkəm siyasi, hüquqi və iqtisadi əsaslara sahib oldu. Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursu sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildi.

Bu gün Azərbaycanın regionda və dünyada artan nüfuzu, iqtisadi potensialı, güclü ordusu, müstəqil siyasəti və əldə etdiyi tarixi Zəfər Ulu Öndərin siyasi irsinin nə qədər möhkəm və uzaqgörən əsaslara söykəndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının məntiqi nəticəsi kimi tarixə yazıldı.

Naxçıvanın Azərbaycana bəxş etdiyi Ulu Öndər Heydər Əliyevin adı bu gün milli dövlətçilik düşüncəsinin, müstəqillik ideyasının və Azərbaycanın davamlı inkişafının simvolu kimi yaşayır. Onun zəngin siyasi irsi xalqımız üçün tükənməz mənəvi sərvət, gələcək nəsillər üçün isə dövlətçilik məktəbidir. Ulu Öndərin ən böyük arzusu güclü, müstəqil və firavan Azərbaycan görmək idi. Bu gün həmin idealların gerçəkləşməsi onun siyasi kursunun zamanın sınağından uğurla çıxdığının ən aydın göstəricisidir.


Şamo QASIMOV,

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlik: Yanvar-iyul aylarında 234 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

12:25
14 Avqust

Azərbaycanlı mediatorlar Qırğızıstanda keçirilən beynəlxalq konfransda təcrübələrini bölüşüblər

12:22
14 Avqust

“Azərişıq” Kəlbəcərin bəzi ərazilərində yenidənqurma işləri görür

12:20
14 Avqust

Sadır Japarov Qırğızıstan prezidentliyinə yenidən namizəd olacağını açıqlayıb

12:17
14 Avqust

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə avqust ayının pensiyaları ödənilib

12:15
14 Avqust

Azərbaycan və Çin arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq genişləndirilir

12:13
14 Avqust

Azərbaycan Rəssamlıq Akademiyası Çin və Misirin ali məktəbləri ilə əməkdaşlığı genişləndirir

12:11
14 Avqust

Turan Abbaszadə: Möminə xatun türbəsi Azərbaycan memarlıq tarixində xüsusi mövqeyə malikdir

12:09
14 Avqust

BDYPİ piyadalara çağırış edib 

12:07
14 Avqust

Azərbaycan alimləri İssık-Kulda beynəlxalq elmi konfransda iştirak edəcəklər

12:05
14 Avqust

Pakistan Müstəqillik Gününü qeyd edir

12:00
14 Avqust

Ümumi orta təhsil bazasında kolleclərə qəbul müsabiqəsinin nəticələri elan olunub

11:58
14 Avqust

“AZERBAIJAN RAILWAYS” CLOSED JOIND STOCK COMPANY 

11:35
14 Avqust

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ  

11:30
14 Avqust

Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib

10:40
14 Avqust

Azərbaycanda sığortalanan əkin sahələri 341 min hektarı keçib

09:35
14 Avqust

Prezident Kitabxanasında Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş virtual kolleksiya yaradılıb

09:30
14 Avqust

Azərbaycan nefti 93,97 dollara satılır

09:25
14 Avqust

Qızıl və gümüş qiymətləri ucuzlaşıb

09:20
14 Avqust

Yasamal və Suraxanının bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

09:15
14 Avqust

Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələr qurulur 

09:10
14 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!