17 Yanvar 2024 10:05
1016
Mədəniyyət
A- A+
Musiqi bayramına çevrilən festivallar

Musiqi bayramına çevrilən festivallar

 

Ötən il ölkəmizin ictimai-mədəni həyatında həm də bir-birindən maraqlı musiqi festivalları ilə unudulmaz oldu. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ənənəvi "Xarıbülbül" Musiqi Festivalına evsahibliyi etdi. Bu beynəlxalq musiqi festivalı Şuşada böyük Zəfərimizdən sonra üçüncü dəfə düzənləndi. 
VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Şuşa şəhəri Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan edildiyi bir ildə keçirildi. 2023-cü ilin 9-11 may tarixlərində baş tutan festival TÜRKSOY-a daxil olan dövlətlər, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivlərinin iştirakı ilə əlamətdar oldu. Belə ki, VI "Xarıbülbül" Beynəlxalq Folklor Festivalında Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, həmçinin Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan nümayəndələri  təmsil olundular.
Gözəl ənənəyə çevrilən daha bir festival - Qəbələ Beynəlxalq Musiqi Festivalı keçən il iyulun 27-də başladı. Avqustun 2-dək davam etdi. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında musiqisevərlər üçün maraqlı proqramlar təqdim edildi.
XIII Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycan, eləcə də Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən gələn dünyaşöhrətli musiqiçilər - ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak etdilər. 
2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Azərbaycanın mədəni həyatında da çox mühüm əhəmiyyətə malik olan bu festival hər il əsl musiqi bayramına çevrilir. Qəbələ Beynəlxalq Musiqi Festivalı yalnız klassik musiqilər təqdim edilməsi ilə maraq doğurmur. Eyni zamanda yeni istedadların aşkar edilməsində də bu beynəlxalq musiqi layihəsinin əhəmiyyəti böyükdür.
Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği baxımından diqqətəlayiq olan daha bir tədbir - Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ötən il on beşinci dəfə musiqisevərləri bir araya gətirdi. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçən il sentyabrın 18-dən 28-dək davam edən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər düzənləndi.
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günündə - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında "Leyli və Məcnun" operası nümayiş olundu. Həmçinin Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim etdi. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarında yer almış "Məhəbbət əfsanəsi" baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olundu.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalında yalnız ölkəmizin ifaçı və kollektivləri, mütəxəssisləri iştirak etmədilər. ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrin tanınmış musiqiçiləri və kollektivləri də tədbirə qatıldılar. Festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim edildi.
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı - Şəki "İpək Yolu" XII Beynəlxalq Musiqi Festivalı keçən il iyulun 3-də keçirildi. 
Xatırladaq ki, 2010-cu ildən Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı 2020-ci və 2021-ci illərdə pandemiya səbəbindən yarımçıq qalsa da, 2022-ci ildə ikiillik fasilədən sonra yenidən keçirilməyə başlanılıb.
Musiqisevərlərin, xüsusilə caz həvəskarlarının intizarla gözlədikləri  Bakı Caz Festivalı ötən ilin oktyabrında baş tutdu. Festivalın builki proqramı da zəngin oldu. Tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlər cazsevərlərin zövqünü oxşadı.
Bakı Beynəlxalq Caz Festivalında 15 ölkədən musiqiçilər, eləcə də "Gremmi" mükafatı laureatları olan ifaçılar, bu mükafata namizədlər, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret xüsusi proqramları ilə çıxış etdilər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!