05 Oktyabr 2022 15:47
318
Mədəniyyət
A- A+

Moskvada Azərbaycan heykəltəraşlarının işləri təqdim edilib

 

Moskvadakı Dövlət Şərq Muzeyində Heydər Əliyev Fondunun dəstəyi ilə “Sosialist realizmini xatırlayarkən. Azərbaycan. 1940-1950-ci illərin dəzgah heykəltəraşlığı” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın məşhur heykəltəraşlarının Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş heykəltəraşlıq işləri nümayiş etdirilir.

Ekspozisiyaya Azərbaycanın Xalq rəssamları Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov və Pinxos Sabsayin, SSRİ Rəssamlar İttifaqının üzvü Elcan Şamilovun, Hüseyn Əhmədovun işləri daxil edilib.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin humanitar proqramlar şöbəsinin rəhbəri Tamilla Əhmədova sərginin açılışında çıxış edib. O qeyd edib ki, Şərq Muzeyi ilə Heydər Əliyev Fondu arasında çoxdan yaranmış səmərəli əməkdaşlıq Azərbaycan ilə Rusiyanın qarşılıqlı yaxınlaşmasına şərait yaradır. O deyib: “Doğru deyilər, incəsənət dünya siyasətində yumşaq qüvvədir. İncəsənətin sayəsində xalqlar bir-birinə yaxınlaşır, bir-birini anlayır, milli-mədəni kodu dərk edir. Başda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva olmaqla, Fond incəsənətin yaradıcı qüvvəsini anlayaraq həm Azərbaycanın, həm də başqa ölkələrin milli sərvətlərinin qorunub saxlanması üzrə çox böyük iş aparır”.

T.Əhmədova Heydər Əliyev Fondunun İtaliya, Almaniya və Fransada həyata keçirdiyi layihələri xatırladaraq deyib: “Fondun vitse-prezidenti Leyla Əliyeva praktiki olaraq bütün humanitar sahəni əhatə edən çoxsaylı təşəbbüslər irəli sürüb. Bu gün bizim iştirakımızla açılışı keçirilən nadir sərgi Fondun incəsənətə qayğıkeş münasibətini bir daha təsdiq edir”.

Heydər Əliyev Fondunun nümayəndəsi sosialist realizminə milli kolorit gətirmiş Azərbaycan heykəltəraşları, fırça və tişə ustaları barədə məlumat verib.

T.Əhmədovanın sözlərinə görə, belə sənətkarların əsərləri artıq klassikaya çevrilib. O deyib: “Fikrimcə, bu sərgi bizim birgə təşəbbüslərimiz silsiləsində sonuncu layihə olmayacaq. Belə tədbirlər Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının tərkib hissələridir”.

Şərq Muzeyinin direktoru Aleksandr Sedov bildirdi ki, bu sərgini Azərbaycan Xalça Muzeyi ilə birgə keçirilən “Sovet Azərbaycanın əks-sədası. Xalça. Tikmə. Plakatlar” sərgisinin davamı hesab etmək olar. O deyib: “Biz öz saxlanclarımızda məşhur Azərbaycan heykəltəraşlarının gözəl işlərini tapdıq. Bu işlər muzeyin kolleksiyasına 1950-1960-cı illərdə daxil olub. İncəsənət əbədidir, sosialist realizmi incəsənəti də maraqlıdır”.

Muzeyin direktoru Heydər Əliyev Fondu ilə sıx əməkdaşlıq barədə danışıb, Azərbaycanın klassik dəzgah heykəltəraşlığı sənəti nümunələrinin bərpasında iştiraka görə Fonda təşəkkürünü bildirib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev tədbirdə iştirak edənləri sərginin açılışı münasibətilə təbrik edib və səfir Polad Bülbüloğlunun təbriklərini çatdırıb.

Ekspozisiyanın açılışında Şərq Muzeyinin elmi bərpa şöbəsi müdirinin müavini Olqa Myaqkova da çıxış edib. O, eksponatların bərpası prosesi barədə məlumat verib.

Şərq Muzeyində oktyabrın 30-dək davam edəcək sərginin eksponatları daha sonra Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda nümayiş etdiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video