24 Sentyabr 2026 18:16
163
DÜNYA
A- A+
Moskvada 9 universitetdə təxliyə

Moskvada 9 universitetdə təxliyə


Moskvada universitetlərdə adi dərs günü qəfil təxliyə ilə yarımçıq qalıb. Şəhərdə bir neçə ali təhsil müəssisəsinin binalarında mümkün partlayıcı qurğuların yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Rusiya KİV-in yaydığı məlumata görə, xəbərdarlıqlardan sonra ən azı 9 ali təhsil müəssisəsində tələbə və müəllimlərin təxliyəsi həyata keçirilib. Təxliyə olunan müəssisələr arasında Rusiya Teatr Sənəti İnstitutu, Dövlət Maarif Universiteti, Moskva Beynəlxalq Universiteti, Moskva Texniki Rabitə və İnformatika Universiteti, A. N. Kosıgin adına Rusiya Dövlət Universiteti, Kino və Televiziya İnstitutu, D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti, Ümumrusiya Xarici Ticarət Akademiyası və Moskva Dövlət İdman və Turizm Universiteti yer alır.

İlkin məlumata əsasən, təxliyəyə səbəb binalarda partlayıcı qurğuların olması barədə daxil olan məlumatlardır. Hazırda bu təhdidlərin həqiqiliyi təsdiqlənməyib. Fövqəladə xidmətlərin əməkdaşları universitet binalarında və onların ətrafında yoxlamaları davam etdirirlər. Ərazilər potensial təhlükəli əşyaların aşkarlanması baxımından nəzarətdə saxlanılır.

Hazırda hadisənin arxasında kimin dayandığı və məlumatların mənbəyi barədə rəsmi açıqlama yoxdur. Təhdidlərin real olub-olmadığı isə aparılan yoxlamalardan sonra məlum olacaq.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

18:25
24 Sentyabr

Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub 

18:23
24 Sentyabr

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN  

18:22
24 Sentyabr

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır  

18:21
24 Sentyabr

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

18:20
24 Sentyabr

Məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etdi  

18:17
24 Sentyabr

Moskvada 9 universitetdə təxliyə

18:16
24 Sentyabr

Ermənistandan Azərbaycana “folqa diplomatiyası”

18:00
24 Sentyabr

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

17:49
24 Sentyabr

Futboldan hüquqa, meydandan xidmətə

17:41
24 Sentyabr

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

17:38
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!