24 Sentyabr 2026 17:49
179
DÜNYA
A- A+
Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq


Banqladeş ABŞ ilə ticarət əlaqələrini möhkəmləndirmək məqsədilə “Boeing” şirkətindən daha 11 təyyarə almaq qərarına gəlib. “Kommersant.ru” saytının məlumatına görə, bu addım milli aviaşirkət “Biman Bangladesh Airlines”ın sifarişlərini genişləndirmək çərçivəsində atılıb. Yeni sazişə əsasən, ölkəyə əlavə olaraq beş ədəd “Boeing 787-10 Dreamliner” və altı ədəd “Boeing 737-8 MAX” təyyarəsi təhvil veriləcək. ABŞ-nin Banqladeşdəki səfiri Brent Kristensen sövdələşmənin bağlandığını təsdiqləyərək, bunu iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığa doğru növbəti addım kimi qiymətləndirib.

Xatırladaq ki, cari ilin aprel ayında “Biman Bangladesh Airlines” artıq “Boeing” ilə 2031-2035-ci illərdə ümumi dəyəri 3,7 milyard dollar olan 14 təyyarənin (10 Dreamliner və 4 ədəd 737 MAX 8) tədarükünə dair müqavilə imzalamışdı. Yeni razılaşma ilə aviaşirkətin ümumi sifariş həcmi 25 təyyarəyə çatıb, lakin əlavə sazişin maliyyə dəyəri hələlik açıqlanmır.

Bu addım Dəkkənin ABŞ-dən idxalı artırmaq və iki ölkə arasındakı təxminən 6 milyard dollarlıq ticarət disbalansını azaltmaq səylərinin bir hissəsidir. Banqladeş hakimiyyəti bu yolla ölkənin ixrac yönümlü iqtisadiyyatına, xüsusən də tekstil sənayesinə ciddi zərbə vura biləcək ABŞ rüsumlarının artırılması riskini minimuma endirməyə çalışır.

Bununla belə, “Boeing”-in avropalı rəqibi olan “Airbus” konserni də Dəkkə ilə müqavilələr bağlamağa iddialıdır. Hazırda Banqladeş hökuməti nəzdindəki xüsusi texniki komitə Avropa istehsalı olan 10 laynerin satın alınması ilə bağlı təklifi nəzərdən keçirir.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qazaxıstanda ümummilli matəm elan edilib

18:50
24 Sentyabr

Daha dörd məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:49
24 Sentyabr

Ombudsman Lənkəranda vətəndaşları qəbul edib

18:48
24 Sentyabr

BMT-də Azərbaycanın Kiçik Ada Dövlətləri üçün Əməkdaşlıq Proqramı təqdim olunub

18:46
24 Sentyabr

Azərbaycan ilə FAO arasında aqrar sahədə əməkdaşlıq perspektivləri müzakirə olunub

18:45
24 Sentyabr

Azərbaycanın daha bir boksçusu Avropa üçüncüsü olub

18:44
24 Sentyabr

DİN Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət edib

18:42
24 Sentyabr

Yaponiyalı üzgüçü dünya rekordunu yeniləyib

18:41
24 Sentyabr

Azərbaycan və Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

18:27
24 Sentyabr

“AzerGold” 2030-cu ilədək illik dövriyyəsi 1 milyard manat olan şirkətə çevrilməyi hədəfləyir VİDEO  

18:26
24 Sentyabr

AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir

18:25
24 Sentyabr

Formula 1: Corc Rassel ikinci sərbəst yürüşü də ilk sırada başa vurub 

18:23
24 Sentyabr

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN  

18:22
24 Sentyabr

Baş nazir: Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır  

18:21
24 Sentyabr

Rusiya Ermənistana qaz tədarükünü dayandıra bilər  

18:20
24 Sentyabr

Məhkəmə CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişini bərpa etdi  

18:17
24 Sentyabr

Moskvada 9 universitetdə təxliyə

18:16
24 Sentyabr

Ermənistandan Azərbaycana “folqa diplomatiyası”

18:00
24 Sentyabr

Banqladeş ABŞ-dən daha 11 “Boeing” alacaq

17:49
24 Sentyabr

Futboldan hüquqa, meydandan xidmətə

17:41
24 Sentyabr

Səssizliyin içindən gələn atəş: Əli İskəndərli tarix yazdı  

17:38
24 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!