07 Avqust 2022 00:16
822
Mədəniyyət
A- A+
Milli mədəniyyətimizin dünyanı heyran edən möhtəşəm nümunəsi

Milli mədəniyyətimizin dünyanı heyran edən möhtəşəm nümunəsi


VIII "Muğam" Televiziya Müsabiqəsinə Şuşa şəhərində yekun vuruldu

 

Onu əbəs yerə Azərbaycan musiqisinin beşiyi adlandırmırlar. Bu şəhərin hər daşına, qayasına, ab-havasına muğam  hopub. O muğam ki, xalqımızın təlatümlü keçmişinin sədaları əbədiləşib onda. Bu günümüzün arzularına qol-qanad, ümidli sabahlarımızdan soraq verir, dinləyənlərə əsrarəngiz duyğular, heyrətamiz hisslər bəxş edir. Sevincimizə ortaq, dərdimizə şərik, yaralarımıza məlhəm olur...

 

Azad Şuşa tarixi günlər yaşayır

2020-ci ilin 8 noyabrı Azərbaycan tarixinə Zəfər günü kimi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"

Erməni işğalında qaldığı illərdə Şərqi Zəngəzurun və Qarabağın digər əraziləri kimi Şuşa şəhərinin də başı çox müsibətlər çəkdi. İndi isə azad Şuşanın yeni növrağı başlayıb. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" Sərəncam imzaladı. 2022-ci ili isə dövlət başçısı "Şuşa ili" elan etdi. Nəinki Şuşada, bütün ölkə miqyasında "Şuşa ili" çərçivəsində bir-birindən maraqlı, yaddaqalan, möhtəşəm tədbirlər düzənlənir.

Şuşa qısa müddətdə sürətlə inkişaf edir. Az vaxtda inşa edilən Zəfər yolu tarixi torpaqlarımıza qayıdışımızın ilk əlaməti oldu. Uzun ayrılıqdan sonra bu qədim tarixi şəhərimiz öz əzəli və əbədi sakinlərinə qucaq açdı.

Şuşada tikinti, quruculuq işləri uğurla davam edir, tarixi, mədəni, dini abidələrin bərpası aparılır. Artıq Bülbülün Ev-Muzeyi təmir edilib. Üzeyir Hacıbəylinin Ev-Muzeyinin təmiri başa çatmaqdadır. Üç məsciddə təmir-bərpa işləri həyata keçirilir. Bir sözlə, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin Şuşanın işğaldan azad olunması ilə əlaqədar xalqa müraciətində dediyi "Şuşa, biz səni dirçəldəcəyik!" - sözləri reallığa çevrilir.

 

Dünyaya səs salan tədbirlərin keçirildiyi məkan

1992-ci ildə təcavüzkar ermənilərin işğalına məruz qalanadək bu şəhər çox möhtəşəm təbirlərin keçirildiyi məkan kimi də tanınırdı. İşğala məruz qalması ilə Şuşada düzənlənən silsilə tədbirlər də dayandırıldı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində əmin etdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq. Artıq Şuşa həmin günlərini yaşayır.

Azərbaycanın mədəniyyət paytaxtı bu dəfə də musiqisevərləri, muğamsevərləri xoş ovqatla qarşılayıb. Avqustun 5-də Şuşa daha bir möhtəşəm tədbirə evsahibliyi etdi. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII "Muğam" Televiziya Müsabiqəsinə musiqi beşiyində yekun vuruldu. Müsabiqənin finalı və qala-konserti Şuşada təşkil olundu. Belə ki, final gecəsi avqustun 5-də keçirildi.

Finala tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunmuşdu. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov etdi. Sonra iştirakçıların ifaları dinlənildi, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olundu.

 

Müsabiqənin finalı Bülbülün Ev-Muzeyinin həyətində təşkil olundu.

Qeyd edək ki, "Muğam" Televiziya Müsabiqəsi Heydər Əliyev Fondunun uğurlu layihələrindən biridir. 2005-ci ildən başlanan muğam müsabiqəsi 8-ci dəfədir ki, gənc muğam ifaçılarına öz istedad və bacarıqlarını geniş auditoriyadan nümayiş etdirmək imkanı verir. İndiyədək keçirilən muğam müsabiqələri iştirakçılarının bir çoxu ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda muğam sənətimizi layiqincə təmsil və təbliğ edirlər.

2005-ci ildən etibarən keçirilən "Muğam" müsabiqəsinin builki özəlliyi yarışmaya azyaşlı muğam ifaçılarının da qatılması və mükafatlar uğrunda mübarizə aparması olub.

VIII "Muğam" Televiziya Müsabiqəsinin seçim turları aprelin 9-da başlanıb, müsabiqə Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilərlə yanaşı, bütün regionları əhatə edib. Mayın 10-da yarışmaya start verilib. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası vasitəsilə canlı yayımlanıb.

Finalın Şuşada keçirilməsi VIII "Muğam" Müsabiqəsinin məhz "Şuşa ili"nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızda yarışmaya yekun vurulması "Şuşa ili"nə töhfədir. Eyni zamanda bu tədbirlər Şuşanın həsrətini çəkdiyi musiqili, muğamlı günlərinə dönüşüdür.

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!