16 Noyabr 2023 23:40
2039
PARLAMENT
A- A+
Milli Məclisin sədri Qırğızıstan Joqorku Keneşinin yubileyinə həsr olunan konfransda iştirak edib

Milli Məclisin sədri Qırğızıstan Joqorku Keneşinin yubileyinə həsr olunan konfransda iştirak edib

 

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfəri çərçivəsində Joqorku Keneşinin 85 illiyinə həsr edilən beynəlxalq konfransda iştirak edib. Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev Azərbaycan Milli Məclisinin sədrini və digər parlament nümayəndə heyətlərinin rəhbərlərini salamlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, konfransda spiker Sahibə Qafarova çıxış edib. O, Qırğızıstan parlamentinin 85 illiyi münasibətilə təbriklərini çatdırıb. Çıxışında müstəqillik illərində həm Azərbaycanın, həm də Qırğızıstanın böyük inkişaf yolu keçdiyini deyən Milli Məclisin sədri, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradıldığı gündən Azərbaycan–Qırğızıstan ikitərəfli əməkdaşlığının ənənəvi olaraq qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq ruhunda qurulduğunu, siyasi, ticarət-iqtisadi, mədəni və digər sahələrdə ümumən uğurla inkişaf etdiyini deyib.

Sahibə Qafarova xatırladıb ki, bu il Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunub. O deyib ki, ölkələrimiz arasında çoxəsrlik tarixi kökləri olan dostluq münasibətləri Azərbaycan və Qırğızıstan xalqlarının maraqları naminə genişlənir. Azərbaycan və Qırğızıstan dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyədə görüşlərin dinamikası və səmərəliliyi ikitərəfli münasibətlərin möhkəmlənməsində və dərinləşməsində mühüm rol oynayır. Parlamentin spikeri bununla əlaqədar olaraq, Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin aprel ayında Azərbaycana rəsmi səfərini, səfər çərçivəsində imzalanmış “Strateji tərəfdaşlıq haqqında” Bəyannaməni və “Dövlətlərarası Şuranın yaradılması haqqında” Memorandumu, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin oktyabr ayında Qırğızıstana dövlət səfərini xüsusi vurğulayıb.

Çıxışına davam edən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycanla Qırğızıstan arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı əlaqələridir. Bu gün ölkələrimizin qanunvericilik orqanları arasında səmərəli əməkdaşlıq münasibətləri qurulmuşdur və onları daha da dərinləşdirmək üçün yaxşı imkanlar var.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan və Qırğızıstan xalqlarının bir-birinə yaxınlığına və ortaq mədəni dəyərlərinə əsaslanan humanitar əməkdaşlıq xüsusi məna və mahiyyət kəsb edərək, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirir. Buna ən parlaq sübut olaraq, ötən ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan dostluq parkının və Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziya təhsil-tərbiyə kompleksinin açılmasını göstərmək olar. Ortaq mədəniyyətə, dilə və milli köklərə malik olan dövlətlərimiz bütün sahələrdə qarşılıqlı əlaqə və əməkdaşlıq istiqamətində fəallığı gücləndirirlər.

Qeyd edək ki, beynəlxalq konfransda Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və digər bır sıra ölkələrin parlament sədrləri iştirak və çıxış ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!