21 Sentyabr 2026 20:39
157
SİYASƏT
A- A+
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

Süni intellekt və təhsil yalnız texnologiya ilə bağlı deyil, eyni zamanda, uşaqların gələcəyi və onlara təqdim ediləcək təhsilin keyfiyyəti ilə əlaqəlidir. Texnologiya təhsili gücləndirə bilər, lakin müəllimləri və insan münasibətlərini əvəz edə bilməz.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunu spiker Sahibə Qafarova sentyabrın 21-də Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, süni intellekt təlim prosesini hər bir uşağın ehtiyaclarına uyğunlaşdıra, əlilliyi olan uşaqların təhsil imkanlarını genişləndirə və uzaq icmalara keyfiyyətli təhsil resurslarının çatdırılmasına kömək edə bilər.

Milli Məclisin sədri vurğulayıb ki, süni intellektin yaratdığı imkanlar avtomatik olaraq hamı üçün əlçatan olmur. Ona çıxış imkanlarının ailənin gəlirindən və yaşayış yerindən asılı olması bərabərsizlikləri daha da dərinləşdirə bilər. Ona görə də parlamentin sədri bu sahədə məxfilik, alqoritmik qərəz, zərərli məzmun və insan məsuliyyətinin qeyri-müəyyənliyi ilə bağlı risklərin də nəzərə alınmasının vacibliyini vurğulayıb.

S.Qafarova deyib ki, uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas istiqamətləndirici prinsipi olmalıdır.

Parlamentin sədri PAİ-nin parlamentlərə qanunvericilik təcrübəsi mübadiləsi aparmağa, praktiki tövsiyələr hazırlamağa, nəzarəti gücləndirməyə və təhsil işçiləri, texnologiya şirkətləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və uşaqlarla dialoqun təşviqinə kömək edə biləcəyini söyləyib.

Həmçinin bildirib ki, süni intellekt artıq sinif otaqlarına daxil olur və əsas məsələ bu texnologiyadan istifadə edib-etməmək deyil, onun necə ədalətli və uşaqların maraqlarına uyğun şəkildə tətbiq olunmasıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

Azərbaycandan ixrac olunan çayın dəyəri 5 milyon dolları ötüb – QRAFİK

17:09
21 Sentyabr

Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib

16:54
21 Sentyabr

15 yaşınadək oğlanlar arasında futbol üzrə dünya çempionatı ilə əlaqədar viza prosedurları sadələşdirilir - SƏRƏNCAM

16:36
21 Sentyabr

İnternat müəssisələrində valideyn himayəsindən məhrum uşaqların sayı açıqlanıb

16:27
21 Sentyabr

“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub

16:14
21 Sentyabr

Qeyri-neft-qaz sektorunda artım iqtisadi şaxələndirməni gücləndirir

16:09
21 Sentyabr

BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır  

16:08
21 Sentyabr

Fransada silahlı insident: Ölən və yaralanan var

15:58
21 Sentyabr

“Bitcoin”in qiyməti 8 ayın maksimumuna yüksəlib

15:53
21 Sentyabr

Birinci sinfə qəbul olunan şagirdlərin sayı illər üzrə dəyişib

15:39
21 Sentyabr

Ötən həftə 269 mina və 745 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

15:31
21 Sentyabr

Yeniyetməlikdə düşüncələrimiz onilliklər sonra demans riskimizə təsir edə bilərmi?  

15:26
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!