19 Yanvar 2026 18:59
1730
PARLAMENT
A- A+
Milli Məclisin Mədəniyyət komitəsində payız sessiyasında görülmüş işlər qənaətbəxş hesab olunub

Milli Məclisin Mədəniyyət komitəsində payız sessiyasında görülmüş işlər qənaətbəxş hesab olunub


Yanvarın 19-da Milli Məclisin Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın qan yaddaşı olan, 36-cı ildönümü qeyd ediləcək 20 Yanvar faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Sonra komitə sədri Polad Bülbüloğlu bildirib ki, gündəliyə 4 məsələ – 2025-ci ilin payız sessiyası dövründə Mədəniyyət komitəsində görülən işlər barədə hesabat, komitənin 2026-cı ilin yaz sessiyası üçün iş planının layihəsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının Üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi və “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

Bildirilib ki, 2025-ci ilin payız sessiyası ərzində Mədəniyyət komitəsinin 7 iclası keçirilib və ümumilikdə 9 məsələ müzakirə olunub. Bunlardan bir qisminin icrası təmin edilib, digər qismi isə baxılması üçün aidiyyəti orqanlara göndərilib. Komitə sədri bildirib ki, seçicilərlə Milli Məclisdə və yerlərdə qəbullar keçirilib, müraciətlər dinlənilib və zəruri izahatlar verilib.

Mədəniyyət komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planı layihəsi barədə məlumat verən Polad Bülbüloğlu qeyd edib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər keçiriləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.

İclasda ötən sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub və komitənin növbəti sessiya üçün iş planının layihəsi təsdiqlənib.

Sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslər təqdim edilib.

Polad Bülbüloğlu diqqətə çatdırıb ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə idman təşkilatlarından Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, şahmat üzrə qadınlardan ibarət yığma komandanın kapitanı İlahə Qədimova, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatlarından Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva, Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayeva yeni namizədlər olaraq irəli sürülüblər.

Komitə sədri televiziya kanallarının, xüsusilə də İctimai Televiziyanın dövlət və cəmiyyət həyatındakı mühüm rolunu vurğulayaraq, onların daha səmərəli və məhsuldar fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb və bu istiqamətdə öz mövqeyini ifadə edib.

Daha sonra “Kinematoqrafiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) təqdim olunub. Qeyd edilib ki, qanun layihəsi kinematoqrafiya sahəsində hüquqi tənzimləmənin müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, anlayışların dəqiqləşdirilməsinə və dövlət dəstəyinin institusional mexanizmlərinin genişləndirilməsinə yönəlib. Layihə xarici və birgə istehsal mexanizmlərinin stimullaşdırılmasını, investisiya cəlbediciliyinin artırılmasını və Azərbaycan kino sənayesinin beynəlxalq bazara inteqrasiyasını təmin etməyi hədəfləyir. Bu dəyişikliklər milli kinematoqrafiyanın dayanıqlı inkişafına, mədəni diplomatiyanın güclənməsinə və yaradıcı sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edəcək.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova kinematoqrafiya sahəsində ölkəmizdə görülən işlərdən, aparılan islahatlardan danışıb.

Müzakirələrdə çıxış edən deputatlar qanun layihəsi ilə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Kino Agentliyinin Baş direktoru Rəşad Əzizov deputatların suallarını cavablandırıblar.

İclasın sonunda birinci oxunuşda olan qanun layihəsi və İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb

10:02
11 Mart

Ərdoğan Zelenskiyə: İran ətrafındakı vəziyyət Ukrayna üzrə sülh səylərinə mane olmamalıdır

10:01
11 Mart

Nazir müavini: 200-dən çox ABŞ şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir

09:52
11 Mart

Timor-Leste Prezidenti Azərbaycana səfərə gəlib

09:51
11 Mart

UEFA Çempionlar Liqası: “Bavariya” səfərdə böyükhesablı qələbə qazanıb

09:50
11 Mart

Rövşən Nəcəf: SOCAR ABŞ-dəki layihələrə çıxış və pay əldə etməkdə çox maraqlıdır

09:50
11 Mart

Avropada insan alveri qurbanlarının sayı artır

09:25
11 Mart

Yaz allergiyası

09:20
11 Mart

Ədəbiyyatımızda Novruzun tərənnümü

09:15
11 Mart

Yel çərşənbəsi - təbiətin görünməz ruhu

09:10
11 Mart

Tovuzlu əkinçilərin çörəyi "ikinci çörək"dən çıxır

09:05
11 Mart

Pambıqçıların işi qurtaran deyil

09:00
11 Mart

Dəniz sahilində, göydələnlər arasında

08:55
11 Mart

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

08:50
11 Mart

"Şahdəniz" Azərbaycan qaz sənayesinin şah damarıdır

08:45
11 Mart

"Dünya hərb sənətinin Nadir şah zirvəsi"

08:40
11 Mart

Azərbaycanın xarici siyasətində Sülh Şurası yeni istiqamət kimi

08:35
11 Mart

Azərbaycanın qətiyyətli diplomatiyası 907-ci düzəlişin ləğvinə də nail olacaq

08:30
11 Mart

Azərbaycan dünya neft bazarında qiymətlərin sabit olmasında maraqlıdır

08:25
11 Mart

İlham Əliyevin sülh strategiyası real nəticələr verir

08:20
11 Mart

Azərbaycan sabitlik və əməkdaşlıq mühitinin güclənməsində maraqlıdır

08:15
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!