07 Mart 2026 09:25
1186
Mədəniyyət
A- A+
"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib


5 mart 2026-cı il tarixində Daş Salnamə Muzeyində Heydər Əliyev Fondunun və "AzerGold" QSC-nin dəstəyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun iştirakı ilə həyata keçirilən "Çovdar nekropolu" arxeoloji tədqiqat layihəsinin nəticələrini əks etdirən elmi-kütləvi nəşrin təqdimat mərasimi keçirilib.

Tədbir çərçivəsində əvvəlcə qonaqlar sərgi ilə tanış olublar. Sərgidə arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəni irs nümunələri nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Zakir İbrahimov layihəyə göstərilən xüsusi diqqətə və dəstəyə görə Heydər Əliyev Fonduna, fundamental tədqiqata görə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna təşəkkürünü bildirib. Qeyd edilib ki, "Çovdar nekropolu" 2019-cu ildən həyata keçirilən və "AzerGold" QSC-nin ən uzunmüddətli sosial-mədəni layihələrindən biridir.

Beş ay davam edən qazıntılar zamanı Son Tunc və Erkən Dəmir dövrlərinə aid 156 qəbir və 6000-dən çox maddi-mədəniyyət nümunəsi - silahlar, əmək alətləri, məişət və bəzək əşyaları aşkarlanıb. Araşdırmalara yerli alimlərlə yanaşı, İtaliya, Yaponiya və Türkiyədən olan mütəxəssislər cəlb olunub, ilk dəfə insan qalıqlarından DNT analizləri aparılaraq, hər nümunədən 13 milyona yaxın DNT molekulu oxunub və laboratoriyada emal edilib. Nəticədə Çovdar əhalisinin ətraflı demoqrafik təhlili, orta yaş həddi, qohumluq əlaqələri və ölüm səbəbləri müəyyən edilib. Nəticələr göstərib ki, nekropolda dəfn olunan insanlar yerli - Qafqaz mənşəli olub və ərazidə 400 ildən artıq müddətdə yaşayıblar. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov layihənin qədim köklərimizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Fondun Azərbaycanda və ölkə hüdudlarından kənarda arxeoloji tədqiqatların dəstəklənməsi və milli irsin beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi layihələrdən bəhs edən S.Məmmədov tapıntıların ölkəmizin qədim insan mədəniyyətinin mərkəzlərindən biri olduğunu yenidən sübut etdiyini bildirib. 

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov rayon ərazisində erkən Tunc dövründən başlayaraq müxtəlif tarixi mərhələlərə aid çoxsaylı arxeoloji abidələrin mövcud olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda rayonda 49 daşınmaz tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb və Çovdar nekropolunun tədqiqi rayonun mədəni irsinin daha da zənginləşməsinə töhfə verib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışında layihənin ölkədə tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti baxımından əhəmiyyətini vurğulayıb.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev tapıntıların beynəlxalq standartlara uyğun olaraq tədqiq edildiyini bildirib. Çovdar nekropolunun metal nümunələri baxımından bu günədək aşkar edilmiş ən zəngin abidə olduğunu qeyd edib. İtaliyanın Piza şəhərində aparılan spektral analizlərin nəticələri göstərir ki, məmulatların hazırlanmasında müxtəlif metal ərintilərindən istifadə olunub. Bu isə həmin dövrdə bölgədə ibtidai metallurgiyanın müəyyən inkişaf səviyyəsinə çatdığını göstərir. Şüşə muncuqlar və kauri qabıqları isə qədim icmaların Aralıq dənizi və digər regionlarla iqtisadi-mədəni əlaqələrinin mövcudluğunu təsdiqləyir.

Qeyd edək ki, "AzerGold" QSC-nin 2019-cu ildə Çovdar Emal Sahəsində apardığı tikinti işləri zamanı aşkar edilib. "Çovdar nekropolu" kitabı arxeoloji ekspediyanın bir neçə il davam edən araşdırmalarının nəticələrini əks etdirən elmi-publisistik nəşrdir. Azərbaycan və ingilis dillərində hazırlanan kitabın məqsədi Çovdar nekropolunun zəngin tarixi-mədəni irsini geniş ictimaiyyətə təqdim etmək, milli irsin təbliğinə töhfə verməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda duzun emalı bərpa olunub

20:39
30 Aprel

Bakıda WUF13 çərçivəsində nəqliyyat monitorinqi keçiriləcək

20:34
30 Aprel

Qoxu hissinin yaranması ilə bağlı kəşf 

20:21
30 Aprel

Kolumbiyada təhlükəsizlik yenidən əsas müzakirə mövzusudur

20:12
30 Aprel

Autizmli uşaqlar üçün ümidverici araşdırma

20:06
30 Aprel

Şimali Koreyada şiddətli quraqlıq hökm sürür

19:59
30 Aprel

Mamdani Kral III Çarlzdan Koh-i-Nur almazını Hindistana qaytarmağı tələb edir  

19:51
30 Aprel

Donald Tramp: Nüvə proqramından imtina etmədən İranla razılaşma mümkün deyil

19:43
30 Aprel

Avropa İttifaqı üzvləri təhlükəsizlik üçün alternativlər axtarırlar

19:34
30 Aprel

Qazaxıstan iqtisadiyyatında Rusiya prioritet tərəfdaş mövqeyini qoruyur  

19:27
30 Aprel

ABŞ-də “uçan taksi” dövrü başlayır

19:18
30 Aprel

Körfəz liderlərinin görüşü: Xarici təhdidlərə qarşı ortaq güc nümayişi 

19:16
30 Aprel

Dünyada neft bahalaşıb

19:07
30 Aprel

Beynəlxalq gənclər forumunun bir qrup iştirakçısı Milli Məclisdə olub

19:00
30 Aprel

ABŞ viza qaydalarını sərtləşdirir  

18:58
30 Aprel

Pekində dron satışına qadağa tətbiq olunur

18:51
30 Aprel

Hindistanda rəqəmsal fırıldaqçılıq böhranı   

18:41
30 Aprel

Tramp: Rusiya-Ukrayna məsələsində Almaniya tamamilə səmərəsiz olub

18:38
30 Aprel

Milli Məclisin sədrinin Yunanıstan səfiri ilə görüşündə parlamentlərarası münasibətlər nəzərdən keçirilib  

18:37
30 Aprel

Səfir: Britaniya ilə Azərbaycan arasında yüksək texnologiyalar sahəsində geniş perspektivlər var  

18:21
30 Aprel

XTQ-nin yaradılmasının 27-ci ildönümü qeyd olunub

18:12
30 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!