11 Mart 2026 08:50
847
İQTİSADİYYAT
A- A+
FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb

FAO dünya üzrə ərzağın son qiymətləri barədə rəqəmləri açıqlayıb


Buğda, bitki yağları, ət bahalaşıb, süd və süd məhsulları ucuzlaşıb


Dünyada baş verən siyasi-hərbi qarşıdurmalar, regional münaqişələr, ölkələrin bir-birilərinə tətbiq etdikləri iqtisadi sanksiyalar qlobal iqtisadiyyata təsirsiz ötüşmür. İnvestisiya qoyuluşunun azalması, maliyyə resurslarının iqtisadiyyata cəlb edilməsi prosesindəki boşluqlar istehsal və təchizat zəncirini yaman günə qoyur.

Qlobal səviyyədə baş verən bu neqativ proseslər ərzaq qiymətlərinin bahalaşmasına da səbəb olur. Qiymət artımı isə təkcə iqtisadi-sosial yox, həm də birbaşa siyasi məsələdir. Xüsusən də bu tendensiya ildən-ilə güclənirsə. 

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ərzaq qiymətləri üzrə son illər üzrə təqdim etdiyi rəqəmlərə nəzər salaq. FAO-nun fevral ayı üçün açıqladığı Ərzaq Qiymətləri İndeksi orta hesabla 125,3 bənd olub ki, bu da yanvar ayı ilə müqayisədə 0,9 faiz və ya 1,1 bənd çoxdur. Təşkilatın məlumatına görə, ötən ay ət və bitki yağlarının bahalaşması faizi süd məhsulları və şəkərdəki qiymət azalması faizini üstələyib. Nəticədə indeks ardıcıl 5 aylıq enişdən sonra ilk dəfə yüksəlib. Bununla belə, mövcud göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 bənd - 1 faiz, 2022-ci ilin martında çatdığı pik nöqtədən isə 34,9 bənd - 21,8 faiz aşağıdır.

Ötən ay Taxıl Qiymətləri İndeksi 1,1 bənd (1,1 faiz) artaraq 108,6 bəndə yüksəlib. Artımda dünya buğda qiymətlərinin 1,8 faiz bahalaşması mühüm rol oynayıb ki, buna da ilk növbədə Avropa və ABŞ-dəki əlverişsiz hava şəraiti, Rusiyadakı logistik fasilələr və Qara dəniz regionundakı gərginlik təsir göstərib. Eyni zamanda arpa kotirovkaları Çinin Avstraliya tədarükündə olan hesabına möhkəmlənib. FAO-nun bütün düyü növləri üzrə qiymət indeksi isə Basmati və Yaponiya sortlarına olan davamlı tələbin dəstəyilə 0,4 faiz artıb.

Bitki yağı sektorunda daha kəskin artım müşahidə olunub. FAO Bitki Yağı Qiymətləri İndeksi aylıq 3,3 faiz (5,6 bənd) artaraq 2022-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə (174,2 bənd) çatıb. Artım palma, soya və raps yağlarının bahalaşması hesabına baş verib ki, bu da günəbaxan yağı kotirovkalarındakı azalmanı kompensasiya edib. Palma yağı istehsalın mövsümi azalması, soya yağı isə ABŞ-nin bioyanacaq siyasəti ilə bağlı gözləntilər fonunda bahalaşıb. Raps yağı Kanada tədarükünə olan güclü tələblə yüksəlsə də, günəbaxan yağı artan ixrac tədarükü hesabına mülayim şəkildə ucuzlaşıb.

FAO Ət Qiymətləri indeksi fevralda 0,8 faiz (1 bənd) artaraq 126,2 bənd olub. Bu sahədə ən diqqətçəkən məqam qoyun əti qiymətlərinin Okeaniyadan məhdud ixrac səbəbindən yeni rekord həddə çatmasıdır. Mal əti kotirovkaları Çin və ABŞ-nin güclü satınalma marağı ilə dəstəklənib, donuz və quş əti qiymətlərində isə təklif bolluğu fonunda cüzi artım qeyd edilib.

Əks istiqamətdə isə süd məhsulları və şəkər qiymətləri ucuzlaşmağa davam edib. FAO Süd Məhsulları İndeksi yanvarla müqayisədə 1,2 faiz (1,4 bənd) azalaraq 119,3 bənd təşkil edib ki, bu da bir il əvvəlki səviyyədən 28,4 bənd (19,2 faiz) aşağı deməkdir. Azalma əsasən Avropa İttifaqında süd tədarükünün artması və pendir qiymətlərinin düşməsi ilə bağlıdır.

FAO Şəkər Qiymətləri İndeksi fevralda orta hesabla 86,2 bənd təşkil edib və bu, yanvar ayı ilə müqayisədə 4,1 faiz (3,7 bənd), bir il əvvəllə müqayisədə isə 27,3 faiz (32,4 bənd) aşağıdır. Bu, ardıcıl ikinci aylıq eniş və 2020-ci ilin oktyabrından bəri ən aşağı səviyyədir.

Qlobal tədarükün bol olacağı gözləntiləri və ABŞ-də rekord istehsal proqnozu Hindistan və Braziliyadakı istehsal azalmalarından qaynaqlanan qiymət artımı təzyiqini tamamilə kompensasiya edib.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!