27 Yanvar 2024 10:20
822
CƏMİYYƏT
A- A+
"Məqsəd gələcək üçün layiqli nəsil yetişdirməkdir"

"Məqsəd gələcək üçün layiqli nəsil yetişdirməkdir"

 

Ölkəmizin gəncləri çalışdıqları bütün sahələrdə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir, işlərinə böyük məsuliyyət və həvəslə yanaşırlar. Buna görə də zaman keçdikcə böyük nüfuz və rəğbət qazanır, getdikcə cəmiyyətdə aparıcı qüvvəyə çevrilirlər. 
Gənclərin çalışdıqları ünvanlardan biri də "DOST" mərkəzləridir. Bu gün ölkə əhalisi bu xidmət sahəsinə daha çox müraciət edir və buradakı işlərin yüksək səviyyədə təşkilindən razılıqla danışırlar. "DOST" mərkəzlərində çalışan gənclər onlara müraciət edənlərə yüksək diqqət və qayğı ilə yanaşır, xoş münasibət göstərirlər.
DOST Agentliyində çalışan gənclərdən biri də Solmaz Həsənovadır. O, 2019-cu ildən bu qurumda işləyir. Solmaz Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və UNEC insan resurslarının idarə edilməsi ixtisaslarını fərqlənmə diplomları ilə bitirib. Hazırda DOST Agentliyində Könüllülərlə iş şöbəsinin müdiridir. Əhaliyə göstərilən qayğı və diqqətdən söz açan Solmaz Həsənova dedi ki, "DOST" mərkəzlərindəki işimizin əsas məqsədi xidmətlərin daha çevik və operativ aparılmasına könüllülərin qüvvəsindən istifadə etməklə dəstək verməkdir. Gənclərlə müxtəlif proqramlar üzrə işləyirik. Hazırda "Könüllü DOST" proqramının tələblərinə uyğun olaraq "DOST" mərkəzlərində vətəndaşlara xidmət həyata keçirilir. "Könüllü DOST" poqramının əsas mahiyyəti "DOST" mərkəzlərinə müraciət edənlərə operativ xidmət göstərilməsindən və zəruri məlumatların verilməsindən ibarətdir. "Könüllü DOST" proqramı özündə bir neçə altproqramı da əhatə edir. Bu proqramlardan ilki "Gənc DOST" altproqramıdır. Proqramda əsasən 16-29 yaşı olan gənclər iştirak edirlər. "DOST" mərkəzlərinə müraciət edən gənclər müsabiqədən keçirlər. Müsabiqədən uğurla keçən gənclər könüllülük fəaliyyətinə başlayırlar. Könüllülük fəaliyyəti həftənin beş günü olmaqla, üç saat aparılır. İşlər üçnövbəlidir.
"Könüllü DOST" proqramına cəlb olunan gənclər əsasən vətəndaşların qarşılanmasına, xidmət pəncərələrinə yönləndirilməsinə, onlara düzgün məlumat verilməsinə, ərizələrin yazılmasına, növbələrin idarə olunmasına, vətəndaşlardan rəy sorğularının alınmasına cəlb olunurlar. Bəzən yaşlı adamlar xidmət mərkəzlərində quraşdırılmış bir çox funksiyanı yerinə yetirən müvafiq aparatları işlətməkdə çətinlik çəkirlər. Mərkəzdə çalışan könüllü gənclər belə işlərdə həmin vətəndaşlara yaxından kömək göstərir, onların qayğılarına qalırlar. 
Müsbət nəticə verən altproqramlardan biri də "Gümüşü DOST" altproqramıdır. Onu da deyim ki, bu altproqram ilk dəfə bizim mərkəzlərdə həyata keçirilmişdir. Adından da göründüyü kimi, altproqram yaşlı insanları, təqaüdçüləri könüllülüyə cəlb edir. Altproqrama uyğun olaraq bu gün "DOST" mərkəzlərində gənclərlə bərabər təqaüdçü könüllülər də fəaliyyət göstərir. Bu altproqramın əsas məqsədi yaşlı insanların yenidən cəmiyyətə reinteqrasiyasını təmin etmək, təcrübə mübadiləsi aparmaq və onların biliklərindən faydalanmaqdır. Obrazlı desək, bu altproqram gənclərlə yaşlı nəsil arasında körpü rolunu oynayır.
"Distant DOST" altproqramı da çox maraqlıdır. Bu altproqrama əsasən, yaşından asılı olmayaraq hər kəs mərkəzlərə gəlmədən də fəaliyyət göstərə bilər. Könüllü olmaq istəyənlər mikrolayihələrə qoşulur və seçildikləri təqdirdə birbaşa evlərindəki kompüterlərindən, telefonlarından istifadə etməklə müxtəlif istiqamətlərdə fəaliyyət həyata keçirirlər. Onlar daha çox forumların idarə olunmasında, onlayn təlimlərdə, dizayn xidmətlərinin və sair tədbirlərin təşkilində fəallıq göstərirlər.
Gənclərin böyük həvəslə qoşulduqları digər bir proqram isə "İnklüziv DOST" altproqramıdır. Məlumat üçün bildirək ki, bizim DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Mərkəzdə altproqramın tələblərindən irəli gələn vəzifələr uğurla həyata keçirilir. Bütün bunlar gənclərin böyük marağına səbəb olur.
"Korporativ DOST" altproqramı isə korporativ sosial məsuliyyət istiqamətində  dövlət və özəl qurumlarla əməkdaşlığın yaradılmasını hədəfləyir. Bu istiqamətdə könüllü gənclərin iştirakı ilə müxtəlif həssas sosial qrupların cəmiyyətə inteqrasiyasına dair müvafiq layihələr və tədbirlər həyata keçirilir.
"Gənc DOST" altproqramı ətrafında 4 minə yaxın gənci birləşdirir. Müraciət edənlərin sayı artıq yüz mini keçib. Könüllü gənclər mütəmadi olaraq müsabiqələrə cəlb edilirlər. 
Uğurla həyata keçirilən bütün proqramların əsas məqsədi gənclərin fərdi inkişafına dəstək göstərmək, onların asudə vaxtlarının səmərəli və düzgün təşkilini təmin etmək, həmçinin cəmiyyət üçün faydalı vətəndaşlar hazırlamaqdır.

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rənglər dünyasında öz yeri olan sənətkar

10:10
16 Sentyabr

Tək "Ananın səsi" şeiri bəs edir ki, ədəbiyyat tariximizdə əbədi yaşasın

10:00
16 Sentyabr

Zamanı lentə alan sənətkar...

09:50
16 Sentyabr

Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın revanşist dairələrini niyə narahat edir?

09:47
16 Sentyabr

“Forbes”: Trampın sərvəti 2024-cü il seçkilərindən sonra 2,7 milyard dollar artıb

09:47
16 Sentyabr

INPEX Azərbaycanda fəaliyyətini şaxələndirmək niyyətindədir

09:40
16 Sentyabr

Ukraynanın 2027-ci il üçün büdcə kəsiri 36 milyard dollar olacaq

09:30
16 Sentyabr

Şəmkirdə balıqçılıq inkişaf etdirilir

09:30
16 Sentyabr

Böyük qayıdışın məşğulluq gündəliyi

09:20
16 Sentyabr

Lənkəranda iki müasir məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib

09:10
16 Sentyabr

Masallıda Bilik Günü qeyd olunub

09:00
16 Sentyabr

Bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günüdür

08:54
16 Sentyabr

Azərbaycanın innovasiya vizyonu

08:50
16 Sentyabr

Pekində 13-cü Syanşan Forumu keçirilir

08:45
16 Sentyabr

ABŞ kosmosdan hərbi istifadəni normallaşdırmağa çalışır

08:42
16 Sentyabr

Dağların qoynunda yenidən boy atan Kəlbəcər

08:40
16 Sentyabr

"Azərbaycan-Özbəkistan biznes-barometri" təqdim edilib

08:30
16 Sentyabr

İslam Əməkdaşlıq Təşkilatı ilə Azərbaycanın əlaqələri genişlənir

08:20
16 Sentyabr

Örnək liderlik nümunəsi

08:10
16 Sentyabr

Tarixi zəfər və Qərbin ikili standartları: qlobal ədalətsizliklərə qarşı Azərbaycan reallığı

08:00
16 Sentyabr

Vens: ABŞ-nin İranla münaqişəsi yaxın aylarda “başqa bir mərhələyə” qədəm qoyacaq

07:58
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!