12 Yanvar 2024 10:55
806
Mədəniyyət
A- A+
"Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə"

"Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə"

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş "Məni Şaiqdən ayırmayın - Kamal Talıbzadə" adlı tədbir keçirilib. 
Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru akademik Kamal Talıbzadənin qızı Ülkər Talıbzadə qonaqları salamlayaraq görkəmli ədəbiyyatşünas alimin yaradıcı irsi, tədqiqatları haqqında danışdı. Qeyd olundu ki, XX əsr Azərbaycan bədii fikrinin öyrənilməsinə həsr edilmiş mötəbər tədqiqatların müəllifi olan K.Talıbzadə milli ədəbiyyatşünaslıq elminə qiymətli töhfələr verib. Alim Azərbaycanın tanınmış ictimai və mədəniyyət xadimi Abdulla Şaiqin və böyük qardaşı Yusif Ziya Talıbzadənin yaradıcılığını araşdırıb, həmçinin Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradıcısı olub. 
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Kamal Talıbzadəni klassik bir ziyalı  adlandırdı: "Mənim Kamal müəllimdən öyrəndiklərim 30 ilə yaxın bir dövrü əhatə edir. Kamal müəllimi orta məktəbdən tanıyırdım və bilirdim ki, Abdulla Şaiqin oğludur. Yaxından tanışlığımız, ünsiyyətimiz isə aspirantura imtahanı verdiyim gün olmuşdu". Akademik maraqlı xatirələrlə böyük alimin xeyirxahlığı, tövsiyələri, elmi irsi barədə söhbət açdı. 
Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı sevinc hissi ilə vurğuladı ki, ona ilk xeyir-duanı Abdulla Şaiq ocağının davamçısı Kamal Talıbzadə verib: "Elm yolumdakı ilk işığı Kamal müəllim yandırıb və mən bunu heç vaxt unutmaram. Onun səmimiyyəti, müdrikliyi yaddan çıxmır. Kamal müəllim 26 yaşında olanda akademiyada şöbə müdiri işləyirdi. Bu yaşda şöbə müdiri olmaq sovet məkanında bəlkə də yeganə hadisə idi. Yaşını qabaqlayan müdriklik onu yaşıdlarından fərqləndirirdi. Ensiklopedik biliyə malik olan Kamal müəllim sözün böyük mənasında Ədəbiyyat İnstitutunun pasportu idi.   O, A.Şaiq muzeyini də yaratdı. İndi bu muzey ən dəyərli mədəniyyət ocaqlarından biridir". 
AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dedi: "Kamal Talıbzadənin "Ədəbi tənqidin tarixi" kitabını 1990-cı illərin ortalarında oxudum. Baxmayaraq ki, artıq fəlsəfə doktoru idim, bu kitabı bir tələbə kimi qeydlər apararaq oxudum. Kamal müəllimin bu kitabı mənim üçün bir metodoloji mənbə oldu. Böyük alimin bu əsəri baxmayaraq ki ədəbi tənqidə həsr olunub, ədəbiyyatşünaslığı bir elm kimi bütövlükdə əhatə edir. Onun elmi fəaliyyəti ədəbiyyatın elmi uğurlarının sədlərini çoxdan aşıb".
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov Abdulla Şaiqin "Yad et məni!" şeirini xüsusi ilhamla səsləndirdi.
Xəzər Universitetinin təsisçisi, alim, yazıçı, ictimai xadim, professor Hamlet İsaxanlı dedi ki, tədbirə dəvətnaməni alanda çox sevindim. Hər şeydən əvvəl bu tədbirin adı məni cəlb etdi: - "Məni Şaiqdən ayırmayın". Kamal müəllimi Şaiqdən ayırmaq mümkün deyil. Abdulla Şaiq ədəbiyyatımızda və müəllimlik sənətində əvəzsiz bir şəxsiyyətdir.  
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli, Bakı Dövlət Universitetinin professorları Knyaz Aslan, Vaqif Sultanlı və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qafqazlı da akademik Kamal Talıbzadə ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər. Qeyd etdilər ki, Kamal Talıbzadə böyük və dəyanətli əqidələri olan bir nəslin nümayəndəsidir. Onun dərs dediyi tələbələr sonralar Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi yer tutmuşlar. Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı dissertasiyası dövrünün ən populyar ədəbiyyatşünaslıq əsərlərindən biri olub. O, kamilliyi ilə zirvələri fəth edən, yaddaşlarda səmimi, mehriban, sədaqətli bir insan kimi qalacaq.
Bakı Musiqi Akademiyasının professoru,   Xalq artisti Ülviyyə Hacıbəyova bəstəkar Zülfüqar Hacıbəyovun Abdulla Şaiqin  eyniadlı əsərinə bəstələdiyi "Nüşabə" operasından uvertüranı fortepianoda ifa etdi. 
Abdulla Şaiqin sözlərinə bəstələnmiş Səid Rüstəmovun "Sevirəm səni", Əşrəf Abbasovun "Oxu, bülbülüm" romanslarını respublika və beynəlxalq müsabiqələr laureatları   Nigar Əsgərova (vokal), Ayan Aslanova (fortepiano) ifa etdilər. 
Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin hazırladığı "Kamal Talıbzadə - 100" adlı foto-sərgi və alimin kitabları nümayiş etdirildi. Yubiley gecəsi boyu alimin həyatı və geniş elmi, ictimai-mədəni fəaliyyətini əks etdirən slayd-şou nümayiş olundu.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!