Mən mülki-cahan, cahan mənəm, mən!
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə məkan, məkan mənəm, mən!
Mən ərş ilə fərşü kafü nunam,
Mən şərhü bəyan, bəyan mənəm, mən!
Mən kövnü məkanü kün-fəkanam,
Bilgil ki, nişan, nişan mənəm, mən!
Mən surəti-mənidə həqəm həq,
Mən həqqi-əyan, əyan mənəm, mən!
Bir gövhərəmü qədim əzəldən,
Ey gövhəri-kan, kan mənəm, mən!
Mən atəşi-nuri-eşqi-həqqəm,
Musaya zəban, zəban mənəm, mən!
Mən cümlə cahanü kainatam,
Mən dəhrü zaman, zaman mənəm, mən!
Mən ayəti-müshəfü kitabam,
Ey nöqtədəhan, dəhan mənəm, mən!
Mən qövs ilə həm kamanü tirəm,
Ey tirü kaman,
kaman mənəm, mən!
Cəmşidi-zamani-aləm
oldum,
Cəmşidi-zaman,
zaman mənəm, mən!
Mən nəqşü
xəyalü xəttü xalam,
Mən hərfü
lisan, lisan mənəm, mən!
Mən gənci-nihani,
küntə kənzəm,
Mən gənci-nihan,
nihan mənəm, mən!
Mən zatü sifati-kün-fəkanam,
Mən ruh ilə
can, can mənəm, mən!
Mən kafirə
mövt, müsibət oldum,
Möminə iman,
iman mənəm, mən!
Mən cənnətü
abi-kövsər oldum,
Ey səhni-cinan,
cinan mənəm, mən!
Mən bəhri-mühitü
həm giranam,
Ey bəhri-giran,
giran mənəm, mən!
Mən sirrəmü
tövhidəm, hədisəm,
Həm qeybü
güman, güman mənəm, mən!
İnsanü bəşərsən,
ey Nəsimi,
Həqq der ki,
haman, haman mənəm, mən!
Mən ki dərvişəm, fəqirəm, padişahi-aləməm
Mən ki dərvişəm,
fəqirəm, padişahi-aləməm,
Ruhi-birəngəm,
əgərçi rəngə girdim, adəməm.
Şeş cəhətdən
çar ənasirdir məni faş eyləyən,
Yoxsa mən
gəncineyi-vəhdətdə nuri-əbhəməm.
Aləmül-qeybin
süfatı məndən oldu aşikar,
Ey bəsirətsiz,
məni gör kim, nə zati-əzəməm.
Söyləyən həqdir
mənim dilimdə hərdəm, yoxsa mən,
Çar ənasirdən
mürəkkəb bilisanü əbkəməm.
Ümmühat ilən
nə var abaya olmasa xələl,
Aləmi təhqiqə
baxsan, cümləsindən əqdəməm.
Cənnəti-firdövs
üçün bir ləhzə qəmgin olmazam,
Talibi-didari-yaram,
şadimanam, xürrəməm.
Ey Nəsimi,
çünki iş təqdir əlindən işlənir,
Fariğəm dünyadavü
üqbada qəmdən, biqəməm.
Gəlmişəm həqdən ənəlhəq, gör nə Mənsur olmuşam
Gəlmişəm həqdən
ənəlhəq, gör nə Mənsur olmuşam,
Ruhi-qüdsün
nitqiyəm, sər ta qədəm nur olmuşam.
Lövhi-məhfuzu
mənəm, ruhül-əminin həmdəmi,
Həşr üçün
mizanü İsrafilü həm sur olmuşam.
Bavücudam
vəhdəti kəsrətdə isbat eyləyim,
Musayam anəstünara,
nur ilə Tur olmuşam.
Gərçi qaibdir
vücudum hər nəzərdən daima,
Gör nə nazir,
gör nə mənzər, gör nə mənzur olmuşam.
Laməkanın
gənciyəm, gərçi yerim viranədir,
Eylərəm məmur
anı, gör kim, nə məmur olmuşam.
Surətü məni
mənəm, həm ism ilə, həm cismü can,
Gör necə məni
ilən surətdə məstur olmuşam.
Şöhrət afətdir,
usandım şöhrətindən aləmin,
Gərçi həm
əladavü əfsəldə məşhur olmuşam.
Atəşi-mehri-rüxün
canımda təsir eylədi,
Mən bu oddan
yanıram, yəni ki, məhrur olmuşam.
Misr camedir
vücudum, anda qıldım cüməyi,
Gör nə şəhrəm,
gör nə möhkəm qələvü sur olmuşam.
Zakirəm, zikr
eylərəm, yəni ki, şeyxəm, sufiyəm,
Gör nə göyçək
ad ilə aləmdə məzkur olmuşam.
Ey Nəsimi,
cənnətü hur ol nigarın vəslidir,
Çün mən ol
məhbubu buldum, cənnətü hur olmuşam.
Aşiqəm hüsnünə, eşqin ehtimalı məndədir
Aşiqəm hüsnünə,
eşqin ehtimalı məndədir,
Aqiləm, əmmarə
nəfsin guşmalı məndədir.
Ta səmumun
narına yandırmışam şeytanı mən,
Zill min yəhmumi-əshabun
şimalı məndədir.
Fəzli-həqdən
çünki mən əhləl-yəqini-cənnətəm,
Ta nəim firdövsi-məskunun
sülalı məndədir.
Sidreyi-məhzur
içində təlhi-mənzud uş mənəm,
Şol çəkilmiş
zilli-məmdudun zilalı məndədir.
Çinü Maçinü
Həbəş rüxsareyi-Rum üstünə,
Basmış zəngi
saçın xeyli-xəyalı məndədir.
Sormuşam ləlində
cənnət irmağı ləzzatını,
Şəkkərin abü
şərabı, şirü balı məndədir.
Məndən iç
cami-müsəffa, saqiyi-şafi mənəm,
Eyni-hövzün,
kövsərin abi-zülalı məndədir.
Vacibül-mümkün,
vücudu biərəz cövhər mənəm,
Şəhpəri-zati-süfatın
bimisalı məndədir.
Saili-eşqəm,
gərəkdir cümlədən şafi cavab,
Sirri-xəttin
həm cavabı, həm sualı məndədir.
Müshəfi üzündən
açdı çünki zülfün, kirpigin,
Barəkallah,
ol kəlamüllah falı məndədir.
Maziyü müstəqbəli
bu eşqə təbdil etmişəm,
Bu dəmi arif
bilir kim, eşq halı məndədir.
Baxmazam ənqayi-Qafa,
qürbəti-lahuta mən,
Seyr ilə simurği-eşqəm,
pərrü balı məndədir.
Ol nigari-nazənin
siminbərü nəsrinbədən
Sərv qəddi,
gül üzarı, xəttü xalı məndədir.
Əhli-irfanam,
bilirəm xəlqi mən sima ilən,
İttisali-həqqü
batil infisalı məndədir.
Çün Nəsimi
adəmi bildi ilahın məzhəri,
Üştə rövşən
məzhərin mədlul dalı məndədir.
İki aləm anındır kim, gözünə həq əyan oldu
İki aləm anındır
kim, gözünə həq əyan oldu,
Həqi gördü,
həqi bildi, həqi kim, bigüman oldu.
Əgər Musa
kimi gəlmək, təcəlli görmək istərsən,
Nəzər qıl
üzünə gör kim, iki aləm əyan oldu.
Təaləllah,
nə zibasan ki, hüsnün dövri-bağında
Qaşınla kirpigin,
zülfün üzündə gülsitan oldu.
Qiyamət qopdu
hüsnündən, yedi iqlimə yayıldı,
Sənin qəddü
qiyamından məgər axırzaman oldu?
Çəlipa zülfü
xalından saçın leylidürür, amma
İrişdi ayəti-fanzur
adı nurü düxan oldu.
Nigarın ləlinə
hərdəm tökər şəhd üstünə şəkkər,
Vəli qafil
nə bilsin kim, nədən şirin dəhan oldu.
Məkana sığmadı
zatım, əzəldəndir bədayatım,
Nəsiminin
bu mənidən məkanı laməkan oldu.