25 Noyabr 2026 18:16
82
CƏMİYYƏT
A- A+
Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  


Ölkəmizdə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2026-cı ilin 10 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vurğulanıb ki, sosial müdafiə sisteminin inkişafı Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının tapşırığı ilə son 7 ildə illik əlavə 8 milyard manat vəsaitin ayrıldığı 5 böyük sosial islahat paketi icra olunub. Minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə, minimum və orta aylıq pensiya 2,9 dəfə, pensiya təminatı üçün illik vəsait 2,3 dəfə, müavinət və təqaüd ödənişləri üçün illik vəsait isə 5 dəfə artıb.

Ölkə Prezidentinin göstərişi ilə gələn il növbəti, 6-cı sosial paket icra olunacaq və sosial ödənişlərdə artım dinamikası 2027-ci ildə də davam edəcək. O cümlədən 1,1 milyon insanı əhatə edən pensiyaların növbəti ilin əvvəlindən indeksləşdirilərək artırılması təmin olunacaq.

İclasda nazirliyin tabeliyindəki qurumların bu ilin 10 ayına dair fəaliyyəti barədə məlumatlar verilib. O cümlədən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən aparılan monitorinq, təhlil, qiymətləndirmə və proqnozlaşdırma işlərindən, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən dövlət sosial xidmətlər sistemində rəqəmsal həllərin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində atılan addımlardan bəhs olunub.

DOST İnfrastruktur Mərkəzinin yeni sosial obyektlərin tikintisi və infrastruktur layihələrinin icrası, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, DOST İş Mərkəzinin sosial cəhətdən həssas qrupların məşğulluğunun və əmək bazarına çıxışının dəstəklənməsi, DOST Çağrı Mərkəzi - 142 tərəfindən vətəndaş müraciətlərinin operativ cavablandırılması sahələrində yanvar-oktyabr aylarında aparılan işlər diqqətə çatdırılıb.

Sosial təminat sisteminin təkmilləşdirilməsi işlərinin cari ildə də davam etdirildiyi, himayədar ailə modelinin tətbiqi prosesinin daha da sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması, tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması və sair istiqamətlərdə həyata keçirilən tədbirlərdən bəhs olunub. Bu il əmək qanunvericiliyində edilən, sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən bir çox dəyişikliklər, habelə bu istiqamətdə hazırlanmış yeni layihələr qeyd edilib.

İclasda cari ilin 10 ayı ərzində qeyd edilən istiqamətlərdə əldə olunan nəticələr təhlil edilib, qarşıda duran vəzifələr müzakirə olunub. Yeni peşə və kvalifikasiya standartlarının təsdiq edilməsi məsələsinə də baxılıb və daha 294 standart təsdiq edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

Əli Əhmədov: Ailə dəyərlərinin möhkəmləndirilməsi gender əsaslı zorakılığın profilaktikasına müsbət təsir göstərə bilər

16:39
25 Noyabr

Zorakılıqdan zərərçəkənlərin müdafiəsi vahid və fasiləsiz fəaliyyət zənciri əsasında təmin olunmalıdır

16:08
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!