25 Noyabr 2026 21:17
104
SİYASƏT
A- A+
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  


Noyabrın 25-də Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərində parlament faktoru” mövzusunda birinci panel sessiyaya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev moderatorluq ediblər.

Sessiyada “Ali Dövlətlərarası Şuranın üçüncü iclasında qəbul olunmuş qərarların reallaşdırılmasına parlament dəstəyi və ikitərəfli əlaqələrin strateji istiqamətləri”, “İki ölkə arasında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə qanunvericilik təşəbbüsləri”, həmçinin “Regional və beynəlxalq təhlükəsizlik kontekstində parlament diplomatiyası və beynəlxalq platformalarda ümumi maraqlar naminə birgə fəaliyyət” mövzularında müzakirələr aparılıb.

Mövzular barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Özbəkistan Ali Məclisi Senatının komitə sədri Əlişir Aqzamxocayev, Milli Məclisin deputatı Əminə Ağazadə, Özbəkistan Senatının komitə sədri Abdulhakim Eşmuradov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai, Özbəkistan Senatının komitə sədrinin müavini Dilorom Feyziyeva məruzə ilə çıxış ediblər. Sonra mövzular üzrə müzakirələr aparılıb. Müzakirələrdə Milli Məclisin deputatları Sabir Hacıyev və Nigar Məmmədova çıxış edərək, Azərbaycan-Özbəkistan münasibətlərində parlamentin rolu barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Nahar fasiləsindən sonra forum öz işini “Azərbaycan-Özbəkistan çoxşaxəli əlaqələrinin dərinləşdirilməsinə parlamentlərin töhfəsi: institusional əməkdaşlıq mexanizmləri kimi komitələrin rolu” mövzusuna həsr olunmuş ikinci panel sessiyası ilə davam etdirib. İkinci panel sessiyaya Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və Ali Məclis Senatının Büdcə və iqtisadi məsələlər komitəsinin sədri Erkin Qadoyev moderatorluq ediblər.

Sessiyada “Ticarət, iqtisadiyyat, investisiya, sənaye və sahibkarlıq sahəsində həyata keçirilən tədbirlər fonunda birgə fəaliyyət imkanları”, “Bərpaolunan enerjidən istifadə və yaşıl inkişaf üzrə qanunvericilikdə təcrübə mübadiləsi və ortaq layihələrin dəstəklənməsi”, “Rəqəmsal inkişaf və süni intellekt sahəsində əməkdaşlıq, çağırışlar və perspektivlər”, “Parlamentlərin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətə dəstək imkanları” mövzuları müzakirə olunub. Sözügedən mövzular üzrə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Fatma Yıldırım, deputat Xanlar Fətiyev, Özbəkistan Senatının komitə sədri Anvar Tuyçiyev, komitə sədrinin müavini Kobul Tursunov, senatorlar İrina Tokareva və Gülnora Marufova məruzələrlə çıxış ediblər. Mövzular ətrafında aparılan müzakirələrdə Milli Məclisin deputatları Nigar Arpadarai və Əli Məsimli fikirlərini bildiriblər.

Çıxışlarda Azərbaycan və Özbəkistan arasında iqtisadiyyat, ticarət, investisiya, sənaye, sahibkarlıq, rəqəmsal transformasiya, süni intellekt və müasir texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri diqqətə çatdırılıb. Həmçinin bərpaolunan enerji, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi istiqamətlərində qarşılıqlı təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Forum çərçivəsində keçirilən “Xalqlar arasındakı həmrəyliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi üzrə parlament dialoqu” mövzusuna həsr olunan üçüncü panel sessiyaya Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, Səhiyyə komitəsinin üzvü Günay Əfəndiyeva və Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsində daimi əsaslarla fəaliyyət göstərən senator Malika Kadirxanova moderatorluq ediblər.

Tədbirdə “Xalqlar arasında yaxınlığın gücləndirilməsinə xidmət edən mədəni əlaqələrin inkişafı istiqamətində təşəbbüslər”, “Elm və təhsil sahəsində mövcud olan güclü potensialın reallaşdırılması yollarına parlamentlərin yanaşması”, “Ortaq milli-mənəvi dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm amil olaraq gənclər və idman sahəsində əməkdaşlıq”, “Ölkələr arasında dostluğun, qarşılıqlı anlaşmanın və humanitar əlaqələrin möhkəmləndirilməsi vasitəsi olaraq turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi” mövzuları müzakirə olunub.

Mövzular barədə Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Ülviyyə Həmzəyeva, Özbəkistan Ali Məclisi Senatının Gənclər, qadınlar, mədəniyyət və idman məsələləri komitəsində daimi əsaslarla fəaliyyət göstərən senator Malika Kadirxanova, Milli Məclisin Elm və təhsil komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sevinc Fətəliyeva, Özbəkistan Ali Məclisi Senatının Elm, təhsil və səhiyyə komitəsinin üzvü Rüstəm Xalmuradov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev, Özbəkistan Ali Məclisi Senatının Məhkəmə-hüquq məsələləri və korrupsiya ilə mübarizə komitəsinin üzvü Pokiza Əhmədcanova, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov, Özbəkistan Ali Məclisi Senatının Beynəlxalq münasibətlər, xarici iqtisadi əlaqələr, xarici investisiyalar və turizm məsələləri komitəsinin üzvü Komila Karamova məruzə ilə çıxış ediblər.

Mövzular ətrafında aparılan müzakirələrdə Milli Məclisin deputatı Samir Vəliyev çıxış edərək, qanunverici orqanlar arasında sıx əməkdaşlıq əlaqələrinin xalqlarımızın yaxınlaşmasında və ortaq dəyərlərin təşviqində rolu barədə fikirlərini açıqlayıb.

Bununla da İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclis və Özbəkistan Ali Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının birinci iclası keçirilib  

21:51
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun bağlanış mərasimi olub  

21:36
25 Noyabr

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun panel müzakirələri keçirilib  

21:17
25 Noyabr

Bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:39
25 Noyabr

Xalq artisti Elmira Şabanova vəfat edib

19:16
25 Noyabr

Nazir Məcnun Məmmədov Culfada vətəndaşlarla görüşüb  

19:03
25 Noyabr

ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb  

18:48
25 Noyabr

Azərbaycan-Özbəkistan parlamentlərarası komissiyasının fəaliyyəti strateji tərəfdaşlığı gücləndirəcək 

18:34
25 Noyabr

Nazir: Sosial ödənişlərdə artım dinamikası gələn il də davam edəcək  

18:16
25 Noyabr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

18:09
25 Noyabr

Bakı Bəyannaməsi qəbul edilib

18:02
25 Noyabr

“Gazprom” Çinə qaz nəqli üçün obyektlərin tikintisini yekunlaşdırır

17:59
25 Noyabr

Uşaqlıqda az şəkər yeyənlər daha gec qocalır

17:42
25 Noyabr

UEFA “Sabah” – “Barselona” oyunu ilə bağlı paylaşım edib

17:39
25 Noyabr

Yaponiya bir neçə ehtiyat paytaxt yaratmağı planlaşdırır

17:33
25 Noyabr

Altsgeymer xəstəliyinin inkişafını ləngidən preparat  

17:21
25 Noyabr

Hörmüz boğazında iki neft tankeri minaya çırpılaraq yanıb  

17:14
25 Noyabr

ABŞ Yaponiyadan Amerika qoşunlarının saxlanılması xərclərini üç dəfə artırmağı istəyib  

17:06
25 Noyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin dekabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:03
25 Noyabr

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Tacikistanın hərbi nümayəndə heyəti ilə görüşüb

16:52
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub YENİLƏNİB  

16:44
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!