11 Avqust 2024 08:40
798
Mədəniyyət
A- A+
Mədəniyyət xalqların kimliyinin güzgüsüdür

Mədəniyyət xalqların kimliyinin güzgüsüdür

 

Müstəqilliyimizin bərpasından sonra başqa sahələrdə olduğu kimi, mədəniyyət sahəsindəki dinamik inkişaf, əldə olunan uğurlar  da xalqımızı bütün dünyaya tanıtdırır və sevdirir. 
Xüsusi olaraq qeyd olunmalıdır ki, bu yüksəlişin bünövrəsində Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində başladığı və uğurla həyata keçirdiyi islahatlar dayanır. Həyata keçirilən bu islahatlar nəticəsində Azərbaycan mədəniyyəti inkişaf tarixinin ən parlaq mərhələsinə qədəm qoyub. 
Dünya təcrübəsi göstərmişdir ki, ölkələr təkcə iqtisadi, hərbi, siyasi gücü ilə deyil, həm də mədəniyyəti ilə tanınır. Bütün bunlar  bir daha onu göstərir ki, mədəniyyət xalqların kimliyinin güzgüsü və göstəricisidir. Ümummilli Lider mədəniyyətin inkişafından,  gərəkliliyindən danışarkən çox  müdrikcəsinə demişdir: "Xalq bir cox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir".  
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqının tarixi keçmişinə, mədəni irsinə və milli dəyərlər sisteminə sonsuz məhəbbət bəsləyən Ulu Öndər demişdir: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".
Ulu Öndərin böyük uzaqgörənliklə söylədiyi dəyərli sözlər bu günə qədər və bu gündən sonra mədəniyyət sahəsində görülmüş və görüləcək işlərin məqsəd və məramını açıq şəkildə ortaya qoymuşdur. Mədəniyyətimizin inkişaf etdirilməsi üçün bütün zəruri addımlar atılmış, istiqamətlər göstərilmişdir.
Ulu Öndərin siyasi kursunu layiqincə inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan mədəniyyəti özünün ən yüksəliş dövrünü yaşayır. Sahibi olduğumuz milli mədəni sərvətlərin təbliğinə çox böyük üstünlük verilir. Elə buna görə də böyük uğurlar qazanılır, bir-birindən dəyərli nailiyyətlər əldə olunur. Milli mədəniyyətin qorunması və inkişafı istiqamətində atılan uğurlu addımlar isə milli dövlətçiliyin möhkəmləndirilməsinə böyük töhfələr verir. 
Mədəniyyətimizin qorunması və inkişaf etdiriliməsi istiqamətində dövlətin dəstəyi ilə çox mühüm işlər görülür. Milli bayramlarımız dövlət səviyyəsində qeyd edilir, muzeylərimiz bərpa olunur və yeniləri yaradılır. Gənclərimizin mədəniyyətimizə olan sevgi və diqqətlərini artırmaq məqsədilə müntəzəm olaraq müxtəlif mövzularda müsabiqələr keçirilir. Azərbaycanın dövlət quruculuğu ilk növbədə milli dəyərlərə söykənir. Amma bəşəri dəyərlər də unudulmur. Bu dəyərlərə daim diqqət və hörmətlə yanaşılır. Azərbaycan mədəniyyətinin dünya mədəniyyətinə qapıları daim açıqdır. Yer üzündə yaşayan xalqların mədəniyyətlərinin müxtəlifliyi insan birliklərinin ən böyük dəyəridir. İnsan həm də mədəniyyət vasitəsi ilə özünün müstəqil fərd, cəmiyyətin üzvü, bütövlülüyün bir hissəsi olduğunu yaxından dərk edir. 
Dövlət başçımızın qayğısı sayəsində mədəniyyətimizin maddi-texniki bazası xeyli dərəcədə möhkəmlənmiş, milli-mənəvi dəyərlərimizin qorunmasına diqqət artmışdır. Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində də mühüm tədbirlər həyata keçirilmiş və böyük uğurlar qazanılmışdır. Son illər Azərbaycan mədəniyyətlərarası dialoq sahəsində çox mühüm tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, belə dialoqların və forumların keçirilməsi mədəniyyətimizin beynəlxalq əlaqələrinə çox güclü təsir göstərir, dünya Azərbaycanı, onun daim inkişaf etməkdə olan mədəniyyətini daha da yaxından izləyir. Bunlar isə müstəqil Azərbaycanı dünyaya sivil bir ölkə kimi tanıdır.
Mədəni həyatımızın inkişafında və zənginləşməsində  Prezident İlham Əliyevin  sərəncamları ilə təsdiq olunmuş  dövlət proqramlarının böyük əhəmiyyəti var. Bu proqramların qəbul olunması bir daha onu göstərir ki, ölkəmiz milli  mədəniyyətimizin  qorunmasını, təbliğini və  gələcək nəsillərə  çatdırılmasını  inkişafımızın prioritetlərindən  hesab edir.  
Ölkəmiz bu il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına evsahibliyi edəcək. Bu tədbir həm də böyük bir mədəniyyət hadisəsidir. İnanırıq ki, beynəlxalq tədbir  həm də  Azərbaycan mədəniyyətinin təbliğində, inkişafında, həmçinin beynəlxalq aləmə inteqrasiyasında çox mühüm rol oynayacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kaxa Kaladze: Böyük dövlətlərin Gürcüstandan öz maraqları üçün istifadə etməsinə imkan verməyəcəyik

17:30
19 Sentyabr

Seçicilər namizədlərə nə qədər inanır? - ABŞ-da sorğu

17:02
19 Sentyabr

Şuşada Bayraq Meydanının açılışı olub YENİLƏNƏCƏK

16:52
19 Sentyabr

"Əl-Nəsr" italiyalı mütəxəssisə tapşırılıb

16:51
19 Sentyabr

Klozedən Mahir Emreli açıqlaması  

16:50
19 Sentyabr

“WhatsApp” yeni funksiyasını təqdim etməyə hazırlaşır

16:46
19 Sentyabr

Avropa Komissiyasının Prezidenti Kiyevə gedir

16:44
19 Sentyabr

 İran müharibəyə qoşula bilər

16:43
19 Sentyabr

“Qarabağ” – “Neftçi” matçını kim idarə edəcək?

16:42
19 Sentyabr

İnsanların Ayda məskunlaşması artıq daha realdır

16:42
19 Sentyabr

“Neftçi”də çətin seçim: Qriqorçuk gedərsə, baş məşqçi yerli olacaq, yoxsa əcnəbi?

16:40
19 Sentyabr

Türkiyə mediası: Qarabağda antiterror əməliyyatı Azərbaycanın gücünün daha bir nümayişi oldu

16:39
19 Sentyabr

Prezident İlham Əliyev Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

16:31
19 Sentyabr

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

16:30
19 Sentyabr

Fransa KİV: Azərbaycan ərazisindəki erməni separatizmi məsələsini 2023-cü ilin sentyabrında bağlayıb  

16:27
19 Sentyabr

Prezident İlham Əliyev Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub YENİLƏNƏCƏK

16:25
19 Sentyabr

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub YENİLƏNƏCƏK

16:24
19 Sentyabr

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub YENİLƏNƏCƏK

16:23
19 Sentyabr

Turizm və rekreasiya zonalarının yaradılması istiqamətində Türkiyə təcrübəsi öyrənilib

16:21
19 Sentyabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Göygöldə vətəndaşların müraciətini dinləyib

16:11
19 Sentyabr

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib YENİLƏNƏCƏK

15:51
19 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!