03 Oktyabr 2024 09:40
494
SİYASƏT
A- A+
Loran Vokyezin: "Fransa vulkan üzərində "rəqs" edir"

Loran Vokyezin: "Fransa vulkan üzərində "rəqs" edir"


Emmanuel Makronun səriştəsiz və avantürist siyasəti nəticəsində bu ölkə tarixinin ən ağır dövrlərindən birini yaşayır


Fransa iqtisadiyyatı yeni ağır zərbə alıb. Buna ümummilli tətil keçirən ölkənin ən böyük həmkarlar ittifaqları səbəb olub. Yüz mindən çox insanın iştirak etdiyi aksiyalar bir neçə əsas sənaye sahəsinin, o cümlədən nəqliyyat və təhsil sahələrinin işini ciddi şəkildə pozub. Etirazlar ağır siyasi böhran fonunda keçirilir.

Sol partiyaların liderlərinin dediyi kimi, bu, sadəcə, bir məşq və hakimiyyət üçün xəbərdarlıqdır. Əgər eşitməsələr, daha da pis olacaq. Ümumi Əmək Konfederasiyası və Müəllimlər Həmkarlar İttifaqı, müxtəlif hesablamalara görə, 100-170 min insanı Fransa şəhərlərinin küçələrinə çıxarıb. Tələblər isə standartdır: pensiya islahatının ləğvi, maaşların artırılması və infrastruktura investisiya qoyuluşu. 

Prezident Makrondan geniş narazılıq fonunda müəllimlərin etirazları daha radikal xarakter alıb. Fransanın hər yerində ümumilikdə 190 aksiya keçirilib.

Bu arada hökumət başçısı Mişel Barnye ilk proqram çıxışında Milli Assambleyaya yeni kabinetin "yol xəritəsi"ni təqdim edib və tərəfləri kompromisə çağırıb.  Emmanuel Makronun səriştəsiz və avantürist daxili və xarici siyasəti nəticəsində tarixinin ən ağır dövrlərindən birini yaşayan Fransanın baş naziri növbəti iki il yarım üçün iş proqramını açıqlayıb. Bir saat iyirmi iki dəqiqə davam edən çıxışında Barnye deyib ki, onun yeganə tələbi var -  büdcə və ekoloji borcun ikiqat azaldılması. O, xərclərin azaldılması sayəsində dövlətin büdcə kəsirinin 2025-ci ildə 5, 2029-cu ildə isə 3 faizə enəcəyini gözləyir. Bu məqsədə çatmaq üçün Barnye "böyük və çox böyük şirkətlərdə" müvəqqəti iştirakını və ən zəngin fransızlar üçün müstəsna rüsum tətbiq olunacağını elan edib. 

İqlim dəyişikliyi ilə mübarizə üçün daha çox iş görmək məqsədilə Mişel Barnye böyük milli konfrans keçirməyi planlaşdırır. O, pensiya islahatı üzrə dialoqu bərpa və 2023-cü il qanununa düzəliş etməyə, sosial tərəfdaşların köməyi ilə ağlabatan və ədalətli razılaşmalar tapmağa da çalışır. İşsizlik probleminin həlli üçün isə baş nazir sosial məsələlərdə tərəfdaşlarla danışıqlar aparmağa ümid edir.

Populist çıxışını davam etdirən Mişel Barnye beş prioritet layihəni də açıqlayıb. Fransızların həyat səviyyəsini yüksəltmək məqsədilə baş nazir minimum əməkhaqqının noyabrın 1-dən 2 faiz artırılacağını və mənzil sektorunu canlandırmaq üçün tədbirlər görəcəyini vəd edib. O, keyfiyyətli dövlət xidmətlərinə çıxış imkanı ilə bağlı əminliyini bildirib ki, məktəb prioritet olaraq qalacaq və tibbdə boşluqlara qarşı mübarizə fərqli olacaq.

Gündəlik təhlükəsizliyə gəldikdə, Barnye bütün ərazilərdə fəaliyyət planı həyata keçirmək niyyətindədir, tez və konkret nəticələrə ümid edir. Bunun üçün polis Fransanın hər yerini daha cox əhatə edəcək. Baş nazir  həm də immiqrasiyanı ideoloji dalandan çıxarmaq istəyir: "Biz artıq immiqrasiya siyasətimizi qaneedici şəkildə idarə edə bilmirik".

Yeni Kaledoniyaya gəlincə, Paris öz mövqeyindən geri çəkilir. Belə ki, bu xarici ərazidə seçkilər 2025-ci ilin sonuna qədər təxirə salınıb və seçki orqanının yaradılması qərarı kanakların istəyinə uyğun olaraq, Konqresə təqdim edilməyəcək.

Baş nazirin çıxışına reaksiya verən Assambleyadakı RN qrupunun sədri Marin Le Pen Barnye hökumətinə 2025-ci ilin birinci yarısına qədər vaxt verib və bu müddətin onun partiyasının "qırmızı xətti" olduğunu vurğulayıb.

Öz növbəsində ifrat solçu LFI parlament qrupunun sədri Matilda Pano xatırladıb ki, "hökumətin senzurası" və "prezident Makronun impiçmenti" onun partiyasının prioritetləridir.

Milli Assambleyadakı sağçı Respublikaçılar qrupunun sədri Loran Vokyezin sözlərinə görə, Fransa vulkan üzərində "rəqs" edir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!