01 İyul 2026 15:19
185
CƏMİYYƏT
A- A+
Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub


İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanın ən qədim sənaye müəssisələrindən və milli ipəkçilik irsinin əsas simvollarından biri olan "Azəripək" ASC-də olub.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə milli-mədəni irsin qorunması, ənənəvi sənətkarlığın inkişafı, qeyri-neft sənayesinin gücləndirilməsi və “Made in Azerbaijan” brendinin beynəlxalq səviyyədə təşviqi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasəti çərçivəsində "Azəripək" ASC xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisə bir əsrdən artıq tarixə malik olmaqla, bu gün də ölkədə təbii ipək istehsalını həyata keçirən yeganə ipək kombinatıdır.

"Azəripək" ASC yalnız istehsal müəssisəsi deyil, həm də Azərbaycanın zəngin ipəkçilik ənənələrinin, milli sənətkarlığının və mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsində mühüm missiya yerinə yetirən strateji sənaye kompleksidir. Müəssisə ekoloji cəhətdən təmiz, tam təbii xammala əsaslanan istehsal prinsiplərinə sadiq qalaraq yaşıl iqtisadiyyatın inkişafına töhfə verir və Azərbaycan ipəyini dünya bazarlarında layiqincə təmsil edir.

Qeyd olunub ki, “Azəripək” ASC-nin fəaliyyəti sayəsində Azərbaycanın 40-dan çox rayonunda minlərlə kümçü və fermer baramaçılıqla məşğul olur, müəssisənin özündə isə 400-dən artıq əməkdaş çalışır. Müəssisə regionlarda məşğulluğun artırılmasına, kənd təsərrüfatının inkişafına və ipəkçilik sahəsində dayanıqlı dəyər zəncirinin formalaşdırılmasına mühüm töhfə verir.

Səfər çərçivəsində Leyla Əliyeva müəssisənin barama emalı sexinə, toxuculuq sexinə və Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş milli kəlağayı sənətinin yaşadıldığı emalatxanaya baş çəkib. O, təbii Azərbaycan ipəyinin istehsalının bütün mərhələləri, qədim sənətkarlıq ənənələrinin müasir texnologiyalarla qorunaraq inkişaf etdirilməsi prosesi ilə yaxından tanış olub.

Leyla Əliyeva müəssisənin əməkdaşları ilə səmimi söhbət edib, onların peşəkarlığını və milli ipəkçilik ənənələrinin qorunması istiqamətində gördükləri işi yüksək qiymətləndirib, kollektivlə xatirə şəkilləri çəkdirib.

Sonda Leyla Əliyevaya kəlağayı hədiyyə olunub.

Bu ziyarət Azərbaycanın milli irsinə, ipəkçilik sənayesinə və yüzillik ənənələrə malik "Azəripək" ASC-nin fəaliyyətinə göstərilən yüksək diqqət və ehtiramın növbəti təzahürü olmaqla yanaşı, ölkəmizdə milli istehsalın, ekoloji cəhətdən təmiz məhsulların və ənənəvi sənətkarlığın inkişafına verilən önəmin bariz nümunəsi kimi qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib

16:01
01 İyul

Mişustin və Paşinyan Rusiya-Ermənistan əməkdaşlığını müzakirə ediblər

15:53
01 İyul

Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əməkdaşlıq genişləndirilir

15:47
01 İyul

“AzerGold”un ixrac gəlirləri 31 faizdən çox artıb

15:27
01 İyul

Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

15:19
01 İyul

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:09
01 İyul

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

15:01
01 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

14:49
01 İyul

İdarə Heyətinin sədri: Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi vacibdir

14:39
01 İyul

Valentina Matviyenko Rusiyada yanacaqla bağlı vəziyyəti “dramatikləşdirməyin” əleyhinədir

14:29
01 İyul

Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub  

14:23
01 İyul

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  

14:21
01 İyul

QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır

14:16
01 İyul

Latın Amerikasında sağçıların yeni qələbəsi: Keyko Fuhimori Peru Prezidenti seçilib  

14:01
01 İyul

AFR Kansleri Dünya Kubokundan kənarda qalan milli komanda haqqında xoş sözlərinə görə tənqid atəşinə tutuldu  

13:53
01 İyul

Qarabağ müharibəsi əlilinə elektron araba verilib  

13:39
01 İyul

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

13:39
01 İyul

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

13:38
01 İyul

Gəncədə bərk məişət tullantıları poliqonunda abadlıq işləri aparılıb  

13:24
01 İyul

Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir

13:21
01 İyul

bp Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğunu SOCAR-a ötürür

13:13
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!