01 İyul 2026 15:47
225
CƏMİYYƏT
A- A+
Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əməkdaşlıq genişləndirilir

İyulun 1-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin ədliyyə naziri Akın Gürleklə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qeyd edilib ki, ölkələrimiz arasında strateji müttəfiqlik və qardaşlıq münasibətləri Ümummilli Lider Heydər Əliyevin irəli sürdüyü “Bir millət, iki dövlət” ideyasına əsaslanaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan səmimi dostluq münasibətləri, qarşılıqlı etimad və qəti siyasi iradə sayəsində bütün sahələr üzrə uğurla inkişaf edir.

Bildirilib ki, dövlətlərimiz arasında formalaşmış yüksəksəviyyəli münasibətlər hüquq sahəsində də səmərəli əməkdaşlığın genişlənməsinə, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinə, hüquqi yardım mexanizmlərinin təkmilləşdirilməsinə, transmilli cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə və beynəlxalq hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Baş prokuror, həmçinin nazir Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ildə Bakı şəhərinə həyata keçirdiyi işgüzar səfəri, eləcə də Azərbaycan Baş Prokurorluğunun nümayəndə heyətinin cari ilin fevral ayında İstanbula səfəri çərçivəsində keçirilmiş görüşləri məmnunluqla xatırladaraq, həmin təmasların ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə mühüm təkan verdiyini bildirib.

Bundan başqa, Baş prokuror prokurorluq və ədliyyə orqanları arasında qarşılıqlı etimada əsaslanan əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini və bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Akın Gürlek Azərbaycan ilə Türkiyə arasında bütün istiqamətlər üzrə, xüsusilə prokurorluq, məhkəmə və ədliyyə sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, həyata keçirilən birgə fəaliyyətin hər iki ölkənin hüquq sistemlərinin inkişafına və hüquqi əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüşdə hüquqi əməkdaşlığın aktual istiqamətləri və gələcək inkişaf perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb, iki qardaş dövlət arasında strateji müttəfiqlik münasibətlərinin bundan sonra da qarşılıqlı etimad və dəstək əsasında uğurla inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün də iştirak edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyasının sədri yubilyar vəkili ziyarət edib

16:01
01 İyul

Mişustin və Paşinyan Rusiya-Ermənistan əməkdaşlığını müzakirə ediblər

15:53
01 İyul

Azərbaycan və Türkiyə arasında hüquq sahəsində əməkdaşlıq genişləndirilir

15:47
01 İyul

“AzerGold”un ixrac gəlirləri 31 faizdən çox artıb

15:27
01 İyul

Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub

15:19
01 İyul

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:09
01 İyul

Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib

15:01
01 İyul

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

14:49
01 İyul

İdarə Heyətinin sədri: Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi vacibdir

14:39
01 İyul

Valentina Matviyenko Rusiyada yanacaqla bağlı vəziyyəti “dramatikləşdirməyin” əleyhinədir

14:29
01 İyul

Otuz üç il əvvəl şəhidlik zirvəsinə ucalan döyüşçü Xaçmazda dəfn olunub  

14:23
01 İyul

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır  

14:21
01 İyul

QDTİB Azərbaycanın etibarlı tərəfdaşıdır

14:16
01 İyul

Latın Amerikasında sağçıların yeni qələbəsi: Keyko Fuhimori Peru Prezidenti seçilib  

14:01
01 İyul

AFR Kansleri Dünya Kubokundan kənarda qalan milli komanda haqqında xoş sözlərinə görə tənqid atəşinə tutuldu  

13:53
01 İyul

Qarabağ müharibəsi əlilinə elektron araba verilib  

13:39
01 İyul

Agentlik sədri: 2025-ci ildə dövlət satınalmalarının həcmi 10,8 milyard manata çatıb

13:39
01 İyul

Bakıda NATO-nun Mobil Təlim Qrupunun kursu keçirilir

13:38
01 İyul

Gəncədə bərk məişət tullantıları poliqonunda abadlıq işləri aparılıb  

13:24
01 İyul

Belarus ilə Azərbaycanın həyata keçirdikləri birgə layihələrin əhatə dairəsi genişdir

13:21
01 İyul

bp Bakı-Tbilisi-Ceyhan boru kəmərinin operatorluğunu SOCAR-a ötürür

13:13
01 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!