06 Dekabr 2022 01:23
927
Mədəniyyət
A- A+
Lətif Kərimov "Xalq Əmanəti" layihəsinin 22-ci nəşrində

Lətif Kərimov "Xalq Əmanəti" layihəsinin 22-ci nəşrində

 

"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 22-ci nəşri Azərbaycanın Xalq rəssamı Lətif Kərimovun "Azərbaycan xalçası" kitabına həsr olunub.
Azərbaycan və ingilis dillərində hazırlanmış bədii albom L.Kərimovun 1961-ci ildə Leninqrad şəhərində çap olunmuş "Azərbaycan xalçası" kitabının əsasında yenidən dərc edilmişdir.
Dekabrın 2-də Bakıda görkəmli rəssamlar, ziyalılar və digər incəsənət təmsilçilərinin iştirakı ilə yeni nəşrin təqdimatı keçirilmişdir. Gecədə çıxış edənlər bu kitabın xalça sənətinin tədqiqatçıları üçün dəyərli mənbə olduğunu, Azərbaycan təsviri sənətinin çağdaş dünyada tanınmasında xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər, bütövlükdə "Xalq Əmanəti" layihəsinin milli irsin qorunmasında rolundan danışmışlar. 
Xatırladaq ki, Lətif Hüseyn oğlu Kərimov 1906-cı il noyabrın 17-də Şuşa şəhərində anadan olmuşdur. O, Azərbaycan mədəniyyət tarixinə yalnız görkəmli ornamentalist və xalça rəssamı kimi deyil, eyni zamanda xalça sənətini incəsənətin və elmin ayrıca bir sahəsi olaraq, ilk dəfə hərtərəfli araşdıran dərin tədqiqatçı və alim kimi də daxil olmuşdur. 
L.Kərimovun "Azərbaycan xalçası" əsəri yeni nəşrdə öz məzmun və quruluşunu saxlamışdır. Əsərdə ilk dəfə olaraq xalçalar xovsuz və xovlu kimi iki hissəyə bölünür, onların dörd əsas inkişaf mərhələsi qeyd edilir. Əsərdə müəllif  ilk dəfə olaraq Azərbaycanın ayrı-ayrı xalça məktəblərini "növ" və "qrup" adı ilə Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ və Təbriz kimi növlərə ayırıb, daha sonra ayrı-ayrı qruplara bölüb, bu qruplara daxil olan xalçaların, qısaca da olsa bədii və texniki xüsusiyyətlərini təhlil edib.
L.Kərimov 20 il ərzində Azərbaycan xalçaçılıq məntəqələrindən 1300 xalça elementi toplamışdır. Onların əksər hissəsinin qrafik rəsmləri əsərdə damalı kağızlar üzərində yerləşdirilmiş və bu elementlərin xalçalar arasında işlənən adları və müəllifin şəxsi fikirləri qeyd edilmişdir. 
Azərbaycan xalçaları əsrlərboyu yalnız Azərbaycan və Qafqazda deyil, dünyanın bir çox ölkələrində şöhrət qazanmış, dünya bazarlarında çox yüksək qiymətləndirilmişdir. Mahir xalça ustalarımızın bu vaxta kimi yaratdığı ən gözəl və yüksək bədii keyfiyyətli xalçalar dünyanın bir çox məşhur muzeylərində nadir sənət əsərləri nümunəsi kimi saxlanmaqdadır.
Lətif Kərimov "Azərbaycan xalçası" əsərində xalçaçılıqla əlaqədar olaraq orta əsr Azərbaycan və İran klassiklərinin əsərlərindən də misallar gətirir. 
XII əsrdə yaşamış dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 800 illiyi münasibətilə istedadlı rəssamlarımız (K.Kazımzadə, İ.Axundov, R.Mustafayev və b.) və xalça ustaları L.Kərimovun rəhbərliyi və hazırladığı çeşnilər əsasında şairin poemaları mövzusunda beş xalça hazırlamışlar. 
1950-ci illərdən başlayaraq L.Kərimov yüzlərcə portret və ornamental xalçalar yaratmış, özündən sonra zəngin irs qoyub getmişdir. 
Dünyada ilk xalça muzeyinin yaradılmasının və onun təşkilinin ilk təşəbbüskarı da məhz Lətif Kərimov olmuşdur. 
1980-ci ildə L.Kərimovun təşəbbüsü ilə Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin Rəssamlıq fakültəsində ilk dəfə olaraq Xalçaçılıq şöbəsi açılmışdır. 
Azərbaycan Elmlər Akademiyasının yaradıldığı gündən (1945-ci il) ömrünün axırına kimi (1991-ci il) Lətif Kərimov burada Memarlıq və İncəsənət İnstitutunun Xalçaçılıq şöbəsinin müdiri işləmişdir. O, bu sahədə çoxsaylı mütəxəssislər hazırlamışdır.
Lətif Kərimovun özündən sonra qoyub getdiyi ən böyük töhfə "Azərbaycan xalçası" kitabıdır. Bu əsərdən sonra yaranan xalça sənəti üzrə tədqiqat işlərinin əksəriyyəti həmin kitabdan qidalanır. 
Lətif Kərimovun "Azərbaycan xalçası" kitabı ensiklopedik xarakter daşıyır. Bu əsər klassik Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. 
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr olunan "Azərbaycan xalçası" kitabı Azərbaycan xalçalarının öyrənilməsində əvəzsiz mənbədir. 
Lətif Kərimovun əsərlərindən ibarət ekspozisiya dekabr ayının 4-dən başlayaraq "Xalq  Bank"ın əsas binasında (Ünvan: Bakı şəh., İnşaatçılar pr., 22L) nümayiş etdiriləcəkdir.
Sərgini iş günləri saat 18:00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 16:00-dək ziyarət etmək mümkündür. 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!