14 May 2026 17:02
356
İQTİSADİYYAT
A- A+
“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb


“Azərkosmos” kosmos sahəsində innovasiya və startap ekosisteminin inkişafına dəstək məqsədilə ilk “Milli Kosmik İnkubasiya” proqramına start verib.

AZƏRTAC xəbər verir ki, proqram ötən il kosmosda innovasiyalar və startapların inkişafına yönəlmiş layihələrdə uğurlu nəticə göstərmiş komandaların ideyalarının inkişafının davamı kimi həyata keçirilir. Layihəyə “Azərkosmos”un ilk “Milli Kosmik Hakaton”unun iştirakçıları, “Vistar” Mükəmməllik Mərkəzinin məzunları, həmçinin Yerin məsafədən müşahidəsi üzrə müsabiqənin iştirakçıları qatılıblar.

Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “SABAH.HUB” İnnovasiya Mərkəzi proqramda ekosistem üzrə icma tərəfdaşları qismində iştirak edir.

“Milli Kosmik İnkubasiya” proqramı Yerin müşahidəsi üzrə tətbiqlər və rəqəmsal platformalar sahəsində ilkin mərhələdə olan kosmik startap ideyalarının bazara hazır məhsul səviyyəsinə qədər inkişafını dəstəkləmək məqsədi daşıyır. Altı ay davam edəcək proqram çərçivəsində 8 komanda kosmik sahədə rəqəmsal həllər üzrə texniki və kommersiya təlimlərinə cəlb olunacaq. Komandalar yerli və beynəlxalq mentorların dəstəyi ilə startap ideyalarının inkişafı üzərində çalışacaqlar. Proqramın ilk mərhələsində iştirakçılar ideyalarının konseptinin formalaşdırılması, bazar araşdırması, biznes modelinin qurulması, prototipləşdirmə və investorlara təqdimat bacarıqları istiqamətində fəaliyyət göstərəcəklər. Növbəti mərhələdə isə startaplar məhsulun inkişafı və test olunmasını əhatə edən intensiv inkişaf fazasına keçəcəklər.

Proqram iştirakçılara texniki və biznes təlimləri, sənaye ekspertlərindən mentorluq, beynəlxalq kosmik ekosistemə çıxış imkanı, eləcə də məhsulu hazır olan startaplar üçün yerli və qlobal investisiya imkanlarından faydalanmaq imkanı yaradacaq.

Qeyd olunub ki, kosmik fəaliyyət sahəsində sahibkarlığın təşviqi, gücləndirilməsi və dayanıqlı inkişafının dəstəklənməsi “Azərkosmos”un əsas fəaliyyət istiqamətlərindən biridir. “Milli Kosmik İnkubasiya” layihəsinin məqsəd və hədəfləri “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya” ilə də uyğunluq təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!