14 May 2026 19:34
566
Mədəniyyət
A- A+
Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB 

Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir - YENİLƏNİB 


Şuşada musiqi bayramı: "Xarıbülbül" festivalında dünya səsləri bir arada


Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 14-də Şuşada “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, tanınmış mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Xarıbülbül” bu il də Şuşanı musiqi və rəngarəng mədəniyyətlərin ünvanına çevirib. Festivalda təkcə yerli incəsənət nümayəndələri deyil, həm də bir sıra xarici ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçılar bir araya gəlib. Belə ki, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan incəsənət xadimləri "Xarıbülbül"ə dəvət olunub.

Bu beynəlxalq tədbirin əsas məqsədi mədəniyyətlərarası əlaqələri gücləndirmək, sənətkarlar arasında yaradıcılıq mübadiləsinə şərait yaratmaq və gənc musiqiçilərin inkişafına dəstək verməkdir.

“Xarıbülbül”ün açılış konsertində Xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, Əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, Əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, eləcə də İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrının solisti Mara Hüseynova, həmçinin Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-Folk Ansamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı, Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.

Festivalın açılış konserti “Qarabağ yallısı” ilə başa çatıb.

İncəsənət xadimləri festival ilə bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.

Yaponiyadan gələn tarzən Ohira Kiyoşi “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalında iştirak etməyin qürurverici olduğunu bildirib. O qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi həm dostluq əlaqələrinin möhkəmlənməsinə, həm də sənətin inkişafına töhfə verir, eyni zamanda Şuşanın gözəlliyini və zəngin mədəni irsini dünyaya tanıdır. O vurğulayıb ki, bu məkanın ab-havası, təbiəti və burada hökm sürən musiqi ruhu onu dərindən təsirləndirib.

Virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev bu gün babasının doğma yurduna gələrək burada çıxış etməyin onun üçün böyük əhəmiyyət daşıdığını deyib: "Türkiyədə doğulub böyüsəm də, babam əslən şuşalıdır. Buraya ilk dəfədir gəlirəm və bu səfər mənim üçün çox xüsusi bir mənəvi dəyərə malikdir.”

Sənətçi qeyd edib ki, bu torpaqda ifa etmək həm məsuliyyət hissini artırır, həm də yaradıcılığına xüsusi bir ilham verir. O əlavə edib ki, festival çərçivəsində müxtəlif ölkələrdən olan musiqiçilərlə bir araya gəlmək və səhnəni bölüşmək onun üçün maraqlı və dəyərli təcrübədir.

Festivalda tələbələri ilə iştirak edən xanəndə Habil Məmmədov bildirib ki, bu mötəbər tədbir gənclərin səhnə təcrübəsi qazanması, peşəkar sənətçilərlə birgə çıxış etməsi və öz yaradıcılıq imkanlarını inkişaf etdirməsi baxımından vacibdir.

Xanəndənin sözlərinə görə, tələbələrin müxtəlif ölkələrdən gələn musiqiçilərlə eyni səhnəni bölüşməsi onların dünyagörüşünün genişlənməsinə və sənətə daha universal baxış formalaşdırmasına da təsir edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

09:36
10 İyun

Azərbaycan nefti 95 dollara satılır

09:27
10 İyun

Konqo Demokratik Respublikasında “Ebola”dan ölənlərin sayı 115 nəfərə çatıb

09:26
10 İyun

Mərkəzi Komandanlıq: ABŞ helikopterin vurulmasına cavab olaraq həyata keçirdiyi zərbələri yekunlaşdırıb

09:25
10 İyun

Uzunömürlülüyün sirləri

09:25
10 İyun

Səhnənin və ekranın unudulmaz sənətkarı

09:20
10 İyun

Vens: ABŞ-İran razılaşmasının yekunlaşdırılması aylar çəkə bilər

09:17
10 İyun

Qaranlığa işıq salan satira - Sabir dünyası

09:15
10 İyun

"Günah"ı bir neçə baş mal-qaraya sahib olması idi

09:10
10 İyun

ABŞ İrana zərbələr endirib, İran cavab verəcəyini bildirir

09:08
10 İyun

Mahnıları onu həmişə yaşadacaq

09:05
10 İyun

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir  

09:01
10 İyun

Naftalanda sağlamlıq turizminin inkişaf perspektivləri müzakirə olunub

09:00
10 İyun

Kəndin içməli su problemi həll edilib

08:55
10 İyun

Azərbaycan pəhləvanlıq məktəbinin qədim tarixi var

08:53
10 İyun

Peşə məktəbinin 154 məzunu işlə təmin olunacaq

08:50
10 İyun

Gəncədəki süni göl əsaslı təmirdən sonra istifadəyə verilib

08:45
10 İyun

Qazaxlı fermerlər biçinə hazırdırlar 

08:40
10 İyun

Möhtəşəm layihələrin sınağından keçmiş "Türkiye Petrolleri"

08:35
10 İyun

Ermənistan cəmiyyəti Paşinyanın timsalında reallığı seçdi

08:30
10 İyun

Ölkəmizə qarşı media manipulyasiyaları qəbuledilməzdir

08:25
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!