14 May 2026 17:31
125
DÜNYA
A- A+
Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir


Hörmüz boğazında gəmilərin hərəkətinin məhdudlaşması və tətbiq olunan dəniz blokadası qlobal ticarəti alternativ yollar axtarmağa məcbur edib. Regionda dəniz nəqliyyatı demək olar ki, dayandığı üçün Səudiyyə Ərəbistanı, BƏƏ və Omanın magistral yolları strateji lojistik xəttə çevrilib.

“İndependent” nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanının dövlət şirkəti “Maaden”in icraçı direktoru Bob Vilt bildirib ki, Körfəzdən Qırmızı dənizə daşınan yük maşınlarının sayı 600-dən 3500-ə çatdırılıb. Şirkət ABŞ və Pentaqonla əməkdaşlıq çərçivəsində nadir metalların emalı və ixracı ilə məşğul olur. Qırmızı dəniz limanları əvvəllər fosfat ticarəti üçün nəzərdə tutulmadığından, bölgədə qısa müddətdə prefabrik anbarlar və xüsusi boru sistemləri qurulub. Səudiyyə Ərəbistanının Yenbu limanından yola çıxan yüklər artıq Cibuti, Tayland və Argentina kimi ölkələrə çatdırılır. Bu sürətli keçid “Səudiyyə Ərəbistanının lojistik möcüzəsi” adlandırılır. 

“MSC” və “Maersk” kimi dünya dəniz daşımaları nəhəngləri də artıq Ərəbistan yarımadasının yolundan istifadə etməyə başlayıblar. Bu alternativ dəniz yolunu tam əvəz etməsə də, qlobal ticarətin, xüsusilə də qida təhlükəsizliyi üçün mühüm olan gübrə tədarükünün davamlılığını təmin edir. Bundan əlavə, Britaniyadan gələn qida məhsulları Qərbi Avropa və Misir üzərindən keçən quru yolu ilə 16 günə Dubaya çatdırılıb. BƏƏ-nin “Etihad Rail Freight” şirkəti ilk dəfə olaraq yüzlərlə avtomobili ölkənin şərqindən Əbu-Dabiyə qatarla daşıyıb.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

Almaniyadan xəbərdarlıq: Süni intellekt kibercinayətkarlığı artırır

17:39
14 May

Körfəz ölkələri minlərlə yük maşını ilə quru yoluna keçir

17:31
14 May

Cey Di Vens: Görüləcək işlərimiz çoxdur  

17:23
14 May

Avropa dron müdafiəsini gücləndirməyə çalışır

17:08
14 May

“Azərkosmos” ilk “Milli Kosmik İnkubasiya” proqramına başlayıb

17:02
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!