12 Noyabr 2026 14:11
163
SİYASƏT
A- A+
Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  

Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  


Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, milli iradəsinin və müasir hüquqi düşüncəsinin təcəssümüdür. Bu sənəd yalnız dövlətin ali hüquqi aktı deyil, həm də milli kimliyimizin, suverenliyimizin və demokratik inkişaf yolumuzun əsasını təşkil edir. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir." Bu yanaşma Konstitusiyanın həm hüquqi, həm də siyasi-mənəvi mahiyyətini aydın ifadə edir.

Azərbaycanın konstitusiya tarixinin başlanğıcı XX əsrin əvvəllərinə təsadüf edir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika kimi dövlətçilik tariximizdə mühüm yer tutsa da, cəmi 23 ay mövcud olduğundan Konstitusiya qəbul edə bilmədi. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul edildi. Sonrakı illərdə sovet dövlət quruluşunun inkişaf xüsusiyyətləri ilə əlaqədar bu konstitusiyaya düzəlişlər edildi, yeni konstitusiyalar qəbul olundu. Azərbaycanın 1978-ci il Konstitusiyası milli dövlətçilik baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyi və təşəbbüsü nəticəsində Azərbaycan dili Konstitusiyada dövlət dili kimi təsbit edildi. Bu, milli özünüdərkin güclənməsinə, ana dilinin dövlətçilik sistemində mövqeyinin möhkəmlənməsinə və gələcək müstəqilliyin ideoloji əsaslarının formalaşmasına mühüm töhfə verdi.

1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycanın qarşısında yeni siyasi və hüquqi sistem qurmaq vəzifəsi qoydu. Lakin 1991–1993-cü illərdə ölkədə hökm sürən siyasi böhran, hakimiyyət çəkişmələri və idarəetmədəki xaos bu prosesin həyata keçirilməsinə ciddi maneələr yaradırdı. Xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk növbədə dövlətçiliyi süqut təhlükəsindən xilas etdi, siyasi sabitliyi təmin etdi və hüquqi dövlət quruculuğunun əsasını qoydu. Məhz onun rəhbərliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Geniş ictimai müzakirələrdən sonra layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumuna çıxarıldı və qəbul edildi. Referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın lehinə səs verdi. Beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək siyasi, hüquqi və sosial-iqtisadi inkişafının möhkəm təməlini formalaşdırdı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya xalqımızın dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün möhkəm zəmin yaradıb.

Əsas Qanunla Azərbaycanda hakimiyyət bölgüsü prinsipi təsbit edildi, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin səlahiyyətləri müəyyənləşdirildi. İnsan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi qəbul olundu, mülkiyyət toxunulmazlığı, sahibkarlıq azadlığı və iqtisadi fəaliyyətin digər fundamental prinsipləri hüquqi təminat aldı. Konstitusiyanın 48 maddəsinin insan hüquq və azadlıqlarına həsr edilməsi dövlətin vətəndaş mərkəzli inkişaf modelinə verdiyi önəmi göstərir. Milli, dini, irqi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi demokratik cəmiyyətin əsas prinsiplərindən biri kimi müəyyən edildi.

Cəmiyyətin və dövlət idarəçiliyinin inkişafı Konstitusiyanın da müasir çağırışlara uyğun təkmilləşdirilməsini zəruri edirdi. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları ilə konstitusiyaya dəyişikliklər edildi. Həmin dəyişikliklər idarəetmə sisteminin təkmilləşdirilməsinə, vətəndaş hüquqlarının təminatının genişləndirilməsinə və dövlət institutlarının fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etdi. Xüsusilə 2016-cı il referendumunda vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyində yeni institusional mərhələnin əsasını qoydu.

Azərbaycanın dövlət müstəqilliyi dövründə Konstitusiyanın prinsipləri daim praktikada öz təsdiqini tapıb. Xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilən Qələbə Konstitusiyanın 2-ci maddəsində təsbit olunmuş dövlətin ərazi bütövlüyü prinsipinin bərpası anlamına gəlirdi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri ilə bu proses tam yekunlaşdı və Konstitusiyanın hüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar oldu. Bu, Azərbaycan xalqının dövlətə sədaqətinin, orduya etimadının və Konstitusiya ilə təsbit olunmuş milli suverenliyin real təminatıdır.

Bu gün Azərbaycan Konstitusiyası dövlət idarəçiliyinin, siyasi və iqtisadi islahatların, hüquqi sistemin və ictimai münasibətlərin əsas istiqamətlərini müəyyən edən ali hüquqi sənəd kimi ölkənin inkişafında mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi reallıqlara uyğun davam etdirilir. Ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunan tarixi nailiyyətləri hüquqi, siyasi və institusional baxımdan daha da möhkəmləndirməkdir. Konstitusiyamız dövlət suverenliyinin, xalqın iradəsinin, vətəndaş həmrəyliyinin və gələcək inkişaf strategiyasının hüquqi təminatıdır. Azərbaycanın güclü, müstəqil və suveren dövlət kimi gələcək inkişafı da məhz bu fundamental prinsiplərin qorunması və ardıcıl həyata keçirilməsi ilə bağlıdır.


Vasif Qafarov,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konstitusiyamız müstəqil Azərbaycan dövlətçiliyinin hüquqi təməlidir  

14:11
12 Noyabr

Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb

14:02
12 Noyabr

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir  

13:59
12 Noyabr

Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  

13:54
12 Noyabr

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

13:41
12 Noyabr

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

13:38
12 Noyabr

COP31-də müzakirələr davam edir

13:37
12 Noyabr

Xərçəng erkən dövrdə aşkarlana bilər

13:22
12 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

12:41
12 Noyabr

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

12:40
12 Noyabr

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

12:39
12 Noyabr

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb  

12:37
12 Noyabr

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb  

12:30
12 Noyabr

AI mərkəzləri qazla işləyən elektrik stansiyaları inşa etməyi planlaşdırır

12:21
12 Noyabr

Azərbaycan Konstitusiyası dövlətimizin bu günü və gələcəyi üçün mühüm siyasi-hüquqi sənəddir  

12:16
12 Noyabr

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

11:48
12 Noyabr

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

11:33
12 Noyabr

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib  

11:27
12 Noyabr

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb  

11:26
12 Noyabr

Neft qiymətləri son iki ayın minimumuna enib

11:12
12 Noyabr

Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

10:48
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!