12 Noyabr 2026 13:54
95
SİYASƏT
A- A+
Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  

Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  


12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü dövlətçilik tariximizin mühüm və əlamətdar səhifəsidir. Bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, xalqımızın demokratik dövlət quruculuğu yolunda atdığı mühüm addımı və milli dövlətçilik ənənələrimizin yeni mərhələyə yüksəlməsini təcəssüm etdirir.

1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin müasir dövlətçilik tariximiz qarşısındakı misilsiz xidmətlərindən biridir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Əsas Qanunumuz ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmış, insan hüquq və azadlıqlarının təmin olunmasını, hakimiyyət bölgüsünün əsas prinsiplərini və dövlət idarəçiliyinin hüquqi çərçivəsini müəyyən etmişdir.

Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhran, idarəçilikdə yaranmış problemlər dövlətçiliyimizin gələcəyi üçün ciddi təhlükələr yaratmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin olundu, dövlət institutlarının formalaşdırılması və hüquqi islahatların həyata keçirilməsi üçün zəruri şərait yaradıldı. Konstitusiyanın qəbul edilməsi isə bu tarixi prosesin ən mühüm nəticələrindən biri oldu.

Konstitusiyamızın mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına verdiyi geniş təminatlardır. Konstitusiyada hər bir şəxsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, sosial təminat və digər fundamental hüquqlar təsbit olunmuşdur. Bu prinsiplər dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirməklə yanaşı, cəmiyyətin davamlı inkişafına da xidmət edir.

Ötən illər ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Konstitusiyamızın müəyyən etdiyi dövlətçilik prinsipləri daha da möhkəmlənmiş, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Konstitusiyaya edilən əlavə və dəyişikliklər də dəyişən ictimai-siyasi reallıqlara uyğun olaraq idarəetmə sisteminin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə və dövlət institutlarının fəaliyyətinin gücləndirilməsinə yönəlmişdir.

Bu gün Azərbaycan dövlətçiliyi tarixinin ən mühüm nailiyyətlərindən biri də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində bərqərar olmuşdur. Bu, Azərbaycan dövlətçiliyinin qüdrətinin, milli birliyimizin və qətiyyətli siyasətimizin təntənəsidir.

Təsadüfi deyil ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi həm Konstitusiyamızın qəbulunun 30 illiyinin, həm də suverenliyimizin tam bərpasının tarixi əhəmiyyətini bir daha ön plana çıxardı. Bu qərar dövlətçilik irsimizə ehtiramın, milli suverenliyimizin və konstitusion dəyərlərimizin qorunmasına verilən yüksək önəmin ifadəsidir.

Hesab edirəm ki, Konstitusiyamızın prinsiplərinə sadiqlik, qanunun aliliyinin təmin edilməsi, vətəndaş hüquq və azadlıqlarının qorunması və dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi bundan sonra da Azərbaycanın inkişaf yolunun əsas istiqamətlərini təşkil edəcəkdir.

Bu əlamətdar gün münasibətilə xalqımızı təbrik edir, müstəqil, suveren və hüquqi dövlətimizin daha da güclənməsini arzulayıram.


Fatma Yıldırım,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bursada Bəxtiyar Vahabzadə adına Türk Dünyası Dostluq Xatirə Meşəsi salınıb

14:02
12 Noyabr

Gündüz İsmayılov: Azərbaycanda təxminən 1000 məsciddə din xadimi fəaliyyət göstərmir  

13:59
12 Noyabr

Konstitusiyamız hüquqi dövlətçiliyimizin əsasını təşkil edir  

13:54
12 Noyabr

Azərbaycan 178 ölkədəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib

13:41
12 Noyabr

Şəkidə 100-150 illik ağacları kəsənlər saxlanılıb

13:38
12 Noyabr

COP31-də müzakirələr davam edir

13:37
12 Noyabr

Xərçəng erkən dövrdə aşkarlana bilər

13:22
12 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

12:41
12 Noyabr

ABŞ-nin kommersiya neft ehtiyatları 9 milyon barel artıb

12:40
12 Noyabr

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub

12:39
12 Noyabr

Qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20 faizdən çox artıb  

12:37
12 Noyabr

Ötən ay qeyri-neft sektoru üzrə ixrac 414 milyon dolları ötüb  

12:30
12 Noyabr

AI mərkəzləri qazla işləyən elektrik stansiyaları inşa etməyi planlaşdırır

12:21
12 Noyabr

Azərbaycan Konstitusiyası dövlətimizin bu günü və gələcəyi üçün mühüm siyasi-hüquqi sənəddir  

12:16
12 Noyabr

Nazir müavini: Gələn ilin büdcəsində qeyri-neft ÜDM-in 4,4%-lik real artımı əsas götürülüb

11:48
12 Noyabr

Gələn il media qurumlarının xərclərinin qarşılanmasına 68,4 milyon manat vəsait ayrılacaq

11:33
12 Noyabr

İqtisadiyyat naziri Hindistan şirkətlərinin rəhbərləri ilə mümkün birgə layihələri müzakirə edib  

11:27
12 Noyabr

Özbəkistanın birinci xanımı Antalyada mühüm ekoloji təşəbbüslər irəli sürüb  

11:26
12 Noyabr

Neft qiymətləri son iki ayın minimumuna enib

11:12
12 Noyabr

Konstitusiyanın tarixi missiyası müstəqil, suveren və hüquqi dövlətçilik ənənələrinin davamlılığını təmin etməkdir  

10:48
12 Noyabr

Ötən gün 47 cinayətin açılması təmin olunub

10:47
12 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!