23 Yanvar 2026 09:20
1273
Mədəniyyət
A- A+
Konsepsiya Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələdir

Konsepsiya Azərbaycan mədəniyyətinin inkişafında yeni mərhələdir


Mədəniyyət xalqların milli kimliyinin aydın göstəricisidir. Mədəniyyətdə həm ulu keçmiş, həm bu gün, həm də gələcək sıx şəkildə birləşir. Mədəniyyət həm də xalqların tarixi yaddaşının və mənəvi varlığının aparıcı qoludur. Bu sahənin inkişafı xalqların tərəqqisini sürətləndirən başlıca amildir. 

Xalqımız həmişə mədəniyyəti ilə tanınıb, dünya səviyyəsində ön sıralarda dayanıb, çoxları bizdən nümunə götürüb, zaman-zaman mədəniyyətimizi, tariximizi öyrəniblər. Azərbaycan mədəniyyətinin qorunması, zənginləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində həmişə dövlətimiz tərəfindən müxtəlif tədbirlər həyata keçirilib, qanunlar, konsepsiyalar qəbul edilib. Ardıcıl, məqsədyönlü şəkildə reallaşdırılan dövlət siyasəti nəticəsində bu sahə tərəqqi etmiş, nümunə olmuşdur. 

Ümummilli Lider Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycan mədəniyyətinin yeni zirvələrə yüksəlməsinə, milli-mənəvi dəyərlərimizin inkişafına, təbliğinə böyük önəm vermişdir. Mədəniyyətin xalqların həyatına, tarixinə göstərdiyi müsbət təsirdən bəhs edən Ulu Öndər demişdir: "Mədəniyyəti inkişaf etdirmək milləti inkişaf etdirmək, milli ruhu yaşatmaq deməkdir". Böyük uzaqgörənliklə deyilən bu müdrik kəlam Heydər Əliyevin mədəniyyət sahəsində gördüyü işlərin məqsəd və məramını açıq şəkildə göstərir.

Ulu Öndərin mədəniyyət siyasəti 22 ildən çoxdur Azərbaycana rəhbərlik edən, dövlətimizi dünyada tanıdan, dövlətçiliyimizi daha da möhkəmləndirən, iqtisadi gücünü artıran Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin tərəqqisini dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edən cənab İlham Əliyev bu sahənin inkişafına böyük diqqət və qayğı göstərir. 

Qürur duyulan, fəxr edilən tarixi keçmişə, zəngin irsə və dərin mənəvi köklərə sahib olan Azərbaycan mədəniyyəti məhz dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Uğurla həyata keçirilən tədbirlər, aparılan zəruri təbliğat işləri, imzalanan sərəncamlar milli-mənəvi dəyərlərimizin müasir dövrün çağırışları fonunda etibarlı qorunmasını və gələcək nəsillərə çatdırılmasını yüksək səviyyədə təmin edir. Dövlətimizin başçısı müntəzəm olaraq mədəniyyət və incəsənət xadimləri ilə görüşür, onları dinləyir, gördükləri işləri layiqincə qiymətləndirir. 

Prezident İlham Əliyevin rəhbərliyi altında ötən illər ərzində mədəni irsə dövlət dəstəyi artırılmış, bu istiqamətdə müxtəlif irimiqyaslı layihələr uğurla həyata keçirilmişdir. İcra olunan bir-birindən dəyərli islahatlar, tarixi abidələrin bərpası, milli irsin beynəlxalq səviyyədə təbliği və başqa zəruri addımlar ölkə rəhbərinin mədəniyyətimizin inkişafına göstərdiyi əvəzsiz xidmətlərdir. Uzun illərdir ki, paytaxt Bakı beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkana çevrilib. Dünya ölkələri ilə mədəni əlaqələrin daha da sıx qurulması üçün Bakıda beynəlxalq incəsənət, milli rəqs və musiqi, Qəbələdə beynəlxalq musiqi, paytaxtda beynəlxalq caz, Avropa tolerantlıq festivalları və başqa tədbirlər keçirilir. Bütün bunlar mədəniyyətimizin inkişafına və tərəqqisinə böyük təkan verir.

Həyata keçirilən beynəlxalq mədəniyyət tədbirlərinə, irimiqyaslı layihələrə, mütəmadi olaraq aparılan uğurlu islahatlara, bu istiqamətdə imzalanan müvafiq fərman və sərəncamlara əsaslanıb demək olar ki, Prezident İlham Əliyevin mədəniyyət siyasətinin mərkəzində xalqımızın milli dəyərlərinin qorunması, təbliği və daha da zənginləşməsi dayanır.

Mədəniyyətimizin inkişafına, tərəqqisinə daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev 14 yanvar 2026-cı ildə "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Bu sərəncam mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafı naminə görüləcək zəruri işlərin uzunmüddətli proqramıdır. 

Konsepsiyada Azərbaycanın mədəni dəyərlərinin qorunmasının və təbliğinin, beynəlxalq miqyasda tanıdılmasının siyasi, iqtisadi və sosial təsirlərinin genişləndirilməsi nəzərdə tutulub. Sənəddə həmçinin Azərbaycan dilinin, incəsənətinin və ədəbiyyatının mədəniyyətdə payının, funksionallığının, cəmiyyətin tərəqqisində, fərdlərin məntiqi, tənqidi və yaradıcı təfəkkürünün, estetik zövqünün, dünyagörüşünün, həyat fəlsəfəsinin formalaşmasında rolunun artırılması öz əksini tapıb, milli-mənəvi dəyərlərimizin qorunması, dünya ölkələrində təbliğ olunması, tanınması, tarixi abidələrin bərpası istiqamətində və başqa sahələrdə əhəmiyyətli layihələrin həyata keçirilməsi nəzərdə tutulub. 

Böyük əminliklə demək olar ki, Prezident İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" ölkəmizin mədəni həyatında mühüm rol oynayacaq, mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın inkişafı istiqamətində mühüm addımlar atılacaq.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanada Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır

21:04
02 İyun

Senator: TRIPP Ermənistan və Azərbaycan üçün deyil, həm də bir çox qonşu ölkələr üçün xeyir vəd edir  

21:04
02 İyun

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan etibarlı tərəfdaşdır  

20:00
02 İyun

Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub

19:59
02 İyun

31-ci Bakı Enerji Forumu başa çatıb

19:57
02 İyun

Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsində vəsatətlərə baxılıb

19:53
02 İyun

Əfqanıstan İslam Əmirliyinin Baş naziri Əl-Hac Molla Məhəmməd Həsən Axunddan

19:52
02 İyun

CECECO: Təmiz enerji sahəsində innovasiyaların genişləndirilməsi maliyyə resurslarına çıxış və güclü regional tərəfdaşlıq tələb edir  

19:51
02 İyun

Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçirilib

19:50
02 İyun

SOCAR ilə SLB arasında hasilat əməliyyatlarının optimallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb

19:49
02 İyun

Azərbaycan-Aİ strateji enerji tərəfdaşlığı nəzərdən keçirilib

19:48
02 İyun

SOCAR ilə BCG şirkəti arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb

19:47
02 İyun

Sahibə Qafarova qlobal konfransda Azərbaycanın gender bərabərliyi sahəsində təcrübəsini təqdim edib  

19:47
02 İyun

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiandan

19:46
02 İyun

ANAMA ilə Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib  

19:45
02 İyun

Azərbaycan və IRENA arasında mövcud əməkdaşlıq yüksək qiymətləndirilib

19:44
02 İyun

Azərbaycanın Ukraynaya göstərdiyi dəstək yüksək qiymətləndirilib

19:44
02 İyun

İqtisadiyyat naziri: ABŞ ilə əməkdaşlıq Orta Dəhlizdən süni intellektə qədər geniş sahələri əhatə edir  

19:43
02 İyun

Beynəlxalq Siqh Federasiyasının nümayəndələri Milli Məclisdə olublar

19:35
02 İyun

Banqladeş Xalq Respublikasının Prezidenti Məhəmməd Şahabuddindən

19:34
02 İyun

ABŞ süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqinin genişləndirilməsini dəstəkləyir

19:34
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!