13 Fevral 2022 00:10
5143
Mədəniyyət
A- A+
Kitab dostumuz, ən dəyərli bilik mənbəyimizdir

Kitab dostumuz, ən dəyərli bilik mənbəyimizdir

 

“Kitab, yaşından asılı olmayaraq, hər kəsin dostu, həyatda yolgöstərənidir…” Kitabın insan həyatındakı rolu əvəzsizdir. Həyatımız boyu kitabın dünyagörüşümüzdə, hərtərəfli inkişafımızdakı rolunu hiss edirik. Məhz buna görə kitab bizim dostumuza çevrilir. Bir-birimizə kitab hədiyyə edəndə də məhz onun dəyərini nəzərə alırıq. Oxunaqlı kitab isə daha qiymətli hədiyyə hesab edilir.

Dünyada kitaba olan maraq və tələbat diqqətdən kənarda qalmayıb. 14 fevral tarixinin Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edilməsi isə heç də təsadüfi deyil. 2012-ci ildə ABŞ-da məşhur Delightful Children's Books uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoor tərəfindən bu ideya irəli srülüb.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan bloqqerlər birlikdə hərəkət edərək insanları həmin tarixi “Uşaqlara Kitab Vermə Günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkələrində 14 fevral “Dövlətlərarası Kitab Bağışlama Günü” kimi qeyd olunmağa başlayıb. Həmin təşəbbüs bütün dünyada dəstək qazanıb və bu gün də özünə yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Uşaqlara kitab bağışlamaq və onlarda bu əvəzsiz hədiyyəyə məhəbbət yaratmaq həm də bütün insanları birləşdirmək anlamını verir. Ona görə də dünya əhalisi fevralın 14-nü “Beynəlxalq Kitab Bağışlama Günü” kimi qeyd edir. Uşaqlarda ömür boyu oxumağa sevgi aşılamaq və ehtiyacı olanlara onların kitab əldə etməsinə yardım göstərən kitabsevər könüllülərinin xidmətləri də əvəzsizdir.

Onlar məhz həmin gün dəyərli kitabları gənc oxucularla bölüşməyə çağırırlar. Bu, sadəcə, təbliğat forması deyil...

14 fevral bir çoxlarının yaddaşına eyni zamanda dünyada “Sevgililər günü” kimi də həkk olunub. Lakin bu tarix kitab bağışlayan və kitaba məhəbbət yaradan bütün insanları özündə daha çox birləşdirir.

Əksəriyyət 14 fevral tarixini, sadəcə, “Sevgililər Günü” kimi bilir. Amma bugünkü tarix kitabsevərlər üçün ən gözəl bayramdır. Kitab mağazasında çalışanlar da bu fikirdədirlər.

Respublikamızın bölgələrindən fərqli olaraq, paytaxt Bakıda kitab dükanlarına az da olsa, rast gəlinir. Onlardan birinin satıcısı, əslində, özü demişkən, kitabsevər Füruzə Qədirli deyir ki, bilik mənbəyi hesab edilən kitaba maraq bu gün tamamilə fərqlidir: “Əslində, bu sahənin də özünəməxsus problemləri də, ürəkaçan faktları da az deyil. Maraqlı kitabları axtaranlara da rast gəlirik, mobil telefondan istədiyi ədəbiyyatdan yararlanmağa çalışanlara da. Ona görə kitab satışı ilə məşğul olan dükanlarda “alış-veriş” bazar səviyyəsində ola bilməz: kitab alanlar da var, almayanlar da. Alıcıların əksəriyyəti isə gənclərdir. Biz milli bayramımız olmayan “Sevgililər Günü” alıcılarımıza tövsiyə edirik ki, ən yaxşı hədiyyə kitab ola bilər. İntellektli, dünyagörüşlü gənclərimiz bununla razılaşırlar. Son zamanlar kitabsevərlərin sayı artmaqdadır...”

“Zəka” kitab mağazasında hədiyyə seçən alıcı gənc BDU-nun Filologiya fakültəsinin tələbəsi Banuçiçək Muxtarovanın da fikirləri maraqlıdır: “...Hər kəsə kitabı sevdirmək üçün ilk növbədə onu hədiyyə etmək lazımdır. Fürsət tapıb sevdiklərinizə kitab hədiyyə etsəniz, bu, onlar üçün unudulmaz bir xatirəyə çevrilə bilər. Həm sadə, həm də dəyərli olması üçün mən kitab seçərdim. Güman edərəm ki, kitabı hədiyyə edəcəyim kəs məni anlayacaq. Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir. Bununla da biz nəinki klassik əsərləri tapır, eyni zamanda yeni yazarları, gənc müəllifləri də tanıyır və hətta onların imzası ilə kitablarını hədiyyə də edirik...”

 “Beynəlxalq Kitab Bağışlama Günü” ilə bağlı fikirlərini bildirən Samir Mustafayev deyir ki, bu, təqvimdə ən gənc bayram hesab edilir. ABŞ vətəndaşının adı ilə bağlıdır: “... Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi günün olmamasını soruşub. Bundan sonra atası, kitab təbliği ilə məşğul olan sayt rəhbəri kimi ideyanı gerçəkləşdirib. Dünyanın bir çox ölkələrində 14 fevral “Dövlətlərarası kitabvermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb. Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola salınır. Bu, uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır...”

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!