15 Sentyabr 2017 01:09
197
Mədəniyyət
A- A+
Kino mövsümü başlayır

Kino mövsümü başlayır

 

Vətənpərvərlik mövzusunda çəkilmiş ekran əsərlərinə üstünlük veriləcək

 

Təqvimdə əlamətdar günlərin sırasına biri də əlavə olunur. Bu ildən sentyabrın 15-i ölkəmizdə həm də kino mövsümünün başlandığı gün kimi qeyd olunacaq.
Belə ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin imzaladığı əmrə əsasən 2017-ci ildən etibarən hər il ölkəmizin paytaxtında və regionlarda kino mövsümünə həmin gündən start veriləcək. Nəzərdə tutulan ekran əsərləri ölkəmizin paytaxtında və regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, həmçinin film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində göstəriləcək.
Regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək.
Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyevdən aldığımız məlumata görə, kino mövsümünə hazırlıqlar lazımi səviyyədə aparılır. O, bildirdi ki, 2018-ci ilin yanvar ayına qədər göstəriləcək filmlər qabaqcadan müəyyənləşdirilib rəhbərlik tərəfindən təsdiq olunub: “Sentyabrın 15-dən başlayaraq həftədə ən azı üç dəfə Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub. Filmlərin təqdim ediləcəyi mədəniyyət müəssisələrinin siyahısı da hazırlanıb. Bura Heydər Əliyev mərkəzləri, mədəniyyət sarayları, hətta kənd klubları da daxildir. Eyni zamanda həmin mədəniyyət müəssisələrinin hər birində bu işə məsul şəxslər müəyyən edilib. Onlara lazımi tapşırıqlar və tövsiyələr verilib”.
Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulub. Amma mövsümün ilk mərhələsində kino həvəskarları yalnız Azərbaycan kinematoqrafiyasının istehsalı olan bədii, sənədli və animasiya filmlərinə baxa biləcəklər. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək. E.Əliyev Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmin ediləcək filmlərin 2018-ci ilin yanvar ayınadək pulsuz nümayiş olunacağını da diqqətə çatdırdı. Repertuarda 1990-cı ildən bəri, yəni respublikamızın müstəqillik illərində çəkilmiş ekran əsərlərinə üstünlük verilib. Bununla yanaşı, sovet dövründə lentə alınmış, əsasən vətənpərvərlik mövzusunda olan bəzi filmlərin də nümayişi nəzərdə tutulub.
2018-ci ilin yanvarından sonra isə növbəti yarımilin repertuarı hazırlanacaq. “Kino mövsümü hər il nə zaman başa çatacaq?” sualımıza cavabında E.Əliyev bildirdi ki, dəqiq vaxt hələ müəyyən edilməsə də, teatr mövsümü kimi olacaq. Yəni kino mövsümü də yay ayları istisna olmaqla bütün ili əhatə edəcək.
Məlumdur ki, son illər ekran əsərlərinə tamaşa etmək üçün mədəniyyət mərkəzlərinə üz tutanların sayı çox deyil. Regionlarda yerləşən mədəniyyət ocaqlarında isə film nümayişi xüsusi ilə aşağı səviyyədədir. Bəs kino mövsümündə pulsuz nümayiş etdirilən filmlərə baxmağa tamaşaçı gələcəkmi? E.Əliyevin sözlərinə görə, nazirliyin Bakıda və regionlarda fəaliyyət göstərən əməkdaşlarına reklam, təbliğat işlərini qurmaları ilə bağlı müvafiq təlimatlar verilib və onlar bu istiqamətdə işlər aparırlar.
Onu da qeyd edək ki, mədəniyyət müəssisələrində kino mövsümü çərçivəsində yalnız həftədə 3 gün Azərbaycan filmləri göstəriləcək. Onlar qalan günlərdə repertuarlarında olan xarici filmləri nümayiş etdirə biləcəklər. Bu, həmin mədəniyyət müəssisələrinin öz səlahiyyətindədir.
Kino mövsümü çərçivəsində həyata keçirilən tədbirlər Bakıda və ölkəmizin regionlarında film nümayişi işinin təşkili və inkişaf etdirilməsi məqsədi daşıyır. Gələn il Azərbaycan kinosunun 120 illiyi qeyd olunacaq. 1898-ci il avqustun 2-də ilk filmlər fotoqraf Aleksandr Mişon tərəfindən çəkilmiş “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağlarında xalq gəzintisi”, “Qafqaz rəqsi” və digər xronika süjetlərindən, “İlişdin” bədii kinosüjetdən ibarətdir. O vaxtdan ötən müddət ərzində Azərbaycan kino sənəti əlamətdar hadisələrlə zəngin inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Bu illər ərzində çox böyük çətinliklərlə də qarşılaşıb. Xüsusilə kino texnikasının zəif olduğu dövrlərdə Azərbaycan kinematoqrafiyası da bir sıra problemlərlə üzləşib. Bütün bunlara baxmayaraq, XX əsrdə kino sənətimiz yüksək səviyyədə inkişaf etdi. Əsasən də sovet hakimiyyəti illərində bu sahədə xeyli uğurlar qazanıldı. Filmlərimiz o dövrün sayılıb-seçilən, ali mükafatlarına layiq görüldü. Həmin ekran əsərlərini bu gün də sevə-sevə izləyirik.
Ancaq sovet hakimiyyəti illərində bütün sahələrdə olduğu kimi, kino sənətində də Moskvanın razılığı olmadan yeni əsərlər yaratmaq müşkül məsələyə çevrilmişdi. SSRİ-nin mövqeyi ilə səsləşməyən filmlərin nümayişi bəzən tamamilə qadağan edilir, bəzən isə müəyyən hissələri kəsilib çıxarılırdı. Buna baxmayaraq, kino işçilərimizin əksəriyyəti ruhdan düşmür, çətinliklərə, maneələri adlamağa, yeni ekran əsərləri yaratmağa çalışırdılar.
Sovet hakimiyyətinin süqutundan sonra yaranmış iqtisadi çətinliklər bütün sahələrin inkişafına mənfi təsir göstərdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra kino sənayesi də tənəzzül dövrü yaşadı. Maddi problemlər üzündən yeni filmlər çəkilmədi. Amma Azərbaycan kino sənəti bu sınaqdan da keçə bildi. Mədəniyyətin digər sahələri kimi kino sənayemiz də inkişaf etməyə başladı.
1990-cı illərdə ölkəmizin müstəqillik qazanması hər birimizə həyatımızın ən böyük sevincini, qürurunu yaşatdı. Ancaq Ermənistanın torpaqlarımızı işğal etməsi, həmin ərazilərdə yaşayan soydaşlarımızı evindən, yurdundan məhrum etməsi, qətlə yetirməsi qəlbimizə sağalmaz yaralar vurdu. Həmin tarixi hadisələr Azərbaycanda çəkilən yeni ekran əsərlərində də əksini tapdı. Vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin “Fəryad”, Ənvər Əblucun “Ağ atlı oğlan”, Gülbəniz Əzimzadənin “Ümid”, Elxan Cəfərovun “Dolu” və digər filmlərdə xalqımızın dərdləri, yaşadığı faciələrin ağrıları, qəhrəmanlıqları təcəssüm etdirilir.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, son on ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib. Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda təqdim edilib, ən yaxşı film, ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün də yeni-yeni bədii, sənədli və animasiya filmləri çəkilməkdədir.
Kino işçilərinin gərgin əməyi hesabına ərsəyə gələn ekran əsərləri öz tamaşaçılarını gözləyir. Azərbaycan tarixini, xalqımızın həyatını, arzularını, düşüncələrini, sevincini, faciələrini əks etdirən həmin əsərlərin təbliğində kino mövsümü çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətli rolu olacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!