05 Oktyabr 2021 15:14
677
CƏMİYYƏT
A- A+
Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib

Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib

 

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsi Assambleyasının sədri seçilib.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu, oktyabrın 4-də ÜƏMT üzv dövlətlərinin Assambleyalarının İsveçrənin Cenevrə şəhərində işinə başlamış 62-ci sessiyasında adıçəkilən təşkilatın assambleyalarının və komitələrinin vəzifəli şəxslərinin seçkiləri zamanı baş verib.

K.İmanovun namizədliyinin bu vəzifəyə irəli sürülməsi və ÜƏMT Baş Assambleyası tərəfindən dəstəklənməsində əsas amil onun əqli mülkiyyət, ələlxüsus da müəlliflik hüququ sahəsinin tanınmış beynəlxalq eksperti olmasıdır.

Qeyd edilən Assambleyanın sədr müavini ABŞ nümayəndəsi Jasmin Fulena seçilib.

İdarəçiliyi ÜƏMT tərəfindən həyata keçirilən Müəlliflik hüququna dair Müqavilə 1996-cı il dekabrın 20-də qəbul edilib. Müəlliflik hüququ sahəsində qocaman beynəlxalq sənəd olan Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasını dəstəkləyən bu müqavilə yeni rəqəmsal mühitdə ən mühüm beynəlxalq sazişdir.

Müqavilə ədəbi və bədii əsərlərin beynəlxalq müstəvidə effektiv və vahid qaydalara uyğun qorunmasını, müəlliflərin hüquqları və geniş ictimaiyyətin maraqları arasında balansın saxlanılmasını müəyyən edir. Hazırda bu Müqaviləyə 110 ölkə qoşulub. Azərbaycan Respublikası 2006-cı ildən Müqavilənin üzvüdür.

Qeyd edək ki, K.İmanov 2019-2021-ci illərdə Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern Konvensiyası Assambleyasının sədri olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!