18 İyul 2023 14:09
475
CƏMİYYƏT
A- A+
İstiqlal mücahidi, ədəbiyyatşünas və publisist

İstiqlal mücahidi, ədəbiyyatşünas və publisist

Əbdülvahab Məmmədzadə (Yurdsevər)

Milli İstiqlal Hərəkatının fəal iştirakçılarından biri, ədəbiyyatşünas, publisist Əbdülvahab Məmmədzadə (Yurdsevər) 1898-ci ildə Bakı şəhərində dünyaya gəlib. 1905-ci ildə rus-tatar məktəbinə daxil olub. 1911-ci ildə III Aleksandr adına şəhər gimnaziyasında orta təhsilini bitirdikdən sonra rus litseyində oxuyub. Burada rus dilini, mədrəsədə isə ərəb və fars dillərini, Qurani-Kərimi öyrənib.
1916-cı ildə "Məhəmmədiyyə" adlı siyasi dərnəyin işində fəal iştirak edib. 1917-ci ildə Müsavat partiyasına daxil olub. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Nazirlər Şurasının dəftərxanasında tərcüməçi kimi fəaliyyət göstərib. Aprel işğalından sonra bu işğala qarşı mübarizə aparmaq üçün yaradılmış Gizli Müsavat təşkilatının ilk qurucularından olub. O, bu təşkilatın Bakı komitəsinin sədri və  Milli Müqavimət Komitəsinin üzvü kimi fəaliyyət göstərib.
1923-cü il iyunun 15-də həbs edilərək, əvvəlcə Şimali Qafqaza Vladiqafqaz şəhərinə sürgün edilib. Cəza müddəti bitdikdən sonra 1926-cı ildə Bakıya qayıdıb. Çox keçməmiş yenidən həbs olunaraq Yaroslavl və Saratovda on bir il sürgün həyatı yaşayıb. Sürgündən sonra Ə. Yurdsevər bir müddət Daşkənddə qız məktəbində müəllimlik edib. Daha sonra İrana keçmək məqsədilə Aşqabada gedib.
Mühacirət həyatı yaşayan Əbdülvahab Məmmədzadə Aşqabaddan İrana keçdikdən sonra bir müddət Tehranda hərbi məktəbdə alman dili müəllimi kimi fəaliyyət göstərib. Burada o dövrdə Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə saxlayıb. 1936-cı ildə Rəsuzladənin dəvəti ilə Varşavaya gedib. Müsavat partiyasının III qurultayında iştirak edib. Burada 1939-cu ilə qədər Rəsulzadə ilə birlikdə fəaliyyət göstərib. Polşa işğal olunduqdan sonra 1939-cu ildə Türkiyəyə köçüb. Baş Nəşriyyat İdarəsində işləməyə başlayıb.
1952-ci ilin aprelindən başlayaraq, "Azərbaycan Kültür Dərnəyi" tərəfindən Ankarada aylıq "Azərbaycan" jurnalı nəşr olunur. Ə. Yurdsevər bu jurnalda əsasən Azərbaycan ədəbiyyatının görkəmli simaları və Aprel işğalından sonra Azərbaycanda sovet işğalına qarşı mübarizə aparan şəxslər və təşkilatlar haqqında silsilə yazılar yazır. Bu yazılar "Azərbaycan istiqlal savaşından səhnələr" rubrikası ilə verilir.
Ana dili ilə yanaşı, rus, alman. ərəb və fars dillərini də mükəmməl bilən Əbdülvahab Məmmədzadə bir müddət Ankara radiosunda farsca siyasi xəbərlər proqramının başçısı olur.
Mirzə Bala Məmmədzadə dünyasını dəyişdikdən sonra 1959-cu ildən 1976-cı ilə kimi mərkəzi İstanbulda olan Azərbaycan Milli Mərkəzinə rəhbərlik edir. Siyasi mübarizə ilə yanaşı, ədəbi fəaliyyətlə də məşğul olur, Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin işində yaxından iştirak edir, Azərbaycan ədəbiyyatına dair silsilə əsərlər - "Mirzə Fətəli Axundzadənin həyatı və dram əsərləri" (Ankara, 1950), "Azərbaycan dram ədəbiyyatı" (Ankara, 1951; B.. 2003), "Sabirin Azərbaycan ədəbiyyatındakı yeri" (Ankara, 1951), "Azərbaycan ədəbiyyatında Vidadi və Vaqifin yaradıcılığı" (Ankara, 1952)] qələmə alır.
1976-cı il oktyabrın 7-də Ankarada vəfat edir. Bu il istiqlal mücahidi, görkəmli ədəbiyyatşünas, publisist Əbdülvahab Məmmədzadənin (Yurdsevər) anadan olmasının 125 illiyidir.


I.ƏLİYEVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!