20 Sentyabr 2015 12:09
314
Mədəniyyət
A- A+
İstedad, iradə və zəhmət

İstedad, iradə və zəhmət

 

Bəzən “jurnalistlik qadın sənəti deyil” deyirlər. Niyə ki? Əksinə, xalqın və cəmiyyətin həyatında qadın yazarların qələminin “boyuna biçilmiş” bir çox mövzular var. Elə söz var ki, həssas qadın qəlbindən keçib gəldiyi üçün daha təsirli olur. Söhbət milli-mənəvi dəyərlərimizdən, balalarımızın tərbiyəsindən, Vətən sevgisindən, torpaq  təəssübkeşliyindən gedəndə ana səsi də ucalmalı - qadın-jurnalist də öz sözünü deməlidir. Kişi sözü kəsərlidirsə, qadının, ananın sözü də düşündürən, sirayətedəndir.

Amma nə qədər paradoksal olsa da, bəzən “jurnalistlik qadın sənəti deyil” deyənlərə haqq qazandırmaq istəyirsən. Çünki yaxşı jurnalist olmaq, ümumiyyətlə, çətindir. Üstəgəl, hər bir qadının üzərinə həyatda övlad böyütmək, evin istisini qorumaq kimi (şərəfli və xoş olsa da) ağır vəzifə düşür. Qısası, bir əldə qələm tutmaq, bir əllə isə beşik yırğalamaq heç kəsə asan gəlməsin.

Sözümüzün canı odur ki, bizim İradə xanım bütün bunlardan keçib - üzərinə düşən hər iki mühüm vəzifəni layiqincə yerinə yetirib və həyat, sənət yollarında beləcə də irəliləməkdədir.

Sentyabrın 21-i həmkarımız, “Azərbaycan” qəzetinin Humanitar siyasət şöbəsinin redaktoru, əməkdar jurnalist İradə Əliyevanın doğum günü - yubley tarixidir. Onunla uzun illərin yaxın tanışı, iş yoldaşı, qələm dostuyuq. Əsil-nəcabətli xanımdır. İkinci Dünya müharibəsində biri ön, digəri arxa cəbhədə şücaət göstərmiş iki mətin insanın - Əbdül Zeynalovun və  Cəmilə xanımın ailəsində anadan olub. Atası bir sıra məsul vəzifələrdə çalışıb. Açığını deyim ki, sovet dövrünün ölçüləri ilə götürdükdə İradə xanım imkanlı ailədə böyüyüb. Amma buna baxmayaraq, həmişə zəhmətsevər olub. Bizdən iki kurs yuxarı təhsil alsa da, bunu hələ ADU-nun (indi BDU) Jurnalistika fakültəsində oxuduğumuz vaxtdan görmüşəm.

1977-ci ildə universiteti bitirib “Təşviqatçı” jurnalında əmək fəaliyyətinə başladı. Amma tezliklə ürəyinin hökmü ilə jurnalistikanın daha “qaynar” sahəsinə atıldı. Uzun illər “Azərbaycan müəllimi” qəzetində çalışdı. Bu qəzetdə peşəkar jurnalist kimi püxtələşdi, gələcək yaradıcılığının əsas mövzuları müəyyənləşdi. Azərbaycanın görkəmli alimləri, pedaqoqları, ziyalıları ilə həmsöhbət oldu.

O illəri də yaxşı xatırlayıram. Ayrı-ayrı qəzetlərdə çalışsaq da, müxtəlif ictimai, mədəni-kütləvi tədbirlərdə görüşərdik. Bu tədbirləri işıqlandırarkən İradənin ciddiliyini, dəqiqliyini həmkar olaraq yaxından hiss edirdim.

1993-cü ildən İradə Əliyeva jurnalist taleyini “Azərbaycan” qəzeti ilə bağlayıb. 1997-ci ildən şöbə redaktorudur. Elə buradaca demək yerinə düşər ki, İradə xanım ona etibar edilən vəzifəyə həmişə məsuliyyətlə yanaşan, tapşırılan  iş üçün cavabdehlik daşıyan  insandır.

“Azərbaycan” onun qarşısında daha geniş yaradıcılıq imkanları açıb. İradə xanım bu imkanlardan səmərəli istifadə edərək mövzularını şaxələndirib. Qəzet səhifəsinə maraqlı yazılar gətirdikcə, aktual məsələlərə toxunduqca özünün də peşəkarlığı artıb.

İradə Əliyevanın mövzu dairəsi genişdir. Burada elmin, təhsilin, səhiyyənin, mədəniyyətin uğurları, perspektivləri, həlli vacib məsələləri, görkəmli ziyalıların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin həyat yolu öz  əksini tapır. Xeyli vaxtdır  repressiya qurbanları, deportasiyaya, qaçqın-köçkünlüyə məruz qalmış insanlar haqqında acı tarixi həqiqətləri qələmə alır. Onun eləcə də müxtəlif sahələrdə çalışan, fəal həyat mövqeyi tutan Azərbaycan qadınları haqqında silsilə yazıları var.

Uzun illər ərzində gördükləri və müşahidə etdikləri, oxuyub öyrəndikləri, axtarıb tapdıqları və yazdıqları indi İradə xanımın yaradıcılıq “mətbəx”ində kitablara çevrilməkdədir. Oxucular onun yaxın vaxtlarda işıq üzü görəcək “Qırmızı terror... Repressiya burulğanı”, “Şəxsiyyətlər... Ömür və qələm”, “Qadınlarımız... Bənzərsiz dünyamız” kitabları ilə tanış olacaqlar.

Həftədə altı dəfə çıxan, illik səhifələrinin sayını tən böləndə isə az qala hər günün payına bir nömrəsi düşən rəsmi dövlət qəzetində zəhmət və qayğı dolu jurnalist həyatı yaşaya-yaşaya İradə xanım eyni zamanda bir cüt oğul ömrünün keşiyində dayanıb. Övladlarını layiqli vətəndaş kimi tərbiyə edib, boya-başa çatdırıb, böyük oğlunu evləndirib. İndi daşıdığı vəzifələrin biri də artıb, iki gözəl nəvənin nənəsidir.

İradə xanıma cansağlığı və xoşbəxtlik, yaradıcılıq uğurları arzulayan “Azərbaycan”çılar eləcə də onun ana qəlbinin ikinci oğul toyunun sədaları ilə öz mətləbinə çatmağını diləyirlər.

 

Flora SADIQLI,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib  

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!