23 May 2017 06:05
79
CƏMİYYƏT
A- A+
İslam ölkələri arasında birlik, həmrəylik dünyada sülhə böyük töhfə verə bilər

İslam ölkələri arasında birlik, həmrəylik dünyada sülhə böyük töhfə verə bilər

Bu ilin respublikamızda “İslam Həmrəyliyi İli” elan edilməsi İslam dünyasına bir mesaj, İslam ölkələri arasında əməkdaşlığın mökhəmləndirilməsinə çağırışdır.

AZƏRTAC xəbər verir ki, bu fikir mayın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən regional konfransda səsləndirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə dini işlər üzrə komissiyanın üzvləri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Rayon icra hakimiyyəti başçısının müavini Zülfü Qasımov tədbiri açaraq, rayonda dini durumun sabit olduğunu vurğulayıb. O, Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıb. Qeyd edib ki, “Multikulturalizm İli”nin məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi müasir dövrdə tolerantlıq prinsiplərinə sadiqliyin bariz nümunəsidir.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransın əsas məqsədinin dini radikalizmə qarşı maarifləndirmə işlərinin aparılmasından, Azərbaycanda mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqindən ibarət olduğunu deyib.

Bildirilib ki, müasir dünyada din amilindən başqa məqsədlər üçün də istifadə olunur. Dinin siyasiləşdirilməsi müxtəlif ölkələrdə, xüsusən də İslam ölkələrində ağır nəticələrə, qarşıdurmalara gətirib çıxarır.

Komitə sədri İslam ölkələri arasında həmrəyliyin, birliyin yüksək səviyyədə olmadığını təəssüflə qeyd edərək, başqa dövlətlərin, böyük güclərin bundan istifadə etdiyini diqqətə çatdırıb. Bildirib ki, müsəlman ölkələri arasında birliyə, həmrəyliyə böyük ehtiyac var. İslam dünyasında birlik, həmrəylik, eyni zamanda, dünyada sülhə böyük töhfə verə bilər. 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi, Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və yerli icra hakimiyyətləri ilə birgə İslam həmrəyliyinin təbliğ edilməsi istiqamətində işləri davam etdirir. Yerli icmalara layihələr verilir, kitablar nəşr edilir. “Çalışırıq ki, İslamın əsl mahiyyətini insanlara çatdıraq, gənclərimizin İslama zidd olan müxtəlif qruplara qoşulmasının qarşısını alaq. Gəncliyimizi xətalardan qoruyaq. Bunun üçün isə geniş təbliğat aparılmasına ehtiyac var. Bu işdə, ilk növbədə, ziyalıların, din xadimlərinin üzərinə məsuliyyət düşür”, – deyə komitə sədri bildirib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri qeyd edib ki, əgər sovetlər dönəmində Azərbaycanda 17 məscid var idisə, hazırda 2 mindən çox ibadət məkanı fəaliyyət göstərir.

Komitə sədri, eyni zamanda, ermənilərin ölkəmizin tarixi dini abidələri və məscidlərinə vurduğu ziyanlar barədə də danışıb. Qeyd edib ki, aprel hadisələri zamanı Ağdamın Əhmədağalı kəndində yerləşən məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib.

Rayon Cümə məscidinin axundu hacı Barat Bağırov, Seyid Lazım Ağa ocağının axundu Mir Yusif Ağa və başqaları çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin dünyaya bir mesaj olduğunu bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!