06 Aprel 2024 09:15
760
İQTİSADİYYAT
A- A+
İşin avand olsun, əkinçi qardaş

İşin avand olsun, əkinçi qardaş

 

Yurdumuza bahar gəlib. Günlər uzanıb, havalar istiləşib. Bu gəlişlə ağaclar ağ, çəhrayı örpəyə bürünür, çöllərə, düzlərə yaşıl xalı sərilir. Suların, quşların, göllərdəki qurbağaların səsi təbiətin canlı simfoniyası kimi ətrafa yayılaraq insanlarda bahar ovqatı yaradır. 
Günəşlə bir oyanaraq qəlblərində bəslədikləri arzuları reallaşdırmaq üçün alim elm ocağına, müəllim məktəbə, həkim xəstəxanaya, mühəndis fabrik və zavoda, inşaatçı tikinti meydançasına, fəhlə istehsal sahəsinə, kəndli-fermer tarlalara yollanaraq iş başına keçir. 
Bu gün fermer haqqında söhbət açmaq istəyirik. Daha doğrusu, kənd adamı haqqında. Fermer kənd təsərrüfatı məhsulları istehsal etmək peşəsidir. O, ət, süd, taxıl, pambıq, üzüm, barama, meyvə, tərəvəz, yaşıl çay, çəltik və digər kənd məhsulları yetişdirərək ərzaq bolluğu yaradır. Hər birinin də böyük və ya kiçik şəxsi təsərrüfatı var. Orada torpağın xüsusiyyətlərinə, bazarın tələblərinə uyğun  istədikləri məhsulu əkib-becərir. Bu işdə isə dövlət onun yanındadır. Ölkəmizin iqtisadiyyatı gücləndikcə fermerlərə ayrılan subsidiyalar, güzəştli şərtlərlə verilən kreditlər də artırılır. İndi bir çox fermerin lizinq yolu ilə aldıqları maşın parkı mövcuddur. Onlar nisbətən az torpaq sahəsi olan mülkiyyətçilərə pullu xidmət göstərirlər. Süni yağış yağdıran pilot qurğuları olan fermerlər də var. Su itkisinin qarşısının alınması üçün beton, habelə latok kanalların çəkilişi get-gedə artır. Sumqayıtda tikilib istifadəyə verilən mineral gübrələr zavodu karbamid sarıdan idxalı aradan qaldırmışdır. 
Bütün bunlar isə məhsul istehsalında özünü göstərməkdədir. Ölkədə taxıl, pambıq, üzüm, barama, kartof, çiyələk və s. kənd təsərrüfatı məhsullarının istehsalı getdikcə çoxalır. Pambıqdan alınan mahlıc qardaş Türkiyəyə və digər ölkələrə ixrac olunur. Hətta pambıq istehsalı ilə məşğul olan Türkmənistan belə, indi Azərbaycandan mahlıc alır. Bu isə o deməkdir ki, bütün sahələrdə olduğu kimi, ölkəmizdə kənd təsərrüfatı da inkişaf edir. 
Günəşi tarlada qarşılayan fermerlər bu il daha çox məhsul yetişdirmək arzusu ilə işə başlamışlar. İndi hara getsən, taxıl zəmilərinin suvarıldığını, pambıq əkiləcək sahələrdə yaz aratının aparıldığını, üzüm, meyvə bağlarında, kartof və çiyələk əkinlərində cari işlərin həyata keçirildiyini görərsən. Belə zəhmət adamı, fermer beş deyil, on deyil, minlərlədir. 
Etibar Hüseynov Cəlilabadın Babalı kəndində yaşayır. İşgüzar, bacarıqlı adamdır. Deyir ki, ağlı kəsəndən torpaqla ülfət bağlayıb: "Ümid, dolanışıq yerim torpaq olub. Böyüklərdən eşitdiyim "torpaq heç vaxt zəhməti itirməz, torpağa əyil ki, ucalasan" sözləri qulağımda, necə deyərlər, sırğadır. Cəlilabadın əvvəldən taxılçılıq diyarı olduğunu hamı bilir. Ona "Azərbaycanın Ukraynası" deyirlər. Bu ənənə indi də yaşayır. Torpaq mülkiyyətçilərinin, deyərdim ki, 80 faizi taxıl yetişdirməklə məşğuldur. Hazırda hamı çalışır ki, bir ildə torpaqdan iki dəfə məhsul götürsün. Taxılı biçib yerinə kələm, qarğıdalı, payızlıq kartof əkirlər. Bu o demək deyil ki, torpağı istismar edib onu gücdən salırıq. Belə olsa, torpaq adamlardan üz döndərib məhsul verməz. Torpağa vaxtlı-vaxtında üzvi və mineral gübrələr verilir ki, o qüvvətlənsin, gücdən düşməsin. Mənim 35 hektar torpaq sahəm var. Çalışıram ki, torpağa, əkdiyim bitkiyə nümunəvi qulluq göstərim, necə deyərlər, gübrəsini, suyunu bol edim. Belə münasibət nəticəsində keçən il dəmyə şəraitində hər hektardan 30 sentner buğda biçdim. Bu il isə 30 hektar taxılım var. Allah kömək oldu, yanvar ayında iki dəfə qar yağdı. Bitkilər kifayət qədər su içdi. Üstəlik, düşən soyuqlar ziyanvericiləri məhv etdi. Biz də yemləmə gübrəsini vaxtında verdik, alaq otlarına qarşı mübarizə tədbirlərini həyata keçirdik. Sadaladıqlarımın hesabına yaxşı məhsul gözləyirik. Aprel ayında bir dəfə də yağış düşsə, əla olar. Zənnimcə, hər hektardan 35 sentner buğda biçəcəm. Eyni zamanda 3 hektarda da noxud əkmişəm. Ondan da yaxşı məhsul əldə edəcəyimə inanıram". 
Hacıqabul rayonunun Navahı kənd sakini, torpaq mülkiyyətçisi Ələsgər Tapdıqov da baharın uğurlu gəldiyini söylədi. Bildirdi ki, Novruz bayramından əvvəl və sonra yağan yağışlar taxıl əkinləri üçün məlhəm oldu: "Bununla bərabər, Hacıqabul Rayon Suvarma Sistemləri İdarəsi işçilərinin əməyini xüsusi qeyd etmək istəyirəm. Əkdiyim 35 hektar arpa və buğda sahəsinin hamısını iki gəfə suvara bilmişəm. Bu, son 17 ildə suvarmada əldə etdiyim ən yaxşı nəticədir. Əvvəlki illərdə buna nail ola bilmədiyimdən məhsuldarlıq aşağı olurdu, ya da heç olmurdu. İndi zəmilər üzə gülür, dəniz kimi ləpələnir. Buğda əkinlərinin hər hektarından 60, arpadan isə 30 sentner məhsul gözləyirəm. Təkcə taxılçılıq üçün deyil, kənd təsərrüfatının başqa sahələri üçün də bu ilin yaxşı olacağına ümid bəsləyirik". 
Fermer Mürsəl Qəfərov Neftçala rayonunun Boyat kəndindəndir. Ali təhsilli zootexnikdir. Sovet dövründə uzun müddət kəndlərindəki kolxozda baş zootexnik işləyib. Kolxoz təsərrüfatı dağılandan sonra pay torpağını əkib-becərməklə məşğul olub. Ali təhsilli olmasına baxmayaraq, torpağın "dili"ni öyrənməyi özünə ayıb saymayıb. Təcrübəli əkinçilərin məsləhətlərinə həmişə əməl edib. Torpaq da öz səxavətini ondan əsirgəməyib, bol məhsul verib. Əldə etdiyi halal pulla ailəsini çox gözəl dolandırıb. Onun üçün il-ildən uğurlu gəlib. Əlavə olaraq icarəyə torpaqlar götürüb, əkin sahələrini genişləndirib. Növbəli əkin sistemini həyata keçirməklə yüksək məhsuldarlığa nail olub. Bu il pambıq əkdiyi yerə növbəti dəfə taxıl, yonca toxumu səpib. M.Qəfərov keçən ilin payızında 7 hektara buğda, 12 hektara isə arpa əkib. Çıxış suyunu vaxtında verdiyindən sahənin hər tərəfində yaxşı cücərti alınıb. Özü də toxumla birlikdə hər hektara 150 kiloqram ammofos gübrəsi verməyi unutmayıb. Bu da toxum cücərən kimi bitkinin boy atmasına şərait yaradıb. Yanvarda yağan qar isə taxılın yorğanı olub. 
Təcrübəli fermer mart ayında - Novruz bayramından 10 gün qabaq hər hektara 200 kiloqram olmaqla karbamid yemləmə gübrəsi verib. Eyni zamanda alaq otlarına qarşı dərmanlama işini həyata keçirib. Aqrotexniki tədbirlər nəticəsində hər hektardan 45-50 sentner məhsul götürmək əzmindədir. 
Beləcə, kənd adamının qəlbində, ruhunda yeni-yeni arzular baş qaldırır. İndi o, səhər tezdən axşama qədər həmin arzunun çin olması üçün çalışır - yer şumlayır, əkin sahələrini səpinə hazırlayır, taxılı, yoncanı sulayır. İşin avand olsun, əkinçi qardaş! 

Seyran CAVADOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!