13 May 2026 08:40
67
İQTİSADİYYAT
A- A+
İşğaldan azad olunmuş ərazilərimizdə bu gün sabahın şəhər və kəndləri salınır

İşğaldan azad olunmuş ərazilərimizdə bu gün sabahın şəhər və kəndləri salınır


30 il ərzində düşmənin vəhşicəsinə söküb-dağıtdığı, talan etdiyi şəhər və kəndlərimiz yenidən tikilir və öz sakinlərini qarşılayır. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə budəfəki səfərində daha iki yaşayış məntəqəsinin - Cəbrayıl rayonunun Şükürbəyli kəndinin və Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk kompleksin açılışlarını edib.

Şükürbəyli Cəbrayıl rayonunun mərkəzindən 18 kilometr cənub-şərqdə, düzənlik ərazidə yerləşən bir kənddir. İşğaldan əvvəl əhalisi, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq və baramaçılıqla məşğul olub. 

Şükürbəyliyə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur. İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.

Zəngilan şəhərində inşa olunmuş 104 mənzilli ilk yaşayış kompleksinin təməlini dövlətimizin başçısı 2022-ci ildə qoyub və ötən dövrdə tikintini nəzarətində saxlayaraq iki dəfə burada işlərin gedişi ilə tanış olub.

Kompleksin ümumi ərazisi 2 hektardan artıqdır. Burada 12 bina inşa olunub. Onlardan 4-ü (60 mənzilli) üçmərtəbəli, 8-i (44 mənzilli) ikimərtəbəli "townhouse" tipli evlərdir. Bu kompleksin sakinləri də ailə üzvlərinin sayından asılı olaraq 2, 3, 4 və 5 otaqlı mənzillərdə yaşayacaqlar.

İstifadəyə verilən hər iki yaşayış məntəqəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın sakinlərlə səmimi görüşləri olub. Dövlətimizin başçısı onları yurd-yuvalarına dönüş münasibətilə təbrik edib. Sakinlər isə Prezidentə və birinci xanıma öz minnətdarlıqlarını çatdırıblar. Belə ki, keçmiş məcburi köçkünlər təzə tikilən şəhər və kəndlərdə təkcə evlə təmin olunmurlar, onların sosial-məişət şəraiti, məşğulluğu üçün də tədbirlər görülür. Məsələn, Zəngilandakı yaşayış kompleksinin ərazisində uşaq və idman meydançaları, velosiped zolağı, yeraltı və yerüstü avtomobil dayanacaqları yaradılıb. Zəngilanın baş planına əsasən, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, məktəb, körpələr evi-uşaq bağçası və parkın yaxınlığında, ortasıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Cəbrayılın yeni istifadəyə verilən Şükürbəyli kəndində də sakinlərin rahat yaşaması və sosial məsələlərin həlli üçün bir sıra işlər görülüb. Burada hər biri 80 yerlik olmaqla 2 körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, musiqi məktəbi, klub-icma mərkəzi və yerli icra strukturları üçün inzibati bina tikilib.

Şükürbəyli kəndində 35/10 kV-luq elektrik yarımstansiyası da inşa edilib. Elektrik enerjisi, təbii qaz, içməli su, rabitə, həmçinin internet və "İP TV" şəbəkələri qurulub, yollara asfalt çəkilib.

 Elə sözügüdən səfəri çərçivəsində dövlətimizin başçısı əvvəlcə kənddə inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını edib. İşğaldan azad edilmiş digər ərazilərimizdə istifadəyə verilən yeni məktəblərdə olduğu kimi, bu təhsil müəssisəsində də müəllim və şagirdlər üçün hərtərəfli şərait yaradılıb. Onların ixtiyarına fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri verilib. Məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana da var. Ərazidə, eyni zamanda futbol və basketbol meydançaları yaradılıb.

 Yeri gəlmişkən, qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm bir tərkib hissəsini də müasir təhsil ocaqlarının qurulması təşkil edir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur.

Elə həmin gün, mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar. Binanın təməli 2021-ci ildə qoyulub. Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.

Prezidentimizin şükürbəylilərlə görüşündə dediyi kimi: "Beləliklə, bir daha bütün dünyaya göstərəcəyik ki, biz qurub-yaradan xalqıq, eyni zamanda döyüşən xalqıq. Bu torpaqları biz qan tökərək qaytarmışıq, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - parlaq Qələbə qazanmışıq, bu Qələbənin müasir tarixdə tayı-bərabəri yoxdur, yəqin ki, olmayacaq və biz bu əbədi Qələbə ilə fəxr etməliyik. Gənc nəsil də evlərdə, ailələrdə, məktəblərdə bu ruhda tərbiyə almalıdır ki, biz müzəffər ölkə, xalq kimi bundan sonra qürurla yaşayaq".

Məlum olduğu kimi, Cəbrayılda BP şirkəti 240 meqavatlıq "Şəfəq" Günəş-Elektrik Stansiyası inşa edir. Bu çərçivədə "AzərEnerji" tərəfindən burada 330 kV-luq rəqəmsal yarımstansiya tikilib və bu yarımstansiyanı ölkənin enerji şəbəkəsinə qoşmaq üçün "Cəbrayıl" Enerji Qovşağına 7,5 kilometr uzunluğunda 330 kV-luq ikidövrəli yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bu infrastruktur "yaşıl enerji"nin ölkə üzrə hərəkətini təmin edən strateji bir körpüdür.

Bu gün Qarabağ və Şərqi Zəngəzur həm də böyük turizm destinasiyasına çevrilməkdədir. Burada artıq çoxlu sayda hotellər, istirahət mərkəzləri, parklar və seyrəngahlar yaradılıb. 

Bunların sırasına tezliklə Prezident tərəfindən mayın 10-da Zəngilan şəhərində təməli qoyulan "Zangilan City Park Hotel" də qoşulacaq. Hotelin ərazisi 1,5 hektar olacaq. 116 nömrəlik hoteldə eyni zamanda 241 nəfər qala biləcək. Burada restoran, çoxfunksiyalı iclas otaqları, idman zalı və açıq terras da fəaliyyət göstərəcək.

Bütün bunlar həm də iş yerləri deməkdir. Məsələn, yeni hoteldə ümumilikdə 120 nəfər işlə təmin ediləcək.

Keçmiş məcburi köçkün Cəfər Cabbarlının dedikləri doğma yurda dönmüş və işlə təmin olunmuş sakinlərin, əslində, hər birinin ürək sözləri idi: "Möhtərəm cənab Prezident, mən öz doğma torpağına qayıtmış bir Zəngilan gənciyəm. Eyni zamanda qürurla bildirmək istəyirəm ki, mən öz müqəddəs peşə fəaliyyətini elə müqəddəs Zəngilanımızda davam etdirən müəllim ailəsinin başçısıyam. Onu da qeyd edim ki, mən öz həyat yoldaşımla birlikdə qayıdışın ilk məskəni olan Ağalı kənd tam orta məktəbində öz şərəfli, müqəddəs peşə fəaliyyətimizi birlikdə icra edirik. Zəngilan gənclərinin savadlı yetişdirilməsində, vətənpərvər yetişdirilməsində, intellektual olmasında biz öz əməyimizi səylə ortaya qoyuruq. Onu da qeyd etmək istəyirik ki, bu qüruru bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, müharibə iştirakçılarımıza Allahdan cansağlığı diləyirik. Zəngilan gəncləri olaraq hər zaman "dəmir yumruq" kimi Sizin ətrafınızdayıq".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məktəb, yoxsa repetitor?

08:50
13 May

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

08:45
13 May

İşğaldan azad olunmuş ərazilərimizdə bu gün sabahın şəhər və kəndləri salınır

08:40
13 May

WUF-un Bakı zirvəsi

08:35
13 May

Minsk qrupu işğalın siyasi dəstəkçisi idi

08:30
13 May

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

08:25
13 May

Ermənistanın "himayədar" axtarışı 

08:20
13 May

Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır

08:15
13 May

Minsk qrupunun iflası ikili standartlara vurulmuş zərbədir

08:10
13 May

Heydər Əliyevin ömür yolu xalqa məhəbbət və sədaqət meyarına çevrilib

08:05
13 May

Zəngilandan verilən mesajlar

08:03
13 May

Xalqımızın Ulu Öndərə ehtiramı sonsuzdur

08:00
13 May

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:16
13 May

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

01:02
13 May

"Qaradağ Maşınqayırma" ASC-nin səhmdarlarının nəzərinə

00:51
13 May

“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb

23:50
12 May

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

22:28
12 May

“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib

22:22
12 May

Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır

21:48
12 May

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur

21:07
12 May

ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

20:59
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!