13 May 2026 08:30
59
SİYASƏT
A- A+
Minsk qrupu işğalın siyasi dəstəkçisi idi

Minsk qrupu işğalın siyasi dəstəkçisi idi


Ermənistan tarix boyu öz milli təhlükəsizliyini müstəqil şəkildə qurmayıb, müxtəlif dövrlərdə Rusiya imperiyası, SSRİ və daha sonra kollektiv təhlükəsizlik sistemləri vasitəsilə müdafiə olunub, eləcə də digər böyük dövlətlərin himayəsinə bel bağlayıb. 1988-ci ildə Qarabağ münaqişəsinin başlanması onilliklər boyu sistemli şəkildə hazırlanmış ideoloji və siyasi strategiyanın nəticəsi idi. Bu, diaspor şəbəkələri, siyasi mifologiya, xarici güclərlə əməkdaşlıq, mədəni təsir və hüquq diskursu vasitəsilə mərhələli şəkildə formalaşdırılmış irredentist layihənin məntiqi nəticəsi olan klassik hərbi işğal idi.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı zamanı da Ermənistan müstəqil şəkildə hərbi uğur qazanmayıb, əsasən bəzi xarici qüvvələrin dəstəyi ilə həmin işğalı reallaşdırmışdı. "Azərbaycan isə hər zaman müstəqil xarici siyasət yürüdüb və bu yolda xarici təzyiqlərə, hətta ağır itkilərə məruz qalıb. 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanın torpaqlarının işğal olunmasına baxmayaraq, ölkəmiz kənar dövlətlərin diktə etdiyi şərtlərlə heç vaxt razılaşmayıb. Ümummilli Lider Heydər Əliyevin, daha sonra Prezident İlham Əliyevin dövründə formalaşmış ən əsas prinsip ondan ibarət idi ki, ölkənin təhlükəsizliyinin əsas qarantı elə Azərbaycan dövlətinin özü olmalıdır. Yəni ordu quruculuğu, iqtisadi güc və diplomatik siyasət daxili imkanlarla gücləndirilməlidir", - deyə o bildirib.

Deputat 2020-ci ildə Vətən müharibəsində Azərbaycanın öz gücü və resursları ilə BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi qətnamələrin icrasına nail olduğunu xatırladaraq deyib ki, bu, eyni zamanda ölkəmizin kənar qüvvələrin qərar və dəstəyinə yox, öz hərbi-siyasi potensialına arxalandığını göstərdi. Yeni dünya düzəni Cənubi Qafqazdan, məhz Azərbaycanın regionda yaratdığı yeni reallıqlardan başladı. Beynəlxalq hüquq və çoxtərəfliliyin artıq heç bir münaqişənin həllində rol oynaya bilmədiyi, güc faktorunun münaqişələri həll etməsi faktı təsdiqləndi. ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz qurumlar tarixə qovuşdu. Azərbaycan tarixi Zəfər qazandı.

P.Vəliyeva qeyd edib ki, yarandığı gündən konstruktiv və ədalətli fəaliyyət göstərə bilməyən Minsk qrupu Azərbaycan ictimaiyyəti və rəhbərliyi tərəfindən dəfələrlə tənqid edilib: "ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədr ölkələr işğalın legitimləşdirilməsinə çalışmış, lakin Azərbaycan xalqı işğalla heç zaman barışmamışdı. Xarici vasitəçilərin nəticəsiz fəaliyyəti fonunda ölkəmiz müstəqil siyasət kursunu ardıcıl şəkildə gücləndirdi. Bununla da Minsk qrupunun mövcudluğuna ehtiyac tamamilə aradan qalxdı. 8 avqust tarixli Vaşinqton görüşündə Prezident İlham Əliyevin prinsipial diplomatik addımları nəticəsində Ermənistan şərtlərimizlə razılaşmağa məcbur edildi, Minsk qrupunun ləğvi təmin olundu. Bu, Azərbaycanın diplomatiya tarixində mühüm mərhələdir".

Deputat vurğulayıb ki, zəfərlə yanaşı, sülhün müəllifi də Azərbaycan, Prezident İlham Əliyevdir. Azərbaycan istəməsə, heç bir sülh mümkün deyil. Ermənistanın sülh müqaviləsinə imza atmaq üçün edəcəyi növbəti əsas addım isə konstitusiyasının preambula hissəsinə labüd dəyişiklikləri etməsidir. Bu şərt Ermənistan tərəfindən məhz 8 avqust Vaşinqton razılaşmaları zamanı qəbul edilib.

Bu gün ortaq sülh gündəliyinə zərbə vurmaq istəyənlərə Ermənistandan adekvat cavab verilmədiyini deyən P.Vəliyeva bildirib ki, regiondan kənar qüvvələr Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına sistemli şəkildə müdaxilə edir: "Cənubi Qafqazda davamlı sülhün qurulması yükünü əsasən Azərbaycan özü daşıyır. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, onda ölkə rəsmiləri Azərbaycan əleyhinə olan xarici təşəbbüslərə açıq şəkildə qarşı çıxmalıdırlar. Yəni Ermənistan yalnız sözlə deyil, praktiki şəkildə də sülhə sadiqliyini göstərməlidir. Bu gün Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır, amma rəsmi İrəvan öz ərazi bütövlüyünə hörmət tələb etdiyi halda, Azərbaycanın ərazi bütövlüyünü sual altına alan fəaliyyətlərə mane olmur. Bəzi Avropa institutları, xüsusilə də Avropa Parlamenti və Fransa kimi ölkələrin siyasətçiləri neytral davranmır, birtərəfli qaydada Ermənistanı dəstəkləyirlər. Onların verdiyi bəyanatlar və qəbul etdikləri qətnamələr regionda balansı pozur, sülh və sabitliyə zərər vurur. Xüsusilə Fransa Senatında "Dağlıq Qarabağ" terminindən istifadə edilməsi, mədəni-dini irsi ilə bağlı səsləndirdiyi fikirlər təxribatdır və qəbuledilməzdir. Azərbaycanın Ermənistana qarşı hərbi planları yoxdur, ölkəmiz sülh gündəliyinə sadiqdir və siyasətində regionda əmin-amanlıq, sabitlik yaratmaq prioritetdir. Lakin xarici qüvvələr Ermənistanda seçkilər yaxınlaşdıqca mövcud normallaşma və həssas sülhə zərər vuracaq addımlar atırlar".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

WUF-un Bakı zirvəsi

08:35
13 May

Minsk qrupu işğalın siyasi dəstəkçisi idi

08:30
13 May

Neokolonializm nədir və Fransa modeli Ermənistanda necə işləyir?

08:25
13 May

Ermənistanın "himayədar" axtarışı 

08:20
13 May

Cənubi Qafqazda sülhün təşəbbüskarı da, qarantı da Azərbaycandır

08:15
13 May

Minsk qrupunun iflası ikili standartlara vurulmuş zərbədir

08:10
13 May

Heydər Əliyevin ömür yolu xalqa məhəbbət və sədaqət meyarına çevrilib

08:05
13 May

Zəngilandan verilən mesajlar

08:03
13 May

Xalqımızın Ulu Öndərə ehtiramı sonsuzdur

08:00
13 May

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 26 yanvar tarixli 895 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:16
13 May

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

01:02
13 May

"Qaradağ Maşınqayırma" ASC-nin səhmdarlarının nəzərinə

00:51
13 May

“Fars”: İran ABŞ ilə danışıqların bərpası üçün beş şərt irəli sürüb

23:50
12 May

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib

22:28
12 May

“Bakı Metropoliteni” QSC-nin sədri sərnişinlərə çağırış edib

22:22
12 May

Vüsal Aslanov: Tramvayın konseptual planı hazırlanır

21:48
12 May

Rəcəb Tayyib Ərdoğan: Türkiyədə ərzaq təhlükəsizliyi ilə bağlı problem yoxdur

21:07
12 May

ABŞ-nin İranla müharibəyə xərcləri 29 milyard dollara yaxınlaşır

20:59
12 May

ADA Universiteti Dünya İqtisadi Forumunun “Strateji İntellekt” platformasına qoşuldu

20:43
12 May

Prezident İlham Əliyevin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb VİDEO

20:35
12 May

Ukrayna Rusiyanın komanda məntəqələrinə, anbarlarına və logistika mərkəzlərinə zərbələr endirib  

20:17
12 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!