13 May 2026 01:02
759
ELANLAR
A- A+
bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.

bp, Xəzər dənizinin Azərbaycan sektorunda Qarabağ yatağının işlənməsi üzrə risk xidməti sazişinin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, iş proqramı çərçivəsində boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək.



BP bütün maraqlı tərəfləri 15 may 2026-cı il tarixində saat 13:00-dan 15:00-dək "Microsoft Teams" vasitəsilə keçiriləcək bu görüşdə iştirak etməyə dəvət edir.

ƏMSSTQ sənədinin layihə variantı və rəy formaları 1 may 2026-cı il tarixindən bp-nin veb-səhifəsinə yerləşdirilmişdir və onları aşağıdakı linklər vasitəsilə yükləmək mümkündür:



Azərbaycan dilində:

https://go.bp.com/bqD5u


İngilis dilində:

https://go.bp.com/K4B06




Görüşdə proqram və sənəd haqqında təqdimatlar olacaq, auditoriyanın sualları cavablandırılacaq,  irəli sürülən fikirlər və rəylər ətrafında müzakirə keçiriləcək. Rəy və təklifləri həmçinin [email protected] elektron ünvanına göndərməklə də təqdim etmək olar.

Görüşə aşağıdakı keçid və ya QR kodu vasitəsilə qoşulmaq olar:




https://go.bp.com/AEhxo





Qoşulma təlimatı


Kompüterdən qoşulma Mobil telefondan qoşulma

"Microsoft Teams" vasitəsilə görüşə qoşulmaq üçün təqdim edilmiş keçiddən istifadə edin. Bu keçidin açacağı səhifədə siz görüşə veb vasitəsilə və ya kompüter proqramını yükləməklə qoşula bilərsiniz. Əgər sizdə Teams proqramı artıq mövcuddursa, görüşə avtomatik şəkildə giriş edəcəksiniz.Əgər sizin Teams hesabınız yoxdursa və görüş təşkilatçısı bu funksiyaya icazə veribsə, siz adınızı daxil etməklə, görüşə "qonaq" qismində qoşula bilərsiniz.

Əgər sizin Teams hesabınız mövcuddursa, o zaman Sign in bölməsinə daxil olaraq (onun yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) görüşə qoşula bilərsiniz.

Audio, video və məzmun bölüşmə funksiyaları da daxil olmaqla, mobil telefonda Teams proqramından ən yaxşı şəkildə istifadə edə bilmək üçün Teams proqramının mobil versiyasını yükləmək lazımdır.

Əgər bu proqram sizdə mövcuddursa, proqramı açıb görüşə qoşulmaq üçün "Join Microsoft Teams Meeting" keçidindən istifadə edin. Əgər bu proqram telefonunuzda yoxdursa, qeyd edilmiş keçid sizi "app store" platformasına yönləndirəcək və siz oradan həmin proqramı yükləyə bilərsiniz.

Əgər Teams hesabınız yoxdursa, "qonaq"qismində görüşə qoşulmaq üçün "Join as a guest" bölməsini seçin və adınızı daxil edin.

Əgər Teams hesabınız varsa, o zaman görüşə qoşulmaq (proqramın yazışma (chat) və əlavə funksiyalarına giriş imkanı əldə etməklə) üçün "Sign in and join" bölməsini seçin.






Qeyd: proqramı görüş başlamamışdan öncə yükləməyə çalışın. Proqramın yüklənməsi internet bağlantınızdan asılı olaraq 1-2 dəqiqə vaxt apara bilər.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İrana müraciət edib: “Masaya qayıdın və razılaşma əldə edin”

01:17
08 İyun

İran yenidən İsrailə hava zərbələri endirib

23:48
07 İyun

Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 58,97 faizi iştirak edib

22:23
07 İyun

Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

20:58
07 İyun

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda toplaşır

20:13
07 İyun

Bakıda akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub  

19:43
07 İyun

Çövkən üzrə Körfəz ölkələri regionu yaradılır

19:31
07 İyun

Binə Atçılıq Mərkəzində Çövkən üzrə Dünya Çempionatının açılış mərasimi olub 

18:59
07 İyun

Türkmənistan Dövlət Kitabxanasında "Azərbaycan ədəbiyyatı guşəsi" açılıb  

18:47
07 İyun

Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər

18:42
07 İyun

ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq  

18:15
07 İyun

Tramp: ABŞ Tehranla razılığa gəlsə, zənginləşdirilmiş uranı məhv etmək üçün birlikdə çalışacaq  

18:14
07 İyun

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı müşahidə radar məntəqələrinə zərbələr endirib  

17:51
07 İyun

Azərbaycan ilə Dağıstan, Kareliya, Həştərxan və Türkiyə arasında iqtisadi əməkdaşlıq genişlənir

16:47
07 İyun

XİN Azov dənizində gəmilərin vurulması nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının son durumu barədə məlumat yayıb  

15:11
07 İyun

İqtisadçılardan xəbərdarlıq: Böyük Britaniya BVF-nin yardımına ehtiyac duya bilər

14:06
07 İyun

Fərid Şəfiyev: ŞƏT çərçivəsində çevik qərarqəbuletmə mexanizmlərinin təkmilləşdiriməsinə ehtiyac var  

13:32
07 İyun

İlqar Hümbətovun atası: Şəhidlərin xatirəsini uca tutanlara minnətdarlığımı bildirirəm

12:57
07 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək

12:49
07 İyun

Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib

11:50
07 İyun

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək  

11:47
07 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!