19 Yanvar 2024 09:55
5838
İQTİSADİYYAT
A- A+
İqtisadi islahatların innovativ idarəetmə modeli

İqtisadi islahatların innovativ idarəetmə modeli

 

8 il əvvəl ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqsədilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) təsis olundu. Bu illər ərzində İİTKM beynəlxalq təcrübədə geniş yayılmış "beyin və əməl" mərkəzi (think and do tank) kimi işini qurdu. Hazırda iqtisadi islahatların real vaxt rejimində idarə edilməsi ölkədə strateji idarəetmənin tərkib elementinə çevrilib. 2023-cü ildən İİTKM texnoloji inqilabın çağırışlarına uyğun olaraq süni intellektlə insan zəkasının birgə işini - kiborq yanaşmasını tətbiq edir. Beləliklə, uğurun əsasında bir tərəfdən qalib dövlətin aparıcı "beyin və əməl mərkəzi" mandatı, digər tərəfdən isə qabaqcıl idarəetmə texnologiyaları dayanır. Bunu mərkəzin ötənilki fəaliyyətində də aydın görmək mümkündür.

 

Azərbaycanda tam təkmil monitorinq və qiymətləndirmə institutu formalaşıb

 

İİTKM-in 2023-cü ildə əldə etdiyi ən böyük uğurlardan biri Azərbaycanda monitorinq və qiymətləndirmə institutunun kəmiyyət və keyfiyyət baxımından yeni mərhələyə çatdırılmasıdır. Mərkəzə monitorinq və qiymətləndirilməsi həvalə olunmuş onlarca strategiya, dövlət proqramı və fəaliyyət planlarının icra vəziyyətinə nəzarət böyük verilənlər bazası yaradır. Dünyada datanın əsas əmtəəyə çevrildiyi bir vaxtda İİTKM-də tətbiq edilən proqram təminatları strukturlaşmış data yaradır ki, bu da data əsaslı idarəetməni gücləndirir. 
Bu dövlət sənədləri arasında əhatə dairəsinə görə digərlərindən fərqlənən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın monitorinq və qiymətləndirilməsi çərçivəsində il ərzində 33 əsas icra orqanının iştirakı ilə 8 işçi qrup formalaşdırılıb və bu qruplar effektiv şəkildə əlaqələndirilib, işçi iclas və görüşlərin vaxtında keçirilməsi təmin olunub və görülmüş işlərin istər ictimaiyyət, istərsə də əlaqədar qurumlar üçün kommunikasiyası aparılıb. 2023-cü ilin hesabatları www.azerbaijan2030.gov.az portalına yerləşdirilib və data-əsaslı idarəetmə üçün zəmin yaradıb.
Mərkəzin monitorinq və qiymətləndirməsini apardığı digər dövlət sənədləri isə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" başda olmaqla, iqtisadi və sosial həyatın ən müxtəlif sahələrini, o cümlədən tikinti, qida, məşğulluq, standartlaşdırma, nəqliyyat və logistika kimi sahələri əhatə edir. Monitorinq və qiymətləndirilmə əgər əvvəllər fəaliyyət əsaslı idisə, indi daha çox səmərəliliyin qiymətləndirilməsi əsasında həyata keçirilir. Beləliklə, nəticə əsaslı büdcə və proqram idarəetməsi birləşdirilir.

 

Monitorinq və qiymətləndirmə fəaliyyətində süni intellekt faktoru

 

Hazırda İİTKM-də monitorinq və qiymətləndirmə nəticəsində strateji baxış, əsas hədəf göstəriciləri, məqsədlər, prioritetlər, fəaliyyət istiqamətləri, tədbirlər, həmçinin hər bir tədbirin ilkin, aralıq və son nəticələri olmaqla on minlərlə data toplanır. Belə çeşidli dataların əsasında monitorinqi həyata keçirilən proqramların əsas uğurlarını, çağırışları, riskləri və tövsiyələri müəyyənləşdirmək üçün süni intellekt imkanları tətbiq olunur. Elə www.azerbaijan2030.gov.az, www.boyukqayidish.gov.az və www.nakhchivan2027.monitoring.gov.az portalları da bu ehtiyacın innovativ həllinə hesablanıb. Qeyd olunan portallar yalnız şəffaflığı təmin etmir, eyni zamanda monitorinq və qiymətləndirmə prosesinin tərəfləri arasında "kommunikasiya məsafəsi"ni azaldır. 
Ötən il ərzində İİTKM rəqəmsal ticarət platformalarında da Azərbaycanın mövqeyini gücləndirməyə davam edib. Bu məqsədlə mərkəzin nəzdində fəaliyyət göstərən  Rəqəmsal Ticarət Qovşağı yeni Yol Xəritəsi hazırlayıb. Bu Yol Xəritəsinə əsasən, qeyri-rezidentlər yenilənmiş portal (mresidency.az) vasitəsilə ölkəmizə gəlmədən mobil imzaların alınması, fiziki şəxslər üçün məsafədən bank hesablarının açılması, hüquqi şəxsin onlayn qeydiyyatı, əmək müqavilələrinin qeydiyyatı, notariat xidmətləri, virtual hüquqi ünvanın qeydiyyatı, "metaverse" virtual məkanda əməkdaşlıqların qurulması üçün konsaltinq və digər elektron xidmətlərə bir pəncərədən müraciət edə biləcəklər. Bu da dövlət-özəl tərəfdaşlığı çərçivəsində Azərbaycanın investisiya cəlbediciliyini artırmağa, ticarət əlaqələrini gücləndirməyə və "bir pəncərə" sistemi ilə qeyri-rezidentlərə elektron xidmətlər paketinin təqdim olunmasına şərait yaradacaq.
Ölkədə həyata keçirilən islahatları iqtisadi cəhətdən qiymətləndirməyə imkan verən təhlil alətləri İİTKM-də mütəmadi olaraq istifadə edilməkdədir. Mərkəzin iqtisadi modellər laboratoriyasında mövcud olan Maliyyə Proqramlaşdırılması modeli, Dinamik Stoxastik Ümumi Tarazlıq modeli, iqtisadi fəaliyyət sahələri arasındakı qarşılıqlı əlaqələri nəzərə almaqla müxtəlif iqtisadi təsirləri simulyasiya etməyə imkan verən Xərclər-buraxılış modeli və digər ekonometrik modellər əsasında təhlillər 2023-cü ildə də davam etdirilib. 

 

"Enterprise Azerbaijan" - startapçıların ən yaxın dəstəkçisi

 

Müasir innovasiyalardan yararlanmaqla qeyri-neft-qaz sektorunun inkişafına dəstək məqsədilə yaradılmış "Enterprise Azerbaijan" portalının 2023-cü il üçün ən böyük uğuru startaplarla bağlı olub. Təkcə "Startup School - 1" layihəsinin uğurla gerçəkləşdirilməsi Azərbaycanın startap ekosisteminə verilmiş ən böyük töhfə sayıla bilər. ABŞ-nin Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirilmiş beynəlxalq müsabiqəyə dünyanın 10-a yaxın ölkəsindən (ABŞ, Almaniya, İrlandiya, Türkiyə, Mavritaniya, Pakistan, Qazaxıstan, Azərbaycan və s.) 200-dən çox layihə təqdim edilib. Daxil olmuş layihələrdən 33 ən yaxşı komanda (layihə) seçilərək, tədris sessiyasına cəlb olunub. Onlara ABŞ, İsrail, Polşa, Fransa, İsveç, İngiltərə, Türkiyə və Azərbaycandan olan professor və beynəlxalq ekspertlər tərəfindən 60+ saat onlayn və 15 günlük oflayn təlimlər, həmçinin ustad dərsləri keçirilib. Təlimlərdə iştirak etmiş 33 layihədən 10 ən yaxşı layihə final mərhələsinə adlayıb, onların arasından isə ilk 3 yerin sahibləri seçilib. "Entertprise Azerbaijan" 
I yerin qalibi olmuş "Abroadventure" komandasının üzvlərinin Nevada Universitetində I2B təlimlərdə iştirak etmək üçün ABŞ-yə səfərini təşkil edib.  
İlin sonunda "Enterprise Azerbaijan" növbəti "Startup School" layihəsinin keçiriləcəyinə dair elan paylaşıb. İlkin reaksiyalar bu layihəyə də marağın böyük olacağını göstərir. "Startup School - 2"nin əsas devizi "AI for Karabakh"dır (Qarabağ üçün süni intellekt). Bu layihənin gerçəkləşməsi üçün "Enterprise Azerbaijan" öz partnyorlarının siyahısına Alman Süni İntellektin Araşdırma Mərkəzini də əlavə edib. Layihədə məqsəd yerli startapları inkişaf etdirməklə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı qarşıya çıxa biləcək çağırışların süni intellekt vasitəsilə həllinə nail olmaq, Azərbaycanda gənclərin texnologiya savadını inkişaf etdirməklə insan resurslarının inkişafına töhfə verməkdir.

 

İİTKM "Metaverse"də də mövcuddur

 

Müasir trendləri yaxından izləyən və ən son texnologiyaları öz fəaliyyətində tətbiq etməyə çalışan İİTKM metareallıqdan da yan keçməyib. Hələ ilin əvvəlində mərkəzin operatoru olduğu "Azexport" portalı və Rəqəmsal Ticarət Qovşağının "MTradeVerse" platformasında virtual reallıq formatında rəqəmsal inzibati binası hazırlanıb. İnteraktiv avatarlara və süni intellektə uyğun fərdiləşdirilə bilən bu platforma Azərbaycanın metareallıqda təqdim olunan ilk dövlət xidməti kimi tarixə düşüb. Bir faktı qeyd edək ki, "McKinsey"nin hesabatına əsasən, 2030-cu ilə kimi metasahənin 5 trilyon ABŞ dollarına qədər genişlənəcəyi gözlənilir. 2023-cü ilin sonunda isə mərkəz metareallıqda mövcudluğunu bir qədər də genişləndirərək, "Azexport"un təşəbbüsü ilə "MTradeVerse"də regionun ilk virtual sərgi və konfrans məkanını istifadəyə verib. Virtual məkan zamandan və məkandan asılı olmadan dünyanın istənilən nöqtəsindən istifadəyə açıq olmaqla "Made in Azerbaijan" brendli məhsulları daha geniş auditoriyaya çatdırmağa xidmət edir.
İİTKM Azərbaycanın və regionun ən sanballı beyin mərkəzlərindən biri kimi 2023-cü ildə də intellektual məhsul ortaya qoymağa davam edib. Mərkəz il ərzində 9 kitab - monoqrafiya, dərslik, dərs vəsaiti və tədris proqramı təqdim edib. Sadəcə türk dünyasının iqtisadi mənzərəsinin canlandırıldığı "Türk dövlətləri iqtisadiyyatı" kitabının yazılmasında yeddi türk dövlətinin iqtisadi tədqiqatlar sahəsində tanınmış 35-dən artıq alimi iştirak edib. Eləcə də "Rəqəmsal iqtisadiyyat",  "İslam maliyyə sistemi və Azərbaycanda perspektivləri", "Heydər Əliyev və Azərbaycanın kənd təsərrüfatı", "İnnovasiya və sahibkarlıq: startap ekosistemi" kitablarının ərsəyə gəlməsi üçün mərkəzin əməkdaşları ilə yanaşı, digər yerli və xarici qurumların əməkdaşlarının da yaxından iştirakı təmin olunub. 

 

Qeyri-neft-qaz ixrac coğrafiyası genişlənir, biznes mühiti yaxşılaşır

 

İİTKM qeyri-neft sektorunun inkişafı istiqamətində fəaliyyətini yola saldığımız ildə də davam etdirib. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinə 2023-cü ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslər tərəfindən 1564 dəfə müraciət daxil olub. Ümumilikdə, 3607 ədəd sertifikat verilib. Hesabat dövrü ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə 242,9 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. Mərkəz vasitəsilə qeyri-neft məhsullarının aylıq ixracında ən yüksək göstərici noyabr ayında 42 milyon ABŞ dolları olaraq qeydə alınıb. Üstəlik, "Azexport"un xətti ilə 46 adda məhsula birillik "Sərbəst satış" sertifikatı verilib. Bundan başqa, "azexport.az" portalı üzərindən ölkədaxili çatdırılma xidməti istifadəyə verilib. 
Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün çalışan Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya ötən il də aktiv fəaliyyət göstərib. Bunu komissiyanın internet portalı olan "www.azranking.az"da da görmək mümkündür. Komissiyanın işçi qrupları müntəzəm şəkildə iclaslar keçirib və beynəlxalq indekslər nəzərə alınmaqla vacib qərarlar qəbul edib. Həmçinin ötən il azranking.az portalı yenilənib və funksionallığı artırılıb, sahibkarlar üçün "Elektron məlumatlandırma sistemi" yaradılıb.
2023-cü ildə İİTKM beynəlxalq və regional əməkdaşlıqlara da xüsusi önəm verib. Ötən il ərzində İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Tədris Mərkəzi, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu, Pakistan Xarici Əlaqələr Şurası ilə anlaşma memorandumları imzalanıb. Bu sənədlər İİTKM-ə daha genişmiqyaslı layihələr həyata keçirməyə, beynəlxalq tədqiqat təcrübəsini artırmağa, həmçinin Azərbaycanla bağlı reallıqları daha geniş platformalarda təbliğ etməyə imkan verir. Hesabat ili ərzində mərkəzin əməkdaşları ABŞ, Çin, Fransa, Almaniya, Yaponiya, Türkiyə, Polşa, Estoniya, Macarıstan və Qazaxıstanda keçirilmiş beynəlxalq konfrans və tədbirlərdə iştirak ediblər, işgüzar görüşlər keçiriblər.

 

Türk dövlətlərinin ümumi inkişafı ilə bağlı araşdırmalar davam etdirilib

 

İİTKM-in nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzi (TDAM) də ötən il çox məhsuldar işləyib. Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə sıx əməkdaşlıq quran TDAM 35 müəllifli "Türk dövlətləri iqtisadiyyatı" kitabını da bu əməkdaşlığın nəticəsi kimi ortaya qoyub. Kitabın Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstanda geniş təqdimatları keçirilib. İİTKM-də keçirilmiş təqdimatda TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev şəxsən iştirak edib. Bundan başqa, TDAM Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə türk dünyasının interaktiv geoiqtisadi xəritəsinin hazırlanması təklifini verib və bu təklif böyük razılıqla qarşılanıb. Hazırda bu xəritənin hazırlanması üzərində işlər davam etdirilir. Eyni zamanda TDAM-ın da aktiv təşəbbüskarlığı ilə TDT və Türk Akademiyasının nəzdində İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsi təsis olunub və bu çərçivədə Ankarada "Türk İqtisadiyyatları 2023: Rəqəmsal Ticarət və İnvestisiya Hesabatı" təqdim olunub. Bundan başqa, Qazaxıstan və Macarıstanda keçirilmiş bir çox konfransda TDAM-ın aktiv iştirakı təmin olunub.

 

Kommunikasiyanın qovşağı

 

İİTKM 23 internet resursu ilə həm mərkəzin fəaliyyəti, həm də Azərbaycanda qeyri-neft-qaz sektorunda əldə olunmuş nailiyyətlər barədə Azərbaycan ictimaiyyətini müntəzəm şəkildə məlumatlandırmağa davam edib. Mərkəzin istifadə etdiyi kommunikasiya platformalarına "Facebook", "X", "Instagram", "LinkedIn", "Telegram" və "YouTube" kimi dünyanın əsas sosial şəbəkələri daxildir. Mərkəzin rəsmi internet saytları da il ərzində aktivliyini qoruyub saxlayıb. İİTKM-in kommunkasiya komandası Azərbaycanın yerli televiziya kanalları, xəbər saytları və qəzetlərinin imkanlarından istifadə edərək, il ərzində ümumilikdə 320-dən çox xəbərin yayılmasını təmin edib.
İİTKM yalnız ictimai-publisistik müstəvidə deyil, yerli və xarici elm platformalarında da aktiv iştirak edib. 2023-cü il ərzində mərkəzin əməkdaşlarının yerli elmi jurnallarda 20-dən artıq elmi məqaləsi dərc edilib. İngiltərə, Kanada, Türkiyə, Çexiya və Rusiya başda olmaqla, xaricdə dərc olunmuş elmi məqalələrin sayı isə 10-dək olub.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!