28 Sentyabr 2026 12:10
126
SİYASƏT
A- A+
İnvestisiya siyasətində yeni mərhələyə keçən Azərbaycanın iqtisadi potensialı və gələcək inkişaf prioritetləri  

İnvestisiya siyasətində yeni mərhələyə keçən Azərbaycanın iqtisadi potensialı və gələcək inkişaf prioritetləri  


II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qarşıdakı dövrdə iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərini aydın şəkildə ortaya qoyur. Çıxışın əsas məğzi ondan ibarətdir ki, ölkənin formalaşdırdığı sabit iqtisadi, maliyyə və infrastruktur bazası yeni investisiya mərhələsinə keçid üçün mühüm imkanlar yaradır. Son 20 ildə 350 milyard ABŞ dollarından çox investisiyanın cəlb olunması, bunun təxminən yarısının birbaşa xarici investisiyalar olması Azərbaycanın beynəlxalq investorlar üçün formalaşdırdığı iqtisadi mühitin miqyasını göstərən əsas göstəricilərdən biridir.

Bu yanaşmada diqqət çəkən əsas məqamlardan biri iqtisadiyyatın şaxələndirilməsinin prioritet kimi müəyyənləşdirilməsidir. Neft-qaz sektoru Azərbaycanın iqtisadiyyatında və ixracında mühüm rolunu qorusa da, uzunmüddətli və dayanıqlı inkişaf üçün qeyri-neft sektorunun potensialından daha geniş istifadə edilməsi zərurəti ön plana çəkilir. Bu baxımdan bərpaolunan enerji, logistika, nəqliyyat, mədənçilik, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və süni intellekt kimi istiqamətlər yeni investisiya mərhələsinin əsas sahələri kimi təqdim olunur.

Xüsusilə enerji sektorunda qarşıya qoyulan hədəflər Azərbaycanın yalnız ənənəvi enerji ixracatçısı deyil, gələcəkdə elektrik enerjisi və yaşıl enerjinin regional təchizatçılarından birinə çevrilmək niyyətini göstərir. Xəzərin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialının mövcudluğu, quruda günəş və külək elektrik stansiyalarının fəaliyyət göstərməsi, yeni ötürücü xətlərin yaradılması bu istiqamətdə geniş imkanların olduğunu göstərir. Bərpaolunan enerjinin inkişafı, enerji saxlanması və elektrik enerjisinin ixracı həm iqtisadi şaxələndirməyə, həm də Azərbaycanın regional enerji təhlükəsizliyində rolunun genişlənməsinə xidmət edə bilər.

Digər strateji istiqamət Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsidir. Ölkənin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi geosiyasi və iqtisadi dəyişikliklər fonunda əlavə imkanlar yaradır. Həmçinin, çıxışda bu il Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin 16 milyon tona çatacağı, 2030-cu ilədək isə bu göstəricinin 25 milyon tona və daha yüksək səviyyəyə çatdırılmasının hədəfləndiyi qeyd olunur. Bu baxımdan nəqliyyat infrastrukturu ilə yanaşı, gömrük inzibatçılığının, rəqəmsal idarəetmənin və multimodal daşımaların inkişafı investisiya mühitinin mühüm elementlərinə çevrilir.

İnfrastruktur məsələsi artıq yalnız yolların, limanların və dəmir yollarının qurulması ilə məhdudlaşmır. Yeni mərhələdə rəqəmsal infrastruktur, elektrik ötürücü xətlər, enerji saxlanc sistemləri və fiber-optik şəbəkələr də iqtisadi inkişafın vacib komponentləri kimi çıxış edir. Xəzər dənizinin dibi ilə Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirəcək kabel layihəsi, eləcə də Azərbaycan-Gürcüstan-Rumıniya istiqamətində nəzərdə tutulan Qara dəniz elektrik kabeli ölkənin enerji və rəqəmsal bağlantılarının beynəlxalq miqyasını genişləndirə biləcək layihələr sırasında göstərilir.

Forumda səsləndirilən fikirlərdən biri də Azərbaycanın rəqəmsal transformasiya və süni intellekt sahəsində yeni imkanlardan istifadə etmək niyyətidir. Enerji potensialının data mərkəzlərinin inkişafına yönəldilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Lakin burada əsas məsələ yalnız texniki infrastrukturun yaradılması deyil, həmin infrastrukturu idarə edə biləcək insan kapitalının formalaşdırılmasıdır. 

İnvestisiya mühitinin digər mühüm dayağı maliyyə və makroiqtisadi sabitlikdir. Çıxışda valyuta ehtiyatlarının xarici borcu əhəmiyyətli dərəcədə üstələməsi, dövlət borcunun aşağı səviyyəsi və manatın məzənnəsinin uzun müddət sabit qalması investorlar üçün proqnozlaşdırılan iqtisadi mühitin əsas elementləri kimi təqdim edilir. Eyni zamanda, uzunmüddətli müqavilələrə sadiqlik Azərbaycanın etibarlı tərəfdaş imicinin formalaşmasına təsir edən amillərdən biri kimi göstərilir.

Burada mühüm məqam ondan ibarətdir ki, investisiya siyasəti yalnız xarici kapitalın cəlb edilməsi kimi deyil, həm də texnologiya, idarəetmə təcrübəsi və insan kapitalının ölkəyə gətirilməsi vasitəsi kimi nəzərdən keçirilir. Neft-qaz sektorunda əvvəlki dövrlərdə xarici mütəxəssislərin üstünlük təşkil etməsinə baxmayaraq, sonrakı mərhələdə Azərbaycan vətəndaşlarının həmin şirkətlərdə yüksək vəzifələrə yüksəlməsi bu yanaşmanın uzunmüddətli nəticələrindən biri kimi təqdim edilir. Xaricdə təhsil proqramlarının da insan kapitalının formalaşdırılmasına töhfə verdiyi qeyd olunur.

Bununla yanaşı, çıxışda iqtisadiyyatın şaxələndirilməsi qarşısında duran əsas çağırış da açıq şəkildə göstərilir. Qeyri-neft sektorunun ÜDM-də payının 70 faizdən çox olmasına baxmayaraq, ixracın 90 faizdən çoxunun hələ də neft-qaz sektorunun payına düşməsi iqtisadi diversifikasiyanın növbəti mərhələsində ixrac strukturunun dəyişdirilməsini mühüm vəzifəyə çevirir. Deməli, əsas məqsəd təkcə qeyri-neft sektorunun böyüdülməsi deyil, onun beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi olmalıdır.

Ərzaq təhlükəsizliyi də yeni investisiya imkanları sırasında xüsusi yer tutur. Su qıtlığı, quraqlıq, təchizat zəncirlərində yaranan problemlər və qlobal ərzaq bazarlarında qeyri-müəyyənlik kənd təsərrüfatının strateji əhəmiyyətini artırır. 

Ümumilikdə, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın investisiya siyasətində yeni mərhələnin konturlarını müəyyənləşdirir. Əvvəlki mərhələdə əsas diqqət enerji gəlirlərinin iqtisadi və infrastruktur bazasının yaradılmasına yönəldiyi halda, yeni mərhələdə həmin bazadan istifadə etməklə texnologiya, yaşıl enerji, logistika, rəqəmsal iqtisadiyyat, mədənçilik, kənd təsərrüfatı və insan kapitalına əsaslanan inkişaf modelinin gücləndirilməsi ön plana çıxır.

Bu yanaşmanın dövlət maraqları baxımından əhəmiyyəti ondan ibarətdir ki, investisiya siyasəti iqtisadi gəlirlərlə yanaşı, Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyində, regional bağlantılarda, texnoloji inkişafda və insan kapitalının formalaşdırılmasında rolunu genişləndirə bilər. Qarşıdakı dövrdə əsas məsələ mövcud potensialın real investisiya layihələrinə çevrilməsi, qeyri-neft ixracının artırılması və Azərbaycanın regional iqtisadi əlaqələrdə daha yüksək əlavə dəyər yaradan mövqeyə yüksəldilməsidir.

Prezident İlham Əliyevin forumdakı çıxışı məhz bu baxımdan yalnız mövcud iqtisadi göstəricilərin təqdimatı deyil, Azərbaycanın növbəti inkişaf mərhələsində hansı sahələrə kapital, texnologiya və insan resurslarının yönəldilməli olduğuna dair strateji çərçivə kimi qiymətləndirilə bilər. Azərbaycanın əsas üstünlükləri - siyasi və iqtisadi sabitlik, enerji potensialı, əlverişli coğrafi mövqe, inkişaf etmiş infrastruktur və formalaşmaqda olan insan kapitalı yeni investisiya imkanlarının əsasını təşkil edir.


Vasif Qafarov,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnvestisiya siyasətində yeni mərhələyə keçən Azərbaycanın iqtisadi potensialı və gələcək inkişaf prioritetləri  

12:10
28 Sentyabr

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir  

12:10
28 Sentyabr

Vətən müharibəsinin xronikası: 28 sentyabr

12:08
28 Sentyabr

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb

12:05
28 Sentyabr

Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib    

11:47
28 Sentyabr

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

11:45
28 Sentyabr

Son iki gündə 99 cinayətin açılması təmin edilib  

11:43
28 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər 

11:39
28 Sentyabr

ASCO bərələri ilə avtotexnika daşımaları artıb

11:38
28 Sentyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

11:29
28 Sentyabr

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam  

11:28
28 Sentyabr

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

11:25
28 Sentyabr

Qızıl 107 dollar ucuzlaşıb

11:23
28 Sentyabr

Birjalarda neft bahalaşıb

11:11
28 Sentyabr

28 Sentyabr Ümumdünya İnformasiya Əldə Etmək Azadlığı Günüdür  

10:56
28 Sentyabr

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

10:37
28 Sentyabr

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub  

10:03
28 Sentyabr

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

09:47
28 Sentyabr

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

09:26
28 Sentyabr

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

07:27
28 Sentyabr

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

07:10
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!