26 May 2013 01:05
565
Oxucu məktubları
A- A+
«İnşaatçılar» metro stansiyası qarşısındakı avtomobil tıxacı nə zaman aradan qaldırılacaq?

«İnşaatçılar» metro stansiyası qarşısındakı avtomobil tıxacı nə zaman aradan qaldırılacaq?

 

Bu sual həm sürücüləri, həm də piyadaları düşündürür

 

Bakı küçələrindəki avtomobil tıxacları və ya hərəkət sıxlığı günümüzün aktual  mövzularındandır. Problemin həlli yolları aranmaqda, bunun üçün külli miqdarda vəsait xərclənməkdədir. Amma bəzən yoldan istifadə edənlərin ən adi qaydalara etinasız yanaşması, nəzarət edənlərin isə xaosla "barışması" məsələnin həllini çətinləşdirir. 

Şərifzadə küçəsi ilə gedib-gələnlər illərdir ki, adi bir səhnənin şahididirlər: günün istənilən saatında "İnşaatçılar" metro stansiyasının qarşısından keçən yolun təxminən 50-100 metrlik hissəsində sıxlıq, bəzən isə tıxac  müşahidə olunur. Yenidən abadlaşdırılaraq qurulmuş geniş, rahat, ikitərəfli və çoxzolaqlı yol  metro stansiyasının qarşısında keçilməz  dar bir "boğaz"a dönür. Səbəb isə absurd sayılacaq qədər bəsit, eyni zamanda məntiqəsığmazdır: təyinatından asılı olmayaraq  metro stansiyası ətrafında hər iki hərəkət istiqamətində yolun kənarında minik avtomobillərinin 1-2 cərgəsi saxlanılır; bundan sonra isə dayanacaqlara yan almaq istəyən marşrut avtobusları boş qalan iki zolağı səkiyə dirənən avtomobillərin arxasınca  zəbt etmək məcburiyyətində qalır. 4-5 zolaqla gələn axın tək bir - ən kənar sol zolağın ümidinə qalır. Bəzən avtobus sürücülərinin bu zolaqda belə sərnişin mindirib-düşürməkdən başqa yolları qalmır. Nəticədə yaranan tıxaclar hərəkəti iflic edir. Halbuki bütün bu xoşagəlməz hallar heç də zərurətdən yaranmır. Məsələ burasındadır ki, metronun hər iki tərəfində göy-göyərti, meyvə-tərəvəz satanların şıdırğı alveri gedir, buralar, bir növ, qeyri-rəsmi bazar titulunu qazanıb. Yolu zəbt edənlərin bir qismi də, çox güman ki, bura bazarlığa düşənlərdir. 

Minik avtomobilləri dayanma-saxlama qaydalarına əməl etsə, yolun kənarlarını zəbt etməsə, avtobuslar dayanacaqda səliqə ilə dayanar, tıxaclara səbəb olmaz. Əgər əlaqədar təşkilatların əməkdaşları vəzifə səlahiyyətlərini dolğun həyata keçirsələr, müşahidə kameralarının görüntülərindəki qayda pozucuları yol polisi tərəfindən daha ciddi intizama dəvət olunsalar, çox güman ki, yolun təhlükəsizliyi təmin edilər, sürücülərin, sərnişinlərin və piyadaların əsəbləri mənasız yerə pozulmaz, yol qəzaları üçün riskli anlar yaşanılmaz. 

Onu da nəzərə alaq ki, "İnşaatçılar" metrosunun yanındakı tıxac həngamələrinin düz "episentr"ində  qurulan videomüşahidə kameraları dəstinin "göz"ləri önündə sadaladığımız hadisələr dramatik bir gərginliklə aramsız olaraq neçə ildir ki, davam edir.  Bəlkə bu kameralar işlək deyil, yox, əgər fəaliyyətdədirsə, niyə illər boyu izlənilən biabırçılığa son qoymaq üçün əməli tədbirlər görülmür?

 

Elxan QƏNBƏRLİ,

Bakı şəhəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!