07 İyul 2026 19:05
129
SİYASƏT
A- A+
İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 


Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma strategiyası regional və qlobal miqyasda yeni bir şəhərsalma modelinin əsasını qoyur. İşğaldan azad edilmiş ərazilərdə sıfırdan tətbiq olunan "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları, müasir nəqliyyat və logistika infrastrukturu qlobal memarlıq və mühəndislik elminin diqqət mərkəzindədir. Bakıda 187 ölkənin iştirakı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Qarabağın iqtisadi və mədəni dirçəlişinin bütün aspektləri ilə müzakirə edilməsi bu inkişaf modelinə beynəlxalq marağın daha bir bariz göstəricisidir. Bu tarixi və elmi prosesdə Türk dünyasının zəngin mühəndislik təcrübəsinin tətbiqi və mədəni irsin qorunması xüsusi strateji əhəmiyyət daşıyır.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT Platformasının üzvü, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Baş katibi İlyas Demirci AZƏRTAC-a müsahibəsində Qarabağın yenidən inşasında dayanıqlı şəhərsalma, ortaq texniki standartlar, tarixi irsin müasir memarlıqla uzlaşdırılması və bölgənin Türk dünyası üçün mühəndislik platformasına çevrilməsi perspektivlərindən danışıb. Müsahibəni təqdim edirik.

- Agentliyimizə daha əvvəl verdiyiniz müsahibədə Qarabağla bağlı layihələrinizin olduğunu bildirmişdiniz. Həmin layihələr əsasən hansı sahələri əhatə edir? Bu istiqamətdə bu günə qədər hansı işlər həyata keçirilib?

- Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq Qarabağ məsələsinə təkcə yenidənqurma nöqteyi-nəzərindən deyil, tarix, mədəniyyət, şəhərsalma, mühəndislik və beynəlxalq hüquq müstəvilərini əhatə edən bütöv bir yanaşma ilə baxırıq.

Bu çərçivədə, hələ 2016-cı ildə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə ithafən təşkil etdiyimiz Beynəlxalq Layihə Olimpiadasında Qarabağda dağıdılmış mədəni irs beynəlxalq ictimaiyyətin gündəminə daşınmış, UNESCO nəzdində beynəlxalq mexanizmlərin işə salınması, mədəni irsə dəymiş ziyanın müəyyənləşdirilməsi və hüquqların təmin olunması ilə bağlı çağırış edilmişdi. O dövrdə irəli sürülən bu yanaşma bu gün Qarabağın yenidən dirçəliş prosesində özünün nə dərəcədə düzgün və uzaqgörən olduğunu aydın şəkildə nümayiş etdirir.

Digər tərəfdən, baş qərargahı Bakıda yerləşən Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Birliyimizin əməkdaşlığı ilə Qarabağın tarixi şəhər toxumasının qorunmasına həsr olunmuş beynəlxalq konfranslar təşkil etdik. Bununla yanaşı, "Şəhər və Mədəniyyət" mövzusunda keçirilən beynəlxalq ədəbiyyat müsabiqələri vasitəsilə Qarabağın mədəni yaddaşının yaşadılmasına da töhfə verdik.

Bundan əlavə, iki ildən bir təşkil etdiyimiz Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultaylarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşəbbüsü ilə “Qədim Qarabağ və Müasir Qarabağ” mövzusunda elmi-texniki müzakirələr apardıq. Son olaraq, Bakıda 187 ölkənin iştirakı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində yaradılan pavilyonlarda Qarabağın yenidən qurulması prosesində tətbiq ediləcək məkan planlaşdırılması, şəhər transformasiyası, nəqliyyat infrastrukturu və davamlı şəhərsalma modelləri geniş müzakirə olundu.

Qırx dörd günlük Vətən müharibəsindən sonra isə Birliyimizin İdarə Heyətinin üzvü olan "PROYAPI Mühendislik ve Müşavirlik A.Ş." başda olmaqla üzvlərimiz Qarabağda məsləhətçi xidmətlərinin göstərilməsi, nəqliyyat və infrastruktur layihələrinin hazırlanması və icrasında fəal iştirak edib, türk mühəndislik təcrübəsinin praktikada tətbiqinə mühüm töhfələr veriblər.

- Ümumilikdə Qarabağda aparılan şəhərsalma və yenidənqurma işlərini necə qiymətləndirirsiniz? Bu sahədə Türk dünyası ölkələri arasında hansı növ əməkdaşlıqlar inkişaf etdirilə bilər?

- Qarabağda aparılan yenidənqurma işlərini müasir şəhərsalma prinsipləri ilə milli və mədəni kimliyin vəhdətinin nümunəvi bir inkişaf modeli kimi qiymətləndiririk. Qısa müddət ərzində nəqliyyat infrastrukturundan enerjiyə, “Ağıllı kənd” layihələrindən yeni yaşayış məskənlərinə qədər çox mühüm məsafələr qət edilib.

Bununla yanaşı, Qarabağın yenidən qurulması təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq uğurudur. Burada tətbiq olunan hər bir mühəndislik təcrübəsi gələcəkdə türk dövlətlərində həyata keçiriləcək oxşar layihələr üçün mühüm təcrübə bazası formalaşdırır.

Türk dünyası ölkələri arasında ortaq şəhərsalma standartlarının hazırlanması, birgə mühəndislik layihə qruplarının yaradılması, akademik tədqiqatların artırılması, gənc mühəndis və memarlar arasında mübadilə proqramlarının tətbiq edilməsi və ortaq texniki məlumat bazalarının qurulması böyük əhəmiyyət kəsb edir.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq bu əməkdaşlıqları təsisatlandırmağı və ortaq mühəndislik baxışını gücləndirməyi əsas hədəflərimizdən biri kimi görürük.

- Qarabağın yenidən qurulması prosesinin Türk dünyası baxımından ortaq bilik, təcrübə və mühəndislik potensialı formalaşdırmaq imkanlarını necə dəyərləndirirsiniz? Bu proses gələcəkdə birgə layihələr üçün bir model ola bilərmi?

- Şübhəsiz ki, Qarabağ bu gün Türk dünyasının ortaq mühəndislik laboratoriyası statusundadır. Burada əldə edilən bilik və təcrübələr təkcə Azərbaycan üçün deyil, gələcəkdə Türk dünyasının müxtəlif coğrafiyalarında həyata keçiriləcək şəhərsalma, nəqliyyat, infrastruktur və fəlakət sonrası bərpa layihələri üçün mühüm istinad mənbəyi olacaq.

Birliyimiz tərəfindən təşkil olunan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma qurultaylarında Qarabağ daim əsas gündəm maddələrindən biri olub, texniki hesabatlar hazırlanıb və ortaq mühəndislik baxışı inkişaf etdirilib. Xüsusilə "Qədim Qarabağ ilə Müasir Qarabağın birgə yaşadılması" yanaşması, sadəcə fiziki tikililərin deyil, şəhər kimliyinin də qorunmasını əsas götürür.

Qarabağ təcrübəsinin gələcəkdə Türk Dövlətləri Təşkilatının çətiri altında birgə mühəndislik layihələri, texniki standartlar, şəhərsalma modelləri və peşəkar əməkdaşlıqlar baxımından nümunə olacağına inamımız tamdır.

- Qarabağın yenidən qurulmasında tarixi və mədəni irsin qorunması ilə müasir şəhərsalma yanaşmasının balanslı şəkildə uzlaşdırılmasını necə qiymətləndirirsiniz? Bu mövzuda beynəlxalq peşəkar qurumların töhfəsi sizcə nə ola bilər?

- Fikrimcə, şəhər, sadəcə yollardan, binalardan və infrastrukturdan ibarət deyil. Şəhər öz yaddaşı, mədəniyyəti, memarlığı və sivilizasiya irsi ilə məna qazanır. Bu səbəbdən Qarabağın yenidən qurulmasında tarixi və mədəni irsin qorunması ilə müasir şəhərsalma layihələrinin paralel şəkildə aparılması böyük önəm daşıyır.

Azərbaycanın bu məsələdə nümayiş etdirdiyi həssaslığı məmnuniyyətlə izləyirik. Tarixi abidələrin orijinal görkəminə uyğun şəkildə bərpası ilə müasir həyatın tələblərinə cavab verən yeni şəhərsalma anlayışının birlikdə tətbiq edilməsi dünyaya nümunə ola biləcək bir yanaşmadır.

Beynəlxalq peşəkar qurumlar da bu prosesdə siyasi yanaşmalardan uzaq, elmi və texniki əsaslara söykənən töhfələr verməlidirlər. Restavrasiya standartlarının təkmilləşdirilməsi, mədəni irsin sənədləşdirilməsi, birgə elmi tədqiqatların aparılması və beynəlxalq texniki bilik mübadiləsi bu töhfələrin başında gəlir.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyi olaraq Qarabağın yenidən qurulmasını, sadəcə bir şəhərsalma layihəsi deyil, Türk dünyasının ortaq mədəniyyət mirasının yenidən ayağa qaldırılması kimi görürük. Bu prosesin uğurla tamamlanması gələcəkdə birgə mühəndislik və şəhərsalma layihələri üçün ilham mənbəyi olacaq və bu yolda güclü bir model formalaşdıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

4SİM-in proqramı çərçivəsində 80 prioritet texnoloji həll seçilib

20:06
07 İyul

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub

20:03
07 İyul

Azərbaycan və Zimbabve siyasi dialoq və parlamentlərarası əməkdaşlığı genişləndirmək niyyətindədir

19:47
07 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:43
07 İyul

Azərbaycan-ABŞ strateji tərəfdaşlığının inkişaf perspektivləri müzakirə olunub

19:35
07 İyul

Milli Məclisin komitəsində sığorta, innovasiya və rəqəmsal iqtisadiyyatla bağlı dəyişikliklərə baxılıb

19:10
07 İyul

İlyas Demirci: Qarabağdakı şəhərsalma təcrübəsi Türk dünyası üçün istinad mənbəyi olacaq 

19:05
07 İyul

Avropadakı qaz anbarlarının doluluq nisbəti ötənilki göstəricidən 8,3 faiz azdır

19:00
07 İyul

Daha 30 ukraynalı uşaq reabilitasiya məqsədilə ölkəmizə gətirilib

18:55
07 İyul

Donald Tramp Rusiya və Ukrayna prezidentlərinin razılıq əldə etmək istədiklərini açıqlayıb

18:50
07 İyul

Gənclər Kitabxanasında “Türk Dünyası Həftəsi” adlı elektron resurs bazası istifadəçilərin ixtiyarına verilib

18:47
07 İyul

İsrailli politoloq: Prezident İlham Əliyev cavabdehlik daşıyan siyasətçi imici formalaşdırmağa nail olub

18:44
07 İyul

Özbəkistanlı ekspert:Orta Dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazın daha sıx inteqrasiyasına şərait yaradır

17:49
07 İyul

Dövlət İdarəçilik Akademiyasında “Məzun günü” qeyd olunub

17:45
07 İyul

Daha iki qanun layihəsi parlamentin iclasına tövsiyə edilib

17:44
07 İyul

Sinqapurun xarici işlər naziri Azərbaycanın azad edilmiş ərazilərindəki bərpa işləri barədə məlumatlandırılıb

17:03
07 İyul

Bu il 19 nəfər sudaboğulma təhlükəsindən xilas edilib

16:59
07 İyul

Ankarada Ərdoğanla Tramp arasında görüş keçirilir

16:59
07 İyul

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

16:56
07 İyul

Valideyn himayəsindən məhrum uşaqlar üçün “Karyera düşərgəsi”nə start verilib

16:53
07 İyul

Ərdoğan-Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq?

16:51
07 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!