26 Yanvar 2019 01:31
1171
SİYASƏT
A- A+
İlham Əliyevin siyasi alternativsizliyi birmənalı rəydir

İlham Əliyevin siyasi alternativsizliyi birmənalı rəydir


YAP-ın Gənclər Birliyinin hər hansı rayon təşkilatı birləşmiş müxalifətin mitinqindən daha əzəmətli tədbir təşkil edə bilər


İllərdir antiazərbaycançı şəbəkənin verdiyi qəpik-quruş qarşılığında ara qarışdıran və hər cür naxələfliyə razılıq verən bir qrup "qrantyeyən”in son günlərdə "aktivlik” nümayiş etdirməsi heç də təəccüblü deyil.

Düzdür, adətən belə hallara Azərbaycanda mühüm ictimai-siyasi proseslər ərəfəsində rast gəlinirdi. Deyəsən, antiazərbaycançı şəbəkə ölkə daxilindəki buyruq qullarının iflic durumunda olduğunu görüb "kisəsinin ağzını açıb”. Ancaq aqressiv müxalifətin yeni tapşırıqları hansı formada icra etməsi xaricdəki havadarlarını heç də razı salmayıb. Çünki ötən həftə keçirilən mitinq, dağıdıcıların zəifliyini, cəmiyyət tərəfindən dəstəklənmədiyini bir daha nümayiş etdirdi.

Görünən odur ki, dövlətimizin son illərdəki uğurlarını həzm edə bilməyən antiazərbaycançı şəbəkə müsəlman aləmində öz abadlığı və azadlığı, rahatlığı və sabitliyi, dincliyi və tolerantlığı, multikulturallığı ilə seçilən Azərbaycanda yenə aranı qarışdırmağa, məkrli niyyətini "işə salmağa” çalışır. Ancaq antimilli şəbəkənin və daxildəki "sapı özümüzdən olan baltalar”ın çirkin oyunları hər zamankı kimi iflasa məhkumdur.

Son günlərdə dağıdıcı müxalifət düşərgəsində qrant xatirinə vətənsatma "sevdası” yenə baş qaldırıb. Dağıdıcılar sosial şəbəkələrdə, internet resurslarında keçirdikləri mitinqi elə təqdim edirlər ki, guya "birləşmiş müxalifət”in "Məhsul” stadionunda keçirdiyi mitinqdə qələbəlik yaşanıb. Halbuki mitinq təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqət çəkib.

25 ildən çoxdur ki, dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri yenidən təkrarlandı. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Bu gün özlərini milli təəssübkeş, demokratiya carçıları kimi qələmə verənlər gənc nəsli çaşdırmağa çalışırlar. Onlar vaxtilə törətdikləri əməllərin unudulduğunu düşünürlər. Amma tarix unudulmur. 1990-cı illərin əvvəllərində AXC-Müsavat iqtidarının nümayəndələrinin parlamentdə, mediada çıxışlarında bir-birinə qarşı ittihamları, yol verilmiş ciddi səhvləri, korrupsiya, rüşvətxorluq, xəyanət və s. barədə açıqlamalarını hər kəs yaxşı xatırlayır. Ümumiyyətlə, cəmiyyət belə məsələləri unutmamalı, gənc nəsil xarici güclərin dəstəyi ilə hakimiyyət iddiasını reallaşdırmaq istəyənlərin keçmişi haqqında həqiqətləri bilməlidir. Bu insanlar normal, sivil qaydada tədbir keçirmək, ictimaiyyətə öz fikirlərini, ideyalarını çatdırmaq qabiliyyətində deyillər. Çünki hələ də 1990-cı illərin qaraguruhçuluq ab-havası ilə yaşayırlar.

Son aksiya yalnız yerli "təşəbbüslərlə” başa gəlməmişdi. Xaricdəki bloqerlər mitinqə çağırış edirdilər və beləliklə, bu, Azərbaycanın klassik küçə-meydan müxalifətinin xaricə sığınan antimilli ünsürlər ilə birlikdə təşkil etdiyi "ortaq tədbir” idi. Ortaya çıxardıqları isə göz önündə idi - 2800 nəfər.

Əminliklə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin hər hansı rayon təşkilatı birləşmiş müxalifətin mitinqindən daha əzəmətli tədbir təşkil edə bilər. Bu, dəfələrlə sübut olunub.

Son mitinqdə əvvəlki aksiyalarda yaşanan analoji hal baş verdi. Hər zaman şəxsi ambisiyaları üzündən bir araya gələ bilməyən AXCP sədri Əli Kərimli vaxtilə İsa Qəmbərin etdiyi kimi davranaraq "birləşmiş” müxalifətin birgə ərsəyə gətirdiyi aksiyanı öz adına çıxmaq istədi. Bu davranış isə "düşərgədə” yeni gərginliyin əsasını qoydu və bəzi təşkilatlar artıq AXCP-nin iştirak etdiyi aksiyalara qatılmayacaqlarını bəyan ediblər.

Bu, AXCP sədri Əli Kərimlinin köhnə peşəsi olduğu üçün heç də təəccüblü deyil. AXCP sədri bütün aksiyalarda bu taktikadan yararlanmaqla öz xeyrini güdür. Lakin xalqın gözü tərəzidir və kimin-kim olduğunu yaxşı bilir.

19 yanvar mitinqində daha bir fakt sübutunu tapdı. Hər kəs bir daha əmin oldu ki, AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət postunu zəbt etmiş şəxlər hələ də revanşizm ab-havasındadırlar və dağıdıcılıq, sabitliyin pozulması yolu ilə hakimiyyəti zəbt etmək niyyətindən əl çəkməyiblər. Çünki onların mitinqdəki çıxışları göstərdi ki, cəmiyyətə yeni, faydalı heç nə təklif edə bilmirlər. 25 ildən çoxdur dəyişməyən eyni simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar...

Bütün bunlar bir daha təsdiq edir ki, "beşinci kolon”nun üzvləri öz iddialarını reallaşdırmaq üçün Azərbaycanın Suriya, Liviyanın vəziyyətinə düşməsinə belə hazırdırlar. Çünki mitinqdən bir gün sonra, ümumxalq hüzn günündə, Şəhidlər xiyabanında yaratdıqları destruktiv, təfriqəçi olaylar müxalifətin əsl məkrini ortaya qoymuş oldu. Əli Kərimli və onun zombiləşmiş dəstəsi dünyanın diqqəti Azərbaycana yönəldiyi bir gündə, ümümxalq hüzn günündə belə, ölkədə qarışıqlıq yaratmağa çalışdılar. Yəqin ki, havadarlarından aldıqları tapşırıq belə imiş.

Bu cür uğursuz nəticəyə baxmayaraq, müxalifət yenə də mitinq keçirmək istəyir. Amma bu istək hər şeydən əvvəl, ölkədə hay-küy salmağa, sabitliyi pozmağa, xaricdəki ağalarının vasitəsi ilə ölkəmizə qarşı əsassız ittihamlar uydurulmasına şərait yaratmaq məqsədi güdür. Ona görə də müxalifətin bu cür lüzumsuz, sabitliyi pozmağa xidmət edən mitinqlərinin keçirilməsinə icazə verərkən bunlar nəzərə alınmalıdır. Yəni, reallıq onu deməyə əsas verir ki, yanvarın 19-20-si baş verənlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır.

Ehtimal etmək olar ki, Əli Kərimli və onun başıpozuq, marginallaşmış dəstəsi bunu hakimiyyətin qorxması kimi qələmə versin. Sual oluna bilər, hakimiyyət uzun müddət təbliğat aparıb, bütün güclərini səfərbər edib meydana cəmi 3 minə yaxın adam yığa bilən siyasətbazlardan niyə qorxmalı və çəkinməlidir ki?!

Görünür, Prezident İlham Əliyev rüşvət və korrupsiya ilə mübarizəni gücləndirdikcə, sistem xarakterli islahatlarının miqyasını genişləndirdikcə, Azərbaycan idarəetmə fəlsəfəsini dəyişdikcə, özlərini ona opponent hesab edənlər daha da aqressivləşir və mütəşəkkil şəkildə müqavimət göstərməyə çalışırlar. Ermənistanla danışıqların yeni intensiv mərhələyə daxil olması ərəfəsində güclü mövqedən çıxış edən Azərbaycanın daxilində qarşıdurma yaratmağa çalışan bu qrupların məqsədi nədir? Əlbəttə, onlar belə tapşırıq alırlar və canla-başla onu icra edirlər.

Tam reallıqdır ki, alətə çevrilən buqələmunlar Azərbaycan Prezidentinin son illərdəki uğurlu islahatlarının nəticələri ilə barışa bilmirlər. Sanki düşmən mövqedə dayanıblar. Prezident İlham Əliyevin son 15 ildə Azərbaycana qazandırdığı uğurlar göz önündədir. Hərtərəfli inkişaf, artan iqtisadiyyat və yüksələn beynəlxalq nüfuz Azərbaycanı dünyada etibarlı tərəfdaşa çevirib.

Bu gün dünya Azərbaycanı cənab İlham Əliyevə görə tanıyır. Hər il Davosda ənənəvi olaraq təşkil olunan Dünya İqtisadi Forumuna dəvət olunan dövlət başçısı Azərbaycanın inkişaf modelini təqdim edir və böyük dəstək qazanır. Dövlət başçısı kimi ilk dəfə 2007-ci ilin yanvarında Davos İqtisadi Forumunda iştirak edən Prezident İlham Əliyev 2019-ci ildə 13-ci dəfə bu mötəbər toplantıda oldu. Əlbəttə ki, cənab Prezidentin Davosda dövlət və hökumət başçıları, tanınmış beynəlxalq şirkət rəhbərləri ilə keçirdiyi görüşlər hər zaman ölkəmizə siyasi və iqtisadi dvidendlər qazandırıb.

Bütün bu nailiyyətlər Azərbaycanın dünya birliyindəki mövqeyini gücləndirdiyi təqdirdə müxalifət daha da aqressivləşir. Səbəb isə bəllidir. Bədniyyətli qüvvələr yaxşı anlayırlar ki, Azərbaycana tarixinin ən qüdrətli dövrünü yaşadan cənab İlham Əliyev bu ölkəni daha böyük zəfərlərə doğru aparır. Onun ən böyük dəstəkçisi isə xalqdır.

Amil CAVADOV,

YAP Gənclər Birliyinin Şura üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!