27 Oktyabr 2026 08:05
279
SİYASƏT
A- A+
İdman həmrəyliyindən beynəlxalq ədalətə

İdman həmrəyliyindən beynəlxalq ədalətə


Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına göstərilən dəstək ilk baxışda idman hadisəsi təsiri bağışlasa da, onun daha geniş humanitar və siyasi məzmunu var. Oktyabrın 25-də FIFA U-15 dünya çempionatı və festivalı çərçivəsində Atletlər Kəndinin qarşısına toplaşan azarkeşlər milli kimliklərinə, mədəniyyətlərinə və ənənələrinə bağlılıq nümayiş etdirən gənc idmançıları salamladılar. Bu hadisə idmanın xalqlar arasında ünsiyyət yaratmaqla yanaşı, onların özünəməxsusluğunu dünyaya tanıtmaq imkanını da xatırlatdı. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında dedi ki, Azərbaycanın kanak xalqına münasibəti birgünlük həmrəylik aksiyası ilə məhdudlaşmır. Ölkəmiz uzun müddətdir müstəmləkəçilikdən irəli gələn problemlərin beynəlxalq gündəmdə saxlanılmasını, yerli xalqların hüquqlarına və öz müqəddəratını təyinetmə prinsipinə hörmət olunmasını müdafiə edir. Burada əsas məsələ hansısa dövlətlə qarşıdurma yaratmaq deyil, beynəlxalq hüququn universal prinsiplərinin seçmə yanaşma olmadan tətbiqinə çağırışdır. "Yeni Kaledoniyada 2024-cü ildə seçki qanunvericiliyi ətrafında yaranan qarşıdurma göstərdi ki, siyasi təmsilçilik və yerli əhalinin gələcəklə bağlı iradəsi kimi məsələlər yalnız inzibati qərarlarla həll edilə bilməz. Kanakların narahatlıqlarının mahiyyətində öz torpaqlarında siyasi təsir imkanlarını, dilini və mədəni irsini qorumaq istəyi dayanır. Davamlı sabitlik üçün bu narahatlıqların dialoq və beynəlxalq hüquq çərçivəsində nəzərə alınması vacibdir", - deyə o bildirdi.

Deputat qeyd etdi ki, bu istiqamətdə Bakı Təşəbbüs Qrupunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Qurum müxtəlif dənizaşırı ərazilərin ictimai və siyasi nümayəndələri üçün beynəlxalq müzakirə platformaları yaradıb, dekolonizasiya mövzusunu BMT səviyyəsinə daşıyıb, araşdırmalar və maarifləndirici materiallar hazırlayıb. Qrupun üçillik fəaliyyətinə dair yayılan məlumata görə, 40-dan çox beynəlxalq konfransın 10-u BMT məkanlarında keçirilib, 50-dən çox nəşr hazırlanıb və 10 əməkdaşlıq memorandumu imzalanıb. Bu rəqəmlər mövzunun təsadüfi bəyanatlardan ardıcıl ictimai diplomatiya fəaliyyətinə keçdiyini göstərir.

S.Fətəliyeva vurğuladı ki, Bakı Təşəbbüs Qrupunun 2025-ci ilin sentyabrında BMT-də keçirdiyi, Bujival razılaşmasından (Fransa ilə Yeni Kaledoniyanın siyasi qüvvələri arasında 2025-ci il iyulun 12-də imzalanmış saziş) sonra dənizaşırı ərazilərin gələcəyinə həsr olunmuş müzakirələr də mühüm məqamı üzə çıxardı: "Müstəmləkəçilikdən çıxış yalnız hüquqi statusun dəyişdirilməsi ilə bitmir. Əhalinin siyasi proseslərdə həqiqi iştirakı, sosial bərabərlik və mədəni hüquqların qorunması olmadan əldə olunan razılaşmalar davamlı etimad yarada bilməz. Qrupun yerli xalqların hüquqlarına dair bəyanatları və ictimai təşəbbüsləri isə bu problemlərin beynəlxalq ictimaiyyətin diqqətindən yayınmamasına xidmət edir. Nəticədə müxtəlif adalardan olan nümayəndələr bir-biri ilə təcrübə bölüşmək, ortaq tələbləri ifadə etmək və hüquqi mexanizmləri müzakirə etmək üçün yeni əlaqələr qururlar. 2026-cı ilin sentyabrında BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında təşkil olunan "Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası" konfransı da Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin miqyasını göstərir. Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların qayıdış hüququ ilə yanaşı, müxtəlif dənizaşırı ərazilərin və icmaların problemlərinin də müzakirə olunduğu konfransda BMT-nin xüsusi məruzəçilərinə birgə müraciət qəbul edildi. Burada nailiyyətləri yalnız tədbirlərin sayı ilə deyil, səsləri kifayət qədər eşidilməyən icmaların beynəlxalq dialoqa çıxışının genişlənməsi ilə qiymətləndirmək lazımdır".  

Deputat əlavə etdi ki, Bakıdakı futbol çempionatı bu siyasi və hüquqi gündəliyə insan ölçüsü əlavə edir. Kanaki və Maohi Nui gəncləri meydanda təkcə idmançı kimi deyil, öz mədəniyyətlərinin daşıyıcıları kimi də görünürlər. Onlara göstərilən hörmət hər bir xalqın kimliyini qorumaq və öz gələcəyi barədə sərbəst söz demək haqqına verilən mənəvi dəstəkdir.

O hesab edir ki, Azərbaycanın mövqeyinin gücü məhz ardıcıllıq, açıq dialoq və beynəlxalq hüquqa istinaddadır. Dekolonizasiya məsələsində real irəliləyiş isə bütün tərəflərin hüquqlarını nəzərə alan dinc, inklüziv proseslərdən keçir. Bakıdan verilən mesaj sadədir: xalqların səsi eşidilməli, hüquqları qorunmalı, gələcəkləri barədə qərarlarda iştirakları təmin olunmalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!