05 Dekabr 2025 16:36
121
CƏMİYYƏT
A- A+
Horovlu kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub

Horovlu kəndində daha 18 ailəyə evlərinin açarları təqdim olunub


Bu gün növbəti köç karvanı ilə Horovlu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəbrayıl rayonu Horovlu kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər. Ailələr açarları sevinclə qəbul edərək öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Horovlu kəndinə 18 ailə olmaqla 66 nəfər köçürülüb. Bununla da Horovlu kəndində 150 ailə olmaqla 607 nəfərin məskunlaşması təmin olunub. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ASAN xidmət” təcrübəsi Kambocada tətbiq olunacaq  

17:43
05 Dekabr

Energetika naziri Daşkənddə SOCAR və “Uzbekneftegaz”ın birgə layihəsinin başlanması mərasimində iştirak edib  

17:42
05 Dekabr

Bölgələrdə 900-dək işəgötürənin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib  

17:36
05 Dekabr

TÜRKPA və Şimali Kipr arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirə aparılıb  

17:35
05 Dekabr

Vyanada Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransı keçirilir  

17:33
05 Dekabr

“Komando başlanğıc kursu”nu bitirən məzunların buraxılış mərasimi keçirilib  

17:32
05 Dekabr

Bakı ilk dəfə D-8 Gənclər Dialoquna ev sahibliyi edəcək  

17:31
05 Dekabr

ABŞ NATO-nun bir neçə ölkəsi ilə müttəfiqliyinə yenidən baxmağı düşünür  

17:30
05 Dekabr

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50-dən artıq inşaat materialları yatağı aşkarlanaraq istifadəyə verilib  

17:29
05 Dekabr

Xəzərin səviyyəsi 21 metrədək aşağı düşə bilər - alimlərdən ciddi xəbərdarlıq  

17:28
05 Dekabr

Dövlət Xidmətinin rəisi Xaçmazda vətəndaşların müraciətlərini dinləyib  

17:27
05 Dekabr

Sergey Yeseninin həyatının Bakı səhifələri  

17:26
05 Dekabr

Baş prokuror Sumqayıt şəhərində vətəndaşların müraciətlərini dinləyib  

17:24
05 Dekabr

Komitə sədri: WUF13-də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərindən danışacağıq VİDEO  

17:22
05 Dekabr

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ləzgi dilində kitabın təqdimatı olub  

17:19
05 Dekabr

Maia Paçkoriya: Güclü media savadlılığı olmayan cəmiyyət dezinformasiyanın hədəfinə çevrilməkdə davam edəcək  

17:17
05 Dekabr

Türkiyəli ekspert: Zəngəzur dəhlizi seçim məsələsi deyil, strateji zərurətdir  

17:16
05 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

17:15
05 Dekabr

DMX: Almaniyadan readmissiya olunanların 11-i kişidir  

17:14
05 Dekabr

Horovluya qayıdan sakinlərin sevinc dolu günləri 

17:13
05 Dekabr

Bakıda Azərbaycan–Gürcüstan Media Forumu keçirilib YENİLƏNİB

16:41
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!