17 Sentyabr 2023 09:00
20909
İQTİSADİYYAT
A- A+
Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə

 

BTC-nin təməlinin qoyulduğu vaxtdan 21 il keçir

 

2002-ci il sentyabrın 18-də bütün dünyanın nəzərləri Bakıya dikilmişdi. Həmin gün paytaxtdan 55 kilometr cənubda yerləşən Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan  (BTC) əsas ixrac neft kəmərinin  təməlqoyma mərasimi keçirilirdi. 
Azərbaycanın, Gürcüstanın və Türkiyənin dövlət başçıları, ABŞ-nin energetika naziri, layihənin tərəfdaşları olan tanınmış xarici şirkətlərin səlahiyyətli nümayəndələri, neçə-neçə ölkənin jurnalistləri orada idilər. BTC reallığa çevrilirdi. Artıq işə başlanmışdı.
1990-cı illərin ikinci yarısında "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı artdıqca mövcud olan kəmərlərdən əlavə daha böyük bir ixrac marşrutuna ehtiyac yaranmışdı. Belə bir şəraitdə müəllifi Ümummilli Lider Heydər Əliyev olan BTC kəmərinin çəkilişi ideyası irəli sürüldü. 1998-ci ildə Ankarada  kəmərin inşa edilməsi haqqında bəyannamə, 1999-cu ildə isə İstanbulda ATƏT-in zirvə görüşü zamanı xəttin çəkilişi ilə bağlı  saziş imzalandı. Sazişi Azərbaycanın, Gürcüstanın, Türkiyənin, Qazaxıstanın və Amerika Birləşmiş Ştatlarının ovaxtkı prezidentləri  imzaları ilə təsdiqlədilər.
Bundan əvvəl "Əsrin müqaviləsi"ni xülya adlandıranlar, müxtəlif bəhanələrlə və güclü səylərlə onun baş tutmasına mane olmaq istəyənlər yenidən baş qaldırmışdılar. Bu dəfə hədəfdə BTC idi. Hətta kəmərin təməli qoyulandan sonra mühüm bir mərhələdə - maliyyələşmə məsələləri həll edilərkən BTC-nin bədxahları yenidən baş qaldırdılar. Yəni  onlar rahatlıq tapa bilmir, hər vasitə ilə layihəyə əngəl törətmək istəyirdilər. Bir sıra qeyri-hökumət təşkilatları   tikintiyə mane olmaq üçün növbəti səbəblər uydururdular. Bu dəfə kəmərin Gürcüstanın "Borjomi" mineral su mənbəyinə ekoloji cəhətdən guya zərbə vuracağı fikrini ortaya atdılar. Bu da layihənin Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədlərinin imzalanmasını  gecikdirirdi. Hətta müxtəlif qruplar kəmərin tikintisini maliyyələşdirəcək beynəlxalq qurumların ofisləri qarşısına toplaşaraq onun çəkilişinə etiraz edirdilər.
Ulu Öndər layihənin  həyata keçirilməsinin bütün mərhələlərində, o cümlədən  təməlqoyma mərasimində də "BTC olacaq, olacaq, olacaqdir!" deyirdi. Ümummilli Liderin 2003-cü ilin fevral ayında Vaşinqtonda keçirilən "Şərq-Qərb enerji dəhlizi reallıqdır" konfransında şəxsən iştirak etməyi qərara alması da bu baxımdan təsadüfi deyildi. Konfransın keçirildiyi günlərdə Heydər Əliyev görkəmli  siyasətçilərlə, beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlər keçirərək özünün  dünyadakı hörmət və nüfuzu sayəsində BTC-ni bu çətinlikdən də çıxardı.       
Ulu Öndərin dediyi kimi, BTC qalib gəldi! 2004-cü il fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı ilə  BTC layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar son sənədlər imzalandı. Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin, BTC kreditorlar qrupunun nümayəndələri tərəfindən imzalanan   maliyyələşmə paketi 78 müxtəlif  tərəfin 17 mindən çox imzası olan 208 maliyyə sənədini  əhatə edirdi.
BTC-yə ilk neft 2005-ci ilin mayında Səngəçal terminalından vuruldu. Bununla kəmərin Azərbaycan hissəsi işə düşdü. Həmin ilin oktyabrında Gürcüstan hissəsi də istifadəyə verildi. BTC-nin Ceyhan terminalına çatdırdığı xam neftlə ilk tanker 2006-cı il iyunun 4-də yükləndi. O vaxt təqribən 600 min barel "Azəri-Çıraq-Günəşli" nefti "British Hawthorn" tankerinə vurularaq dünya bazarlarına göndərildi. 2006-cı il iyulun 13-də kəmərin tam bir sistem kimi istimara başlaması Ceyhan şəhərində təntənə ilə qeyd olundu. Tədbirdə Azərbaycanın, Türkiyənin və Gürcüstanın dövlət başçıları, səhmdar şirkətlərin rəhbərləri, hörmətli qonaqlar iştirak etdilər. 
Prezident İlham Əliyev BTC-nin istifadəyə verilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək demişdir: "Bu kəmərin fəaliyyətə başlaması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılır, yeni imkanlar açılır. Azərbaycan iqtisadi cəhətdən çox zəngin ölkəyə çevriləcəkdir. Ölkədə bütün sosial problemlər öz həllini tapacaqdır. Azərbaycan çox önəmli neft ixrac edən ölkəyə çevrilir. Əminəm ki, neftdən əldə olunan gəlirlərdən istifadə edilməklə Azərbaycanda bütün sosial məsələlər qısa müddət ərzində öz həllini tapacaq və Azərbaycan dünya iqtisadiyyatına daha inamla inteqrasiya edəcəkdir". 
Həmin vaxtdan indiyədək Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ahəngdar və təhlükəsiz şəkildə fəaliyyət göstərir. Bu, əzəldən BTC-yə inam bəsləyənlərin düzgün strategiya seçdiyinin təsdiqi, bir zamanlar layihəyə əngəl törətməyə cəhd edənlərə isə tutarlı cavabdır.
BTC layihəsinin əməliyyatçısı olan bp şirkətinin məlumatına görə, istismara veriləndən 2023-cü ilin ikinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi bu il yanvarın 18-də qeyd edilib. Cari ilin 6 ayı ərzində BTC ilə ixrac olunmuş təqribən 15 milyon ton (təxminən 114 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənib və yola salınıb. 
Hazırda BTC əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC Xəzərin digər regional xam neft və kondensat həcmlərini (Qazaxıstan və Türkmənistan) də nəql edir.
 Əvvəlcə gündə 1 milyon barel neft ötürmək gücündə layihələndirilən kəmərin nəqletmə qabiliyyəti sonralar 20 faiz artırılıb. İndi BTC hər gün 1,2 milyon barel neft ötürmək gücünə malikdir.
Başlıca nailiyyətlərdən biri də kəmərin təhlükəsizliyidir. Boruları etibarlı şəkildə örtüklənmiş və bütün marşrutu boyu torpaq altında basdırılmış bu kəmər, necə deyərlər, səssiz-səmirsiz, ətraf mühitə ziyan vurmadan və insanlara narahatlıq gətirmədən işləyir. Bir sözlə, BTC bütün sınaqlardan şərəflə çıxır. Məlum olduğu kimi, Türkiyədə kəmərin bir hissəsinin keçdiyi bölgələrdə bu ilin fevral ayında zəlzələ baş vermişdi. Lakin istər nefti nəql edən borular, istərsə də yerüstü qurğular heç bir mənfi təsirə məruz qalmamışdı. Bu da BTC-nin necə keyfiyyələ inşa olunduğunun, möhkəmliyinin daha bir təsdiqi! 
BTC möhtəşəm, uğurlu, əgər belə ifadə etmək mümkünsə, xeyirxah bir kəmərdir. O təkcə ölkəmizə deyil, bütün regiona xeyir-bərəkət bəxş edir. Həm birbaşa gəlirləri, həm də kəmərboyu ərazilərdəki sosial layihələri ilə.
21 il əvvəl təməlqoyma mərasimində Ulu Öndər Heydər Əliyev demişdir: "Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür". Bunun  bir  təsdiqi də BTC-nin uğurlu istismarı və ondan sonra həyata vəsiqə alan neçə-neçə qlobal layihərimizdir.   

Flora SADIQLI,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!