05 Avqust 2023 14:37
2741
Mədəniyyət
A- A+
Həyat nəfəsli şeirlər müəllifi: Xurşudbanu Natəvan

Həyat nəfəsli şeirlər müəllifi: Xurşudbanu Natəvan


Xurşidbanu Natəvan XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan şairləri arasında çox yüksək məqam sahibi idi. Natəvanın adının hər zaman böyük hörmətlə xatırlanması, mənəvi irsinə verilən yüksək dəyər Xan qızının ədəbi yaradıcılığı ilə yanaşı, həm də ictimai fəaliyyətindən irəli gəlir. 
Gələcəyin görkəmli şairəsi 1832-ci ilin 6 avqustunda Şuşada məşhur Qarabağ xanı İbrahim xan Cavanşirin oğlu Mehdiqulu xanın ailəsində doğulmuşdu. 
O, öz dövrünə görə mükəmməl təhsil almışdı. Şeirlər yazır, rəsm və tikmə sənəti ilə də məşğul olurdu. 1850-ci ildə şairə Dağıstan zadəganlarından olan general Xasay xan Usmiyevlə ailə qurdu. Onların toy mərasimi 1850-ci ilin payızında Şuşada baş tutmuşdu. Sonra Xasay bəyin Dağıstandakı kəndinə getmiş, oradan da Tiflisə köçmüşdülər. 
Tiflisin mədəni mühiti onun dünyagörüşünə müsbət  təsir göstərirdi. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinin fəaliyyətində yaxından iştirak edir, ağlı, zəkası, milli-mənəvi dəyərlərə bağlılığı, kübarlara məxsus davranışları, üç dildə sərbəst danışması ilə maraq oyadırdı. Amma Tiflis həyatı hər nə qədər xoşuna gəlsə də, burada qəriblik çəkirdi. Doğma Şuşadan ötrü darıxırdı. 
1852-ci ildə şairə möhkəm xəstələnir. Həkimlərin məsləhəti ilə Şuşaya qayıdır. Sağaldıqdan sonra ailəsi ilə birgə Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya səyahətə çıxır. Xasay xanla izdivacından 1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdi. Oğlunun adını Mehdiqulu, qızının adını isə Fatmabikə (Xanbikə) qoymuşdular. 
1858-ci ildə Xan qızı ikinci dəfə ailəsi ilə birgə Bakıya gəlir. Şəhər hakimi Piquliyevskinin evində qonaq qalarkən onlar burada məşhur fransız yazıçısı Aleksandr Düma (ata) ilə görüşüb tanış olurlar. Aralarında səmimi dostluq münasibətləri yaranır. Burada Xasay xanın fransızca sərbəst danışmasının da böyük rolu vardı. Düma həmin görüşdə Natəvanla şahmat oynayır. 26 yaşlı Natəvan 56 yaşlı Dümanı  mat  edir. Natəvanın xeyriyyəçilik məqsədilə Bakıdan Şıxlar kəndinə daş yol çəkdirməsi haqqında məlumat da A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Nəcib xasiyyətlərə malik Natəvanın xeyriyyəçilik fəaliyyəti təkcə bununla məhdudlaşmırdı. O, yoxsulların hamisi idi. 1872-ci ildə Xan qızı 6 kilometrlik məsafədən Şuşaya su kəməri çəkdirərək şəhər əhalisini içməli si ilə təmin etmişdi. 
İlk ailə həyatı uğursuz alındığından Xurşidbanu Natəvan Xasay xan Usmiyevdən ayrılır. Daimi olaraq Şuşada yaşamağa başlayır. Bu ayrılığın əsas səbəbi də Xasay xanın Şuşada qalmaq istəməməsi ilə bağlı idi. 
Natəvan ikinci dəfə 1869-cu ildə Seyid Hüseyn adlı bir şuşalı papaqçı ilə ailə qurur. Bu izdivacdan 5 övladı dünyaya gəlir. Övladlarından biri - Mir Həsən də böyüyəndən sonra “Mir” təxəllüsü ilə şeirlər yazırdı. Xan qızının ikinci həyat yoldaşı Seyid Hüseyn zadəgan nəslindən deyildi. Sadə zəhmət adamları arasından çıxmışdı. Natəvanın rəiyyət nümayəndəsinə ərə getməsi öz sosial mühitində birmənalı qarşılanmır. Mənasız söz-söhbətlər başlanır. Ailə üzvləri arasında təfriqə salınır. Oğlu Mehdiqulu xan söz-söhbət üzündən sarayı tərk edib hərbi təhsil ardınca gedir. Cəhalət girdabına yuvarlanmış insanların tənə və qınaqları şairəni zinhara gətirir. Bir tərəfdən də oğlu Mir Abbasın 17 yaşında həyatdan nakam köçməsi şairəni vaxtsız qocaldır, ağlamaqdan gözlərinin nuru, bədəninin taqəti qalmır. Xurşidbanu Natəvan 1897-ci ilin 1 oktyabrında vəfat edir və Ağdamın məşhur "İmarət" qəbiristanlığında dəfn olunur.
Xurşidbanu Natəvan öz şeirləri ilə Qarabağ şairləri arasında böyük nüfuz qazanmışdı. 

Iradə ƏLIYEVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!