25 Sentyabr 2025 19:22
618
CƏMİYYƏT
A- A+
Hərbi qulluqçu hazırlayan müəssisələrdə kursantların hazırlanmasına çəkilmiş xərclərlə bağlı qaydalar müəyyənləşib  

Hərbi qulluqçu hazırlayan müəssisələrdə kursantların hazırlanmasına çəkilmiş xərclərlə bağlı qaydalar müəyyənləşib  


Nazirlər Kabineti “Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti”nin təsdiq edilməsi haqqında qərar verib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Bu qayda müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə xüsusi təyinatlı təhsil müəssisələrindən xaric edilən kursantlara, habelə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-41.0.8-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata və 42.0.3-cü və 42.0.5-ci maddələrinə əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılan həmin təhsil müəssisələrini bitirmiş kadr zabitlərə və gizirlərə (miçmanlara) (təqvim hesabı ilə azı 10 il zabit heyəti vəzifələrində xidmət etmiş kadr zabitlər və təqvim hesabı ilə azı 5 il gizir (miçman) heyəti vəzifələrində xidmət etmiş gizirlər (miçmanlar) istisna olmaqla) şamil olunur.

Xüsusi təyinatlı təhsil müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin əvəzini ödəmək öhdəliyi Qanunun 42-1.1-ci maddəsində qeyd olunan hallarda bağlaşmada nəzərdə tutulur.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş kursantlar 1-ci semestrin sonunadək, xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunmuş kursantlar isə 1-ci kursun sonunadək həmin təhsil müəssisələrindən xaric olunduqda, onlardan çəkilən xərclər geri alınmır.

Qərarda əvəzi ödənilməli olan xərclərin təsnifatı və hesablanması qaydası, eləcə də xərclərin əvəzinin ödənilməsi qaydası və müddəti öz əksini tapıb.

“Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrində kursantların hazırlanmasına çəkilmiş xərclərin hesablanması, əvəzinin ödənilməsi qaydası və müddəti”nin təsdiq edilməsi haqqında qərarla daha ətraflı linkdə tanış ola bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!